Delta ştammı digər mutasiyalardan nə ilə fərqlənir?

kornnn 637x330

65 ölkədə aşkarlanan “delta” ştammı sürətlə yayılmağa davam edir. Mutasiyaya uğrayan virusun üzərində araşdırmalar davam edərkən “delta plus” variantı isə artıq 11 ölkədə qeydə alınıb.

araz.az Milli.Az-a istinadən xəbər verir ki, ilk Hindistanda aşkarlanan virus mutasiyalar arasında ən təsirlisidir. Baş və boğaz ağrısı, burun axıntısı, öskürək, eşitmə problemləri kimi yeni simptomlara malikdir. Bəzi ölkələrdə mutasiyanın ürəkbulanma, iştahsızlıq kimi fərqli simptomları da müşahidə olunur.

Bu ştammın digərlərinə nəzərən 60 faiz daha sürətlə yoluxduğu müəyyən edilib. Hüceyrələrə sürətlə nüfuz etmə özəlliyi mutasiyanın ağ ciyərlərə daha asan yapışmasına səbəb olur ki, bu da ölümcül sayılır.

“Delta plus” da bənzər simptomlara sahib olsa da onun yoluxma qabiliyyəti daha yüksəkdir.

 

araz.az xəbər portalı.

Bəzi vitaminlərin həddən çox qəbulu orqanizmə zərər yetirə bilər – Endokrinoloq

b.az 52D3B881 D59D 4082 B56D 31E80B07A57D 118

Bəzi preparatların həddən çox dozası ciddi nəticələrə gətirib çıxara bilər.

Vitaminlərin nəzarətsiz qəbulu hipervitaminoza gətirib çıxara bilər. Buna əsasən yağda həll olan A, D, E, K vitaminləri aiddirYağda həll olan vitaminlər yavaş-yavaş xaric olur. Digərlərinə nisbətən A  D hipervitaminozu daha ağır keçir", - deyə həkim-endokrinoloq Yelena Juçkova izah edib.

araz.az medikforum.ru-ya istinadən xəbər verir kihəkim tərkibi bir günlük istehlakı nəzərə alaraq tənzimlənmiş polivitaminləri qəbul etməyi məsləhət görüb. Əlavə edib kihər kəsin miqdarını özü nizamladığı monopreparatlar çox təhlükəli ola bilər.

Məsələn, D vitamininin həddən artıq qəbulu haqqında orqanizm ürək bulanmasıqusma  qaşınma ilə işarə verə bilər. O, daxili orqanlarda artıq kalsiumun toplanması təhrik edirsümük sisteminin xəstəlikləri daxil olmaqla hamilələrdə uşağın müxtəlif patologiyalarına səbəb ola bilər.

Böyük miqdarda A vitaminihəmçinin ürək bulanmasıgörmə problemlərisaçların tökülməsi  bəzi orqanların işində pozmalar ilə müşayiət olunur.

vitamini həzm yolu problemlərizəiflik  baş ağrıları gətirə bilər.

vitamini isə qanazlığının səbəbi ola bilər.

Mütəxəssislər qeyd edirlər kivitaminlərin qəbulunun ən yaxşı üsulutərkibində həmin vitaminlər olan məhsulların qəbuludurSağlam qidalanma mükəmməl variant hesab olunur.

 

araz.az xəbər portalı.

Niyə Azərbaycan özünün verdiyi vaksin pasportunu tanımır?

resizerAzərbaycanın vaksin pasportunu xarici ölkələr tanıyır. Əgər vaksin pasportun varsa, test vermədən məsələn Türkiyə və Gürcüstana gedə bilərsən. Amma Azərbaycana geri qayıdanda sənə TƏBİB tərəfindən verilən vaksin pasportu işləmir. Məcbur yenidən test verməlisən.

Sual: Niyə Azərbaycan özünün verdiyi vaksin pasportunu tanımır?

