Azərbaycanda D vitaminini səhv təyin edirlər - Uzmandan Xəbərdarlıq

VİTAMİN D
Azərbaycanda D vitaminini səhv təyin edirlər - Uzmandan Xəbərdarlıq

D vitamini defisiti uşaqdan böyüyə kimi hər kəsdə aşkarlanır. Bu gün hansı həkimə gediriksə birinci bu analizi verdirir və D vitamini təyin edir.

Orqanizmin il boyu bu vitaminə ehtiyacı var. Biz onu lazımi qədər Günəş və qidalardan ala bilmirik.

Lakin məlum olub ki, ucdantutma hamıya təyin edilən D vitaminin qəbulunda səhvlərə yol verilir.

araz.az  medicina.az-a istinadən xəbər verir ki, artıq dünyada alimlər təkcə D vitamininin təyinini yetərsiz hesab edir.

Azərbaycanda da bu səhvə yol verilir. Yüksək miqdar D təyin edilir, amma bu xəstənin bədənində yetəri qədər K vitamini, maqniy və kalsium olmaması nəzərə alınmır.

D vitamini bədəndə təkbaşına fəaliyyət göstərmir. Onun reaksiyalar zəncirinə daxil olub, kalsiumu mənimsəməsi üçün maqniy və K2 vitamini lazımdır.

Uzmanlar D vitamini təyin edilərkən yanaşı olaraq K 2 vitamini və maqniy qəbulunu da vacib hesab edir.

Eləcə də yüksək miqdar D vitamini alan xəstə, xüsusən uşaq və yaşlılar kifayət qədər kalsiumlu qidalar yemirsə, D vitamini kalsiumu sümüklərdən çəkib qana sıçradır.

D vitamini kalsium və fosforon mənimsənilməsi, sovrulmasına cavabdehdir. Əgər bu iki mineral orqanizmə qəbul olmursa, defisitdirsə, o zaman sümükləri təkcə D vitamini ilə möhkəmlətmək mümkün olmayacaq.

D vitamini K 2 ilə bərabər aldığında onun əmilmə faizi artır.K vitamini qan laxtalanması və normal sümüklər üçün vacibdir.

Ona görə də hamının yol verdiyi səhvə siz yol verməyin.

Yüksək dozalarda D vitamini qəbulu isə bəzi mənbələrdə düzgün hesab edilmir. Defisit olsa belə günlük 5000 doza müntəzəm, tədricən alınması daha yaxşıdır, nəinki aşırı yüksək dozanın birdən qəbulu.

D vitamini azlığı yorğunluq, halsızlıq kimi əlamətlər verir.

Qışdan yaza keçəndə ciddi defisit olur.

Məşhur həkimdən xəbərdarlıq - "Yeni dalğalar yaxındır..."

88b47527bc3fcd7c43ab35369e939670
 
Doktor və televiziya aparıcısı Aleksandr Myasnikov koronavirusun yeni dalğalarının baş verəcəyini deyib.
 
araz.az  Publika.az-a istinadən xəbər verir ki, bu barədə teleqram kanalında məlumat yayan həkim hər kəsi koronavirus əleyhinə peyvənd vurdurmağa çağırıb.
“Zaman tükənir. Yeni dalğalar onsuz da yaxındır və heç kim onlardan qaça bilməyəcək. Peyvənddən təxminən 2 ay sonra antikorlar tamamilə inkişaf edir”, - həkim qeyd edib.
A.Myasnikovun sözlərinə görə, yaşlılar və xroniki xəstəlikləri olan insanlar xüsusilə təhlükə altında olacaqlar.

