“Uşaqlar yoluxsun da, onsuz da 3-4 günə sağalırlar…” - Həkim

muellim

Türkiyədə 12 yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanılır. Bunun üçün uşaqların valideynləri və ya qəyyumlarının izni tələb olunur.

Beləliklə Türkiyədə vaksin vurma yaşı 12-ə endirlib.

Maraqlıdır, Azərbaycan bu təcrübədən istifadə edə bilərmi?

Məktəblərin açılması üçün Azərbaycanda şagirdlər arasında vaksinasiya aparıla bilərmi?

Terapevt Rasif Bağırov Yenisabah.az-a açıqlamasında deyib ki, əslində, vaksin 12 yaşdan yuxarı vurulmalıdır:

“Vaksin yaşı 12-dən yuxarı olmalıdır. Praktikadan görürük ki, 12-18 yaş arası şəxslər xəstəliyi çox yüngül keçirir. Elələri var ki, ayaqüstü 3-4 gün keçirir, heç xəbərləri də olmur. Xəstəlik 10 gün belə çəkmir. Xəstəliyə ciddi yanaşanda cəmi 4-5 gün dərman atırlar, görürsən ki, səhhətləri qaydasına düşür. Avropa ölkələri imkanları daxilində 12 yaşdan yuxarı şəxslər arasında vaksinasiyaya başladılar.

Vaksinin qorxulu yanı yoxdur. Uşaqlar balaca olanda da onlara vaksin vurulub. Ölkənin maliyyə sistemi imkan verəndə vaksinasiya edirlər”.

Həkimin sözlərinə görə, məktəblərdə ciddi qadağaların qoyulmasına ehtiyac yoxdur:

“Sonra onların bədənində uzun müddətə immunitet yaranır. O immunitet yaranırsa, əslində məktəblərdə o qədər də ciddi qadağaların qoyulmasının yeri yoxdur. Uşaqlar gedib dərslərini oxusunlar. Kimsə yoluxsa, maskasını taxar. Maska kifayət qədər qoruyacaq. Yoluxan şəxs onsuz da 3-4 günə sağalıb, yenidən dərsinə başlayacaq. Məgər əvvəllər başqa viruslar olanda uşaqlar məktəbdə xəstələnmirdilər?. Həmən variantdır da...”

 

araz.az xəbər portalı.

Azərbaycanda hansı yeniyetmələrə vaksin vurulacağı AÇIQLANDI

peyvend 1

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə hansı istisna hallarda COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacağı açıqlanıb.

araz.az xəbər portalı. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, istisna hallar xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlardır.

Qeyd edək ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi qərar qəbul edib.

Qərara əsasən, ölkədə istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Bunun üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.

16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

 

 

araz.az xəbər portalı.

Azərbaycanda vaksinasiya yaşı endirildi

vaksin1 1

Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.

araz.az xəbər verir ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi qərar qəbul edib.

Qərara əsasən, ölkədə istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Bunun üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.

16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

 

 

araz.az xəbər portalı.

Alimlərdən şok: Koronaya yoluxan insan sürətlə qocalır


bandicam 2021 09 04 21 36 08 079

Koronavirusa yoluxmuş insanların orqanları 30 dəfə sürətlə qocala bilər.

araz.az axar.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı alimlərin araşdırmasında deyilir.

Araşdırma koronavirusdan sağalan 89 min, həmçinin heç vaxt COVİD-19-a yoluxmamış 1,6 milyon insan üzərində aparılıb.

Mütəxəssislərin sözlərinə görə, 30-40 yaşlı sağlam yetkin insanda böyrəyin funksiyasını itirməsi il ərzində 1 faiz təşkil edir. İnfeksiya isə bu orqana ciddi və sağalmaz zərbə vura bilər.

“Yeni araşdırma göstərir ki, koronavirusdan sağalmış 4757 insanda bir il ərzində böyrəyin öz funksiyasını itirməsi 30 faiz təşkil edib. Bu, bir ildə orqanizmin 30 il qocalması deməkdir”, - deyə tibb işçilərindən biri Ziyad Əli deyib.  

araz.az xəbər portalı.

Peyvənd olunanlar nə üçün koronavirusa yoluxur? - Baş infeksionistdən açıqlama

peyvend8jpg 1630063797

Son günlər sosial şəbəkələrdə müzakirə mövzularından biri də peyvənd olunduqdan sonra COVID-a yoluxanlarla bağlıdır.

araz.az bildirir ki , bu barədə Lent.az-a açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, peyvənd canlı virus deyil:

"Sözügedən şəxslər ola bilər ki, peyvənd vurulan məntəqələrdəki sıxlıqla əlaqədar virusa yoluxsunlar. Və ya onlar peyvənd edilmədən qabaq da koronavirus xəstəsi ilə bilmədən əlaqədə ola bilərlər.

Vətəndaşlara tövsiyəm bundan ibarətdir ki, peyvənd olunmaq üçün getdikləri məntəqədə ehtiyatlı olsunlar və sosial məsafə saxlasınlar".

T.Eyvazov əlavə edib ki, peyvəndin qoruyuculuğu üçün bir müddət vaxt keçməlidir:

"Peyvəndin ilk dozasından sonra virusun yoluxma riski ola bilər. Eləcə də hər iki dozadan sonra ən azı 2 həftə keçməlidir ki, peyvənd koronavirusa yoluxmadan insanları qoruya bilsin. Həmin müddət keçməsə, peyvənd vurulmuş sayılmır".

 

araz.az xəbər portalı.

5 -dən səhifə 44