Publika.az xəbər verir ki, Milli Məclisinin Səhiyyə Komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov bu suala cavab verib. Həkim bildirib ki, vaksin pasportu birmənalı olaraq o insanın vaksinlənmiş olduğunu ifadə edir, bununla birlikdə həmin insan üçün ölüm təhlükəsi və ağırlaşmaların qarşısının alınması mənasına gəlir:

“Amma vaksinlənmə yoluxmanın qarşısını alan vasitə deyil. Qoruyucu vasitə olmadığına görə biz vaksinlənmiş olsaq belə, hər hansı bir ölkədən Azərbaycana qayıdarkən yoluxa bilə, yeni ştamların ölkəmizə bilmədən daxil olmasına və bunun ətrafa yayılması üçün şərait yarada bilərik. Unutmamaq lazımdır ki, vaksinlənmiş insanlar yoluxduqları zaman bəzən xəstəliyi asimptomatik keçirirlər. Əlbəttə ki, bunun onlar üçün hər hansı bir təhlükəsi olmasa da, xəstəliyin ətrafa yayılma ehtimalı və başqa ölkələrdən yeni ştamların ölkəyə daxil olmasına şərait yaradacağı ehtimal olunur. Bütün bunları nəzərə alaraq bu gün peyvənd pasportu olub-olmamasından asılı olmayaraq, ölkəyə girərkən PCR test analizinin aparılması hələ ki, TƏBİB və aidiyyəti qurumlar tərəfindən məcburiyyət olaraq qarşımıza qoyulan bir reallıqdır”.

Rəşad Mahmudovun sözlərinə görə, Azərbaycana qayıdarkən test vermək məcburiyyəti o zaman ləğv edilə bilər ki, risklər azalsın.

Aytən MƏFTUN.

Azərbaycanda sərt karantinə hazır olmalıyıq – Professordan QORXUNC XƏBƏRDARLIQ

karantin

“Delta” ştammı olduqca təhlükəlidir. 12-20 yaş arası uşaqlarda da buna rast gəlinir. Koronavirusun bu variantının gizli dövrü artıq 7 gün deyil, 3 gündür. Buna görə də xəstəlik tez aşkar olur. Artıq 98 ölkədə bu qeydə alınıb, artım və yoluxma davam edir. Qonşu ölkələrdə “Delta” ştammının təsdiqləndiyini nəzərə alaraq, müəyyən karantin tədbirlərinə hazır olmalıyıq.

Bu sözləri Publika.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

A.Qeybullanın sözlərinə görə, “Alfa” ştammı ilə müqayisədə “Delta” variantı 1,85 dəfə daha yoluxucu hesab edilir: “Delta” ştammı “Sars-Cov-2″nin çoxsaylı mutasiyalarından biridir. Burada P-681R mutasiyası baş verir. Bu zaman səthdə olan tikanlı zülalın, buna S zülalı da deyilir, bir fraqmenti dəyişikliyə uğrayır və virus daha yoluxucu xarakter alır. Əsas əlamətlərdən bir halsızlıq, yüksək temperatur, miqren tipində baş ağrıları, boğaz ağrıları, öskürək və rinitdir”.

Professor bildirib ki, dünyada dördüncü dalğanın qarşısının alınması üçün xeyli işlər görülür: “ÜST-nin təsdiqlədiyi vaksinlər “Delta”ya qarşı öz həssaslığını saxlayır. Əgər epidemioloji vəziyyət pisləşərsə, bu vaksinklərin hətta üçüncü dozasının vurulması ehtimalı da nəzərə alına bilər. Həmçinin, karantin qaydalarının sərtləşdirilməsi də vəziyyətdən asılı olacaq. Artıq Azərbaycanla qonşu olan ölkələrdə də – Rusiyada, Gürcüstanda, Türkiyədə, İranda bu ştamm tapılıb. Hesab edirəm ki, Azərbaycan bunu nəzərə almalı və müəyyən karantin tədbirlərinə hazır olmalıyıq. Təəssüflər olsun ki, bu gün əhali arasında sanki karantinin bitdiyi düşüncəsi var. Çünki restoranlarda, ayrı-ayrı yerlərdə biz bunu müşahidə edirik. Əlbəttə, bu, yolverilməzdir. Pandemiyanın davam etdiyini unutmamalı və baş verə biləcək problemlərin qarşısını almalıyıq”.