Koronavirus hələ 2 il də bizimlədir: 3-cü doza da vurulacaq

ab2f182677622ad2230d9f9d490c4394

Koronavirusa yoluxma və ölüm hallarında nəzərəçarpan və pandemiyanın sürətini azaltmağa yetəcək azalma müşahidə edilməzsə, peyvəndləmədə 3-cü dozaya ehtiyac olacaq.

araz.az Milliyet.com-a istinadən bildirir ki, bu barədə Ankara Universiteti Yoluxucu Xəstəliklər kafedrasının başqanı, professor İsmayıl Balık bildirib. İ.Balık “BioNTech”in qurucu ortağı doktor Uğur Şahinin “Peyvəndin yalnız 9 ay, ən geci 12 ay sonra vurulacaq 3-cü dozası qorumanın gücləndirilməsini təmin edəcək” açıqlamasını dəyərləndirən İ.Balık “burada xatırlatma dozası” ifadəsini işlətsək daha doğru olar. Zatən Uğur Şahin də “9 ay, ya 1 il, ya da 2 il sonra “xatırlatma dozası”nın vurula bləcəyini söyləyib. Biz bunun Faza-3 çalışmaları sırasında belə ola biləcəyini demişdik. Faza-3 çalışmalarının təqib edilməsi 2 ilə qədər davam edəcək. Bu 2 ilin sonunda “xatırlatma dozası”nın 2-ci mərhələdə vurulan dozadan neçə müddən sonra vurula biləcəyi də dəqiqləşəcək”, deyib. İ.Balık inaktif (qeyri-fəal, ləng, hərəkətsiz) peyvəndlərdə 3-cü dozanın vurulmasına ehtiyac ola biləcəyini xatırladıb: “Bu cür peyvəndlərdə xatırlatma dozasının daha erkən vurulması gərəkə bilir. Məsələn, peyvəndin 2-ci dozasından 6 ay sonra bir xatırlatma dozası da lazım gələcək. Çünki pandemiya davam etdiyi müddətdə bizim də xatırlatma dozasını vurdurmağa davam etməyimiz gərəkdir. Əgər istifadə edilən peyvəndlər mutant viruslara qarşı təsirsiz və ya az təsirli olacaqsa, biz xatırlatma dozalarını icra etməli olacağıq. Peyvəndlər də mutant viruslara təsir edə biləcək formada istehsal edilməli olacaq”.

Professor bəzi peyvəndlərin zəif orqanizmə malik insanlarda az təsirli olduğunu və ya ümumiyyətlə təsirsiz qaldığını vurğulayaraq deyib ki, xərçəng xəstəliyi səbəbiylə kimyaterapiyası alanlar, bəyrək çatışmazlığı olanlar, həmçinin dializ xəstələrdə 2-ci doza peyvənd təsirsiz qalarsa, belə insanlara 3-cü dozanın vurulmasında fayda var.

Türkiyə vaksin istehsalına başlayır - RƏSMİ

1619787933 1619782150 vaksinasiya

"Vaksin tədarükündə hər hansı problem və çətinlik olacağını qəbul edirəm".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

“Əlimizdə yetərincə vaksin var. Rusiya ilə danışığımızdan sonra “Sputnik V” peyvəndi gəlir və gələcək. Hətta lazım olarsa, Rusiya prezidenti Vladimir Putinlə danışa da bilərik. Mayın birinci yarısında bu məsələ ilə bağlı Rusiya prezidenti ilə danışığımız olacaq. Oradan da ciddi bir miqdarda aşının gəlməsi ilə mövcud sayı əldə edə bilərik. Mən fövqəladə bir vəziyyətin olacağına inanmıram. Yerli vaksinin hazırlanması üzərində universitetlərimiz, bəzi əczaçı firmalarımız ciddi şəkildə işləyirlər. Onların mənə verdikləri vədə əsaslanaraq deyirəm ki, sentyabr-oktyabradək onların da istehsal ediləcəyinə inanıram”, - o deyib.

Manevr.az

“Semaşko” və Klinik Xəstəxanasının baş həkimləri işdən çıxarıldı – YENİ TƏYİNATLAR

1619609719.FotoJet

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb.

araz.az Musavat.com-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.

Qeyd edək ki, Telman İbadov 2020-ci il Naxçıvan Ali Məclisinə seçimlərdə 45 saylı Aza seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olub və deputatı seçilib.

Saytın digər məlumatına görə, 1 saylı Tibbi Klinik Mərkəzin (“Semaşko”) direktoru Qafarov İlham Heydər oğlu da işdən çıxarılıb.

Ramin Bayramlının əmri ilə onun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub.

8 -dən səhifə 44