Feyxoanın 10 müalicəvi xüsusiyyəti

992915

Feyxoa çox faydalı meyvədir. Feyxoa bir çox xəstəliklər zamanı əsl müalicəvi vasitə kimi istifadə oluna bilər.

araz.az  Saglamolun.az-a istinadən bildirir ki, yod çatışmazlığı ilə bağlı olan qalxanvari vəzi xəstəlikləri zamanı feyxoanın istehlakı xüsusilə xeyirlidir. Belə hesab olunur ki, feyxoa tərkibində olan yodun miqdarına görə dəniz məhsullarına yaxındır. Həmçinin feyxoanın tərkibində olan yod orqanizm tərəfindən çox yaxşı mənimsənilir.

- Feyxoanın ətində və xüsusilə də qabıqlarında "katexin" və "antosian"lar birləşmələri var ki, bu maddələr güclü antioksidantlar sayılır. Antioksidantlar xərçəng xəstəliklərinin  profilaktikası üçün olduqca vacib olan maddələrdir.

- C vitamini ilə olduqca zəngin feyxoa damarların sağlamlığını qoruyur - onları möhkəmləndirir, daha elastik edir.

- Feyxoanın iltihab və virusəleyhinə xüsusiyyətləri də var. Soyuqdəymə xəstəlikləri zamanı feyxoadan hazırlanmış çay orqanizmə çox yaxşı müalicəvi təsir edir. 3 feyxoanı doğrayın (qabıqlı), üzərinə 1 stəkan qaynar su əlavə edib dəmləyin və 20 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edib için. Belə dəmləməni gün ərzində 2-3 dəfə qəbul edin.

- Feyxoa müxtəlif vitaminlər və minerallarla zəngindir. Soyuq fəsillərdə bu meyvə insanı hipovitaminozdan xilas edir.

- Feyxoa yarpaqlarının dəmləməsi diş ağrısı və damaqların iltihabı və qanaması zamanı çox yaxşı kömək edir. Yarpaqları qaynar suda dəmləyin və qarqara üçün istifadə edin.

- Feyxoa yarpaqlarının dəmləməsi antiseptik xüsusiyyətlərə malikdir. Bu dəmləmə dəridə olan kiçik yaraların, xoraların, yanıqların və s. sağalmasını tezləşdirir, dəri xəstəlikləri zamanı istifadə oluna bilər. Dəmləmədə steril tənzif isladıb zədələnmiş sahəyə qoyun. Belə islatmaları gündə bir neçə dəfə etmək lazımdır.

- Feyxoa arterial təzyiqi saımağa kömək edir.

- Feyxoa immun sistemini möhkəmləndirir.

- Liflərlə zəngin olan feyxoa bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən əziyyət çəkənlərə kömək edir.

 

araz.az xəbər portalı.

“İmmunitet sertifikatı”nın “Peyvənd sertifikatı” ilə əvəzlənməsinin qaydası açıqlandı

peyvendsertf

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “İmmunitet sertifikatı”nın “Peyvənd sertifikatı” ilə əvəzlənməsinin qaydasını açıqlayıb.

araz.az  xəbər verir ki, Agentliyin yaydığı məlumatda “Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesinin davam etdiyi bildirilib.

Qeyd olunub ki, avqust ayından etibarən ölkədə “buster” dozanın da vurulmasına başlanılıb: “Buster” dozanın vurulma tarixi ilə bağlı vətəndaşları maraqlandıran məsələlər nəzərə alınaraq bir daha qeyd edirik ki, COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet” sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində “buster” doza vurdura bilər. “Buster” dozanı vurdurmaqla vətəndaş “İmmunitet” sertifikatının müddətini müddətsiz olaraq uzadır".

"Yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər. Əgər “buster” dozanı vurdurmaq üçün tələb olunan vaxt yəni ki, 2 ay ötürülərsə, o zaman “Peyvənd” sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edə bilər" - məlumatda bildirilib.

 

araz.az xəbər portalı.

Ürəyi təhlükədən qoruyur, yağları əridir - 3 FAYDALI ŞİRƏ

aztibb.az cugundur siresi 251

ABŞ-ın sağlam qidalanma üzrə mütəxəssisləri ən faydalı şirələrin adlarını açıqlayıblar.

araz.az  xarici KİV-ə istinadla xəbər verir ki, diyetoloqlar bəzi şirələri diyeta menyusuna belə əlavə etməyi məsləhət biliblər.

Çuğundur suyu

Qidalanma mütəxəssisi Eliot Reymers B6 vitamini, kalsium və dəmir ehtiva edən çuğundur suyu içməyi məsləhət görür. Mütəxəssisin fikrincə, çuğundur suyu digər şirələrdən aşağı şəkər tərkibinə görə fərqlənir.

Zoğal suyu

Qidalanma mütəxəssisi Cey Quin zoğal suyunu ən faydalı hesab edir, çünki tərkibində antioksidanlar, C və E vitaminləri var. İltihab əleyhinə təsir göstərir. Bundan əlavə, ürək xəstəliklərinin qarşısını alır və revmatoid artrit əlamətlərini aradan qaldırır.

Qarpız suyu

Doktor Mark Hayman deyir ki, məşqdən sonra qarpız suyunu sınamaq olar. Az miqdarda şəkər, laktik turşu və ammon yağı əzələlərdən təmizləyən L-Citrulline amin turşusu ehtiva edir. Məşqdən sonra ağrı və yorğunluğu aradan qaldırmağa kömək edir.

 

araz.az xəbər portalı.

Tıxanmış damarları təmizləyən qarışıq

damar 003

Zəncəfilin faydası saymaqla bitməz - iltihabları azaldır, arıqladır, immun sistemini gücləndirir, virus, göbələk və mikrob əleyhinə təsir edir.

 

Həmçinin zəncəfil ürək-damar sistemi üçün də çox faydalıdır.

araz.az Saglamolun.az-a istinadən xəbər verir ki, Rusiyalı həkim-fitoterapevt Lidiya Bazlova kp.ru-ya müsahibədə damaraların sağlamlığını yaxşılaşdıran resept təqdim edib. Bu qarışıq damarları təmizləyir, damarlarda iltihabları azaldır.

Tərkib:

- 200 qr zəncəfil

- 2 iri limon

- 100 qr təbii bal

Hazırlanması:

Zəncəfili təmizləyin, limonu yaxşı yuyun. Zəncəfili və limonu (qabıqlı) blenderdən keçirin, bal əlavə edin, yaxşı qarışdırın. 1 həftə soyuducuda saxlayın. 1 həftədən sonra qarışığı qəbul etmək olar. 1 x.q. qarışığı 1 stəkan suda həll edin və səhər yeməkdən əvvəl için.

Bu qarışıq həmçinin mübadilə proseslərini yaxşılaşdırır, arıqlamağa yardım edir. 

 

araz.az xəbər portalı.

Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları keçdi

AE12CA0A 5D32 414C 9808 3A7816CF59CBjpeg 1631029086

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 447 yeni yoluxma faktı qeydə alınıb, 3 428 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 447 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389 977 nəfər müalicə olunaraq sağalıb, 5 920 nəfər vəfat edib, aktiv xəstə sayı 51 828 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 530, ötən müddət ərzində isə ümumilikdə 4 578 600 test aparılıb.

 

araz.az xəbər portalı.

4 -dən səhifə 44