 

araz.az xəbər portalı.

“Kritik dalğaya qarşı hazırlıqlı olmalıyıq” – Rəşad Mahmudov

karantin

“Bu gün yaxın qonşularımız Rusiya, İran, Gürcüstan və Türkiyədə “Delta” və “Delta+” virusunun tüğyan etməsi hər bir səhiyyə işçisini narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının mayın sonunda keçirilən toplantısında həyəcan təbili çalındı və dünya ölkələri hazırlıqlı olmağa dəvət edildi. Arzu edək ki, bizim ölkəmizdə pandemiya ilə bağlı vəziyyət indiki şəkildə davam etsin. Amma epidemoloji tarix və bildiklərimiz bizə diktə edir ki, belə hadisələrə hazır olmaq məsuliyyəti daşıyırıq”.

araz.azTurkistan.info-ya istinadən xəbər verir ki, bu sözləri Reyting.az-a Milli Məclisin deputatı, həkim Rəşad Mahmudov son günlər dünyada COVİD-19 virusunun yenidən fəallaşması və virusa yoluxanların artmasından danışarkən deyin.

Onun sözlərinə görə, ölkənin səhiyyə sistemi COVİD-19-un yeni dalğasına qarşı hazırlıqlar görür: “Əlbəttə, burada dövlətin gördüyü işləri müsbət qiymətləndirmək lazımdır. Ancaq həm də nəzərə alınmalıdır ki, hər şey cəmiyyətin epidemeloji vəziyyətə olan münasibətilə başlayır. Artıq ilyarımlıq təcrübə göstərir ki, dünya ölkələri bu vəziyyətdə və böyük dalğalar qarşısında ciddi qapanmalara getməyəcəklər. Ancaq bunun yerinə daha əvvəl bilinməyənləri bu gün bilirik. Cəmiyyətin hər bir üzvünün ayrı-ayrılıqda və kütləvi şəkildə bu məsələyə olan münasibəti əsas gedişata, xüsusilə virusun alovlanması zamanı hadisənin nəzarətdə saxlanılmasına kömək edən vasitədir. Odur ki, mən arzu edirəm ki, belə hallar ölkəmizdə olmasın, ancaq hər an ola biləcək dalğalara hazır olmaq məsuliyyəti daşıyırıq”.

R. Mahmudov daha bir vacib məqama toxunaraq əlavə edib ki, tibbi nöqteyi-nəzərdən bu xəstəliklə mübarizədə səhiyyə çox şeyi öyrənib: “Bir il əvvəl kömək edə bilməyəcəyimiz ağır xəstələr bu gün reanimasiyaya düşdükdə vəziyyətdən çıxarıla bilirlər. Əfsuslar olsun ki, insanlar səhiyyəyə qarşı bu inamı qazandıqdan sonra qripal şikayəti başladığı dəqiqədən və COVİD-19 diaqnozu qoyulan insan anında xəstəxanada yatmağa səy göstərir. Əlbəttə, insanlarımız belə səylər göstərə bilər, lakin bu, Azərbaycan səhiyyəsi üçün böyük fəsadlar gətirə bilər.

Biz, 90 faiz xəstəxanalara ehtiyacı olmayan insanları lazımsız yerə xəstəxanaya yatırmaqla əsl ehtiyacı olan 10 faizi – hansı ki onlara tibbi xidməti ən yüksək səviyyədə göstərmək lazımdır – yatıra bilməyəcəyimiz üçün problemlə qarşılaşa bilərik. Ona görə də, saturasiyası 90-nın altına düşməyən, ciddi ağciyər tutulması olmayan insanların xəstəxanalara yatırılması dünyada qəbul edilməyən reallıqdır. Bu, Azərbaycan tibbinin və səhiyyəsinin öz davamlığı üçün vacib məqam olduğundan onu dilə gətirməyi özümə borc bilirəm. Ümid edirəm ki, cəmiyyətimiz, xəstəxanalarımız, insanlarımız da buna əməl edərək gələcəkdə ola biləcək kritik dalğa qarşısında daha hazırlıqlı olar”.

 

araz.az xəbər portalı.

6 -dən səhifə 44