“Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm”

1639841163_fotojet-2021-12-18t185052_169 (1).jpg

Müğənni Manaf Ağayev aşıq Zülfiyyə İbadovanın avtomobil idarə etməsini pisləyib.

araz.az  axsam.az-a istinadən bildirir ki, bu haqda sənətçi “Günün sədası” verilişində danışıb.

O bildirib ki, Zülfiyyə maşını yüksək sürətlə sürür: 

“Avtomobillə oynamaq olmaz. Rayona gedendə sürücü radarın olmadığını bilib, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edəndə deyirəm, sürəti azalt. Ümumiyyətlə, sürətlə avtomobil idarə edənləri sevmirəm. 

Bir dəfə Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm. Zülfiyyə xanım avtomobili yüksək sürətlə - 200 sürətlə sürürdü. Onda da biz toya gecikmişdik. Avtomobil “mən ölüm, sən ölüm”ə baxmır. Bir saniyə içində hər şey olur. Nəqliyyat vasitəsini bir az aşağı sürətlə sürmək lazımdır. O gedişlə bu gedişin arasında 10 dəqiqə vaxt var”.

araz.az xəbər portalı.

Ötən həftə toyu olan Orxan Babazadə sabiq məşhur nazirlə qohum oldu - FOTO

1077021

İki gün öncə müğənni Orxan Babazadənin Bakıda bahalı restoranlardan birində dəbdəbəli toy mərasimi keçirilib.

araz.az Manset.az-a istinadən bildirir ki, Orxan Babazadənin ailə həyatı qurduğu Aytac adlı xanım sabiq məmurun qızı imiş. Belə ki, gəlinin atası Ağalar adlı şəxs eks Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla çalışıb. O sabiq nazirin rəhbərliyi vaxtı qurumda vəzifədə çalışıb və eyni zamanda, Səlim Müslümovla yaxın qohumdur. Eks nazir toya dəvət alsa da, son anda məslidə iştirak etməkdən imtina edib.1077021 0

araz.az xəbər portalı.

“Kimsə qayğı göstərirsə, o demək deyil ki, pozğunam” - Renka

RENKA45

 

Tanınmış rəqqasə Renka (Rəna Ağamuradova) sosial şəbəkədə onu tənqid edənləri qınayıb.

araz.az  Olay.az-a istinadən bildirir ki, Renka instaqramda əlində gül ilə paylaşdığı fotosuna mənfi rəy yazan xanımlara bu cür reaksiya verib:

"Mən sənətçiyəm, eyni zamanda xanımam. Kimsə mənə qayğı göstərirsə, o demək deyil ki, pozğunam. Mənə hələ də çatmır, bu, nə fikirlərdir? Gülü sevib alıramsa, sizə hədiyyə edən yoxdursa, bu, mənim günahım deyil. "Mən əxlaqlıyam, ona görə mənə gül vermirlər. Sən əxlaqsızsan, sənə bağışlayırlar