Vaksindən sonra niyə ağrılar olur? – Ramin Bayramlıdan açıqlama

ramin 3

“Vaksindən sonra mümkün ola biləcək baş, əzələ ağrıları, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir”.

araz.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Twitter”də paylaşım edib.

O qeyd edib ki, vaksin istehsal edən şirkət tərəfindən peyvəndin yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir:

“Peyvəndin təsirinin ikinci dozanın vurulmasından təxminən 2 həftə sonra başlamasını nəzərə alaraq maska taxmağa, əl gigiyenasına və fiziki məsafəyə riayət etməyə mütləq əməl etməliyik. Çünki həmin müddətdə yuxarı tənəffüs yollarında virusu daşıya bilərik. Vaksin olunan şəxs üçün bu hal heç bir təhlükə yaratmasa da, ətrafımızda risk qrupuna aid insanlar üçün təhlükə mənbəyi ola bilərik”.  

 

araz.az xəbər portalı.

Nə üçün qarpızla yemişi birlikdə yemək olmaz?

qarpiz yemis

 

Bir çox hallarda qarpızla yemiş masaya birlikdə verilir. Lakin diyetoloqlar xəbərdarlıq edirlər ki, qarpızla yemişi birlikdə yemək olmaz.

araz.az e-saglam.az-a istinadən bildirir ki, bu köp, qarında ağrı və ağırlıq, həzm pozulmalarına səbəb ola bilər.  

Məsələ burasındadır ki, yemiş ağır məhsuldur və çətin həzm olunur. Bu səbəbdən yemişi tək qarpızla deyil, heç bir məhsulla bir yerdə yemək olmaz. Yemişi ayrı yemək lazımdır.

Həmçinin diyetoloqlar yemişi axşam vaxtı deyil, günorta vaxtı yeməyi tövsiyə edirlər.

 

araz.az xəbər portalı.

Azərbaycanda ilk dəfə beşəm doğuldu - FOTO

doquskorpe

Azərbaycanda ilk dəfə beşəm dünyaya gəlib.

araz.az Ucnoqta.az-a istinadən xəbər veir ki,dünən özəl xəstəxanalardan birində 29 yaşlı Lamiyə Mürşüdlü doğum edib.

Doğulan körpələrdən dördü oğlan, biri qızdır. Müvafiq olaraq oğlanlardan ikisinin çəkisi 1100 qr, biri 1000 qr, biri 845 qr, qız isə 1200 qr olub.
Beşəm hamiləliyin 29-cu həftəsində həkim ginekoloqlar Öndər Tulumbacı və Emin Haqverdiyevin nəzarəti altında dünyaya gəlib.

İlkin məlumata görə, hazırda ana və uşaqların vəziyyəti normaldır. /// Oxu.az

 
 
araz.az xəbər portalı.

Yüksək təzyiqin 40 qəpiklik vasitə ilə müalicəsi- Sovet metodu

2021 06 02 17 19 457BpT4rbRscp6YqkGf7XD file 1Qədim hind üsulu ilə adi yodu bədənin müəyyən nöqtə və xətlərinə çəkməklə yüksək təzyiq – Hipertoniyanı müalicə etmək və ya təzyiqi tədricən aşağı salmaq mümkündür.

araz.az   Medicina.az -a istinadən resepti təqdim edir. Müalicə 2 mərhələdə aparılır.
Ayın əvvəlində proseduru başlayıb, 10 gün davam etdikdən sonra 10 gün fasilə verilir, sonra yenidən 10 gün davam etdirilir.
Üsul bədənin xətlərinə qulaq pambığı ilə yod xətləri çəkməkdən ibarətdir.
Sxem şəkildə göstərilib. Hər gün yatmazdan əvvəl bir xətt yodlanır.
Qollar və ayaqlardakı xəttlər dairəvi çəkilir. Uzun çarpaz xətlər isə kürəkdə çəkilir. İlk 10 gündə bütün 10 xətti çəkib bitirirsiz, sonra 10 gün fasilə verib, sonra olduğu kimi təkrar edirsiz.
Sxemə və müalicə aylarına düzgün riayət etməyiniz vacibdir. Sınayın, effektini digərləri ilə də bölüşün.
Yodun çəkiləcəyi nöqtələr
 
 
araz.az xəbər portalı.

İnək südü koronavirusdan qoruyurmu?

turkustan.info

İspaniyada aparılan yeni bir araşdırmaya görə inək südü COVİD-19-a qarşı təsirlidir.

araz.az  Medicina.az-a istinadən xəbər verir ki, inək südü infeksiyalara qarşı qoruyucu olan bioloji komponentlər tərkiblidir. İnəklərdə yaranan antitellər yoluxmuş insanlarda koronavirusu təsirsiz hala salır. Vaksinasiya olmuş və ya olmamış insanlarda isə koronavirusun qarşısını alır.

Bütün bu araşdırmalardan sonra mütəxəssislər immun sistemini gücləndirəcək, infeksiyanın qarşısını alacaq yüksək antitel tərkibli süd məhsulu istehsal etməyi hədəflədiklərini bildiriblər.

Qeyd edək ki, araşdırma 300-dən çox insan üzərində aparılıb. Nəticələrə görə, həmin insanların heç birində koronavirusa rastlanılmayıb.

Südü sağılan inəklər və iribuynuzlu heyvanların “BcoV” peyvəndləri ilə aşılandığını bildirən mütəxəssislər bu səbəbdən onların yüksək miqdarda antitelə malik olduqlarını deyiblər.

 

 

araz.az xəbər portalı.

7 -dən səhifə 44