Bir stəkan ayran! Koronavirusun dərmanı tapıldı

 b0d7e687e1b9a18b7ab833496ae90176

 

Alimlər ayranın – kefir (mayalanmış turş süd) koronaviusdan qorunmada böyük təsirə malik olduğunu sübut etməyə çalışır. Hazırda bununla bağlı Rusiyanın Sankt-Peterburq şəhərindəki Eksperimental Təbabət İnstitutunda elmi araşdırmalar aparılır. Bu xəbəri ictimaiyyətə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Vladimir Çukonin verib.

araz.az “RİA Novosti”yə istinadən bildirir ki, V.Çukonin kefir mənşəli vaksinin koronavirusdan qorunmada 60 faiz effektli olacağını deyib:

“İnstitutun alimləri tərəfindən belə bir preparat hazırlanıb. Hazırda preparat klinik təfqiqatlaradək olan sonuncu mərhələdədir. Güman edilir ki, koronvirusdan qorunmaq üçün iynələrə, dərmanlara artıq ehtiyac qalmayacaq. Sadəcə, turş süd məhsulunu içməklə orqanizmin faydalı bakteriyalarla təminatı mümün olacaq. Kefirin tərkibindəki faydalı bakteriyalar xüsusi olaraq yaradılan probiotiklərdir ki, onlar orqanizmi koronavirusdakı təhlükəli zülalı “tanımağa” imkan verir”. V.Çukoninin sözlərinə görə, kefir mənşəli vaksinin tətbiqindən sonra orqanizmdə A tipinə məxsus immunoqlobinlər əmələ gəlir, hansı ki, selikli qişanı viruslardan qoruyurlar. Vitse-prezident deyib ki, belə bir vaksin hazırlamaq digərlərindən daha asandır. Preparat koronavrusa qarşı digər vaksinlərlə peyvənd olunmuş, həmçinin aşağı faizli anticismlərlə yoluxmuş insanlarda immunitet yaranmasına kömək edə bilər.


araz.az qeyd edir ki, kefir – mayalanmş süd zatən türk və Qafqaz xalqlarının, o cümlədən Azərbaycan türklərinin də qida rasionunda geniş yer tutan ağartı məhsullarından biridir. Qatığı su ilə açıb doğranmış xiyar, müxtəlif göyərtilər, bir az da duz əlavə etməklə meyxoş bir içəcək alınır. Süd məhsullarının orqanizmə faydaları onsuz da bəllidir. Süd məhsulları arasında qatıq, kefir (ayran) xüsusi yer tutur. Amma mütəxəssislər kefirin qatığa nisbətən daha faydalı olduğunu bildirir.
Kefir fermentasiya olunmuş, yəni mayalanmış süddür, inək, qoyun və keçi südündən hazırlanır. Turşməzə dada malikdir. Tərkibində bakteriyaların (faydalı) sayı süddəkindən artıq olduğuna görə orqanizmə daha çox xeyri var. Kefir bütünlüklə probiotik, mineral və vitamin mənbəyidir. Hər gün 0,5 litr kefir içmək orqanizmi zərərli bakteriyalara qarşı möhkəmləndirər. Kefirlə qatığın fərqi bundadır ki, qatıq probiotik istehsalına yardım edən mühiti yaradır, kefir isə probiotikin özüdür. Qatığın çox yeyilməsi mədə divarını qıcıqlandırır, kefir isə orqanizmdə hətta mədə xəstəliklərinin törədicisi olan helkobakter pylorini müalicə edir. Deməli, koronavirusa yenə öz məhsulumuzla qalib gələ bilərik. 

Sherg.az

Qaraciyəri xəstə olanlar oxusun! Diyetoloqdan faydalı tövsiyə

qaraciyer sarikok

Qaraciyər xəstəlikləri zamanı düzgün və sağlam qidalanma olduqca vacibdir.

araz.az  bildirir ki, belə qidalanma qaraciyərin daha tez bərpasına kömək edir.

Bəzi qida məhsulları var ki, onlar qaraciyərin bərpasını sürətləndirir. İlk növbədə bu sarıkökə aiddir.

Tanınmış rusiyalı diyetoloq Olqa Korablyova РИА "Новости"-yə bildirib ki, qaraciyəri bərpa etmək məqsədi ilə qidalara hər gün sarıkök əlavə etmək lazımdır. Sarıkök güclü antioksidant xüsusiyyətlərə malikdir və həmçinin iltihabları azaldır ki, bunun nəticəsində orqanizmdə və o cümlədən qaraciyərdə gedən bərpa prosesləri sürətlənir.

Həkim bildirib ki, sarıkök həmçinin depressiya ilə mübarizə etməyə yardım edir, qanda şəkərin səviyyəsini aşağı salır, yaraların sağalmasını sürətləndirir.

Saglamolun.Az

Baş ağrısına qarşı effektli TƏBİİ VASİTƏ

alma sirke

Alma sirkəsi çox effektli və sınanmış təbii müalicəvi vasitədir. Alma sirkəsi A, C, P, B qrupu vitaminlər, müxtəlif turşular (alma, limon, süd və s.), fermentlər, pektinlər, dəmir, ftor, fosfor, kalium, kalsium və s. kimi mikroelementlərlə zəngindir.

Alma sirkəsi orqanizmə iltihabəleyhinə təsir edir, müxtəlif ağrıları azaldır, damarları təmizləyir və onların elastikliyini artırır.

Eyni zamanda orqanizmi artıq xolesterindən, şlaklar və toksinlərdən təmizləyir.

araz.az bildirir ki, miqren tutması və ya adi baş ağrısı zamanı sirkədə isladılmış parçanı alına qoyub uzanmaq effektiv təsirə malikdir.

Alma sirkəsi immun sisteminə də çox müsbət təsir edir. İlin soyuq fəsillərində bu xüsusilə vacibdir. Hər səhər 1 stəkan ilıq suda 2 xörək qaşığı alma sirkəsi və 1 xörək qaşığı balı qarışdıraraq qəbul etmək məsləhətdir. Alma sirkəsi arıqlamağa kömək edir. O piylərin parçalanma proseslərini sürətləndirir, iştahanı azaldır. Arıqlamaq üçün hər gün 2 xörək qaşığı alma sirkəsi əlavə olunmuş 1 stəkan ilıq su içilməlidir. Lakin mədə-bağırsaq sistemində pozulmalar olan insanlar, mədə xorası və eroziyadan əziyət çəkənlər alma sirkəsi qəbul etməməlidir.

Alma sirkəsi üz dərisinə də çox müsbət təsir edir, dərini ağardır, təmizləyir, piqment ləkələri və çilləri yox edir.

Dərisi yağlı olan insanlar hər gün üz dərisini alma sirkəsində isladılmış pambıqla silə bilərlər. Bu artıq parıltını götürür, məsamələri yığır, sızanaqları müalicə edir.

Saglamolun.Az

Bu şəxslər peyvənd oluna bilməz - DİQQƏT

vaksinasiya28

Xroniki allergiyanın kəskinləşməsi zamanı insanlar koronavirusa qarşı peyvənd oluna bilməzlər.

araz.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq Nadejda Loqinina danışıb. Onun sözlərinə görə, peyvənd yalnız sabit remissiya dövründə, bədəndə patoloji proseslər olmadığı zaman edilə bilər.

"Allergiya halında ödem istənilən orqanda və istənilən toxumada lokallaşdırıla bilər. Mədə-bağırsaq traktının, yuxarı tənəffüs yollarının, ağciyər və beyin toxumasının ödemi ola bilər. Allergik reaksiyalara laqeyd yanaşmaq olmaz. Bunlar peyvənd üçün ciddi əks göstəriş olan xroniki xəstəliklərdir", - ekspert Zvezda TV kanalına açıqlamasında bildirib.

Publika.az

Bu şəxslərin nəzərinə - Gələn həftədən...

senedlesme34Növbəti həftədən yaşdan asılı olmayaraq, bütün təhsil işçiləri vaksinasiya olunmağa başlayacaq.

araz.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, hazırda 40 yaşdan yuxarı insanlar vaksinasiya olunur:
“Amma hansı təhsil müəssisəsində çalışmasından asılı olmayaraq, hər kəsə vaksinlərin vurulmasına başlanılacaq. İnanırıq ki, növbəti tədris ilindən ənənəvi tədrisə qayıtmağımız mümkündür. Lakin bu, vaksinasiya ilə mümkündür”.

E.Əmrullayev əlavə edib ki, nazirlik yoluxma sayı azaldıqda ənənəvi tədrisə keçirilməsinin tərəfdarıdır: “Biz bunu istəyirik. Amma insanların sağlamlığı daha vacibdir. Eyni zamanda, səhiyyə müəssisələrinin üzərinə düşən yükü də nəzərə almalıyıq”.

 

 

araz.az

9 -dən səhifə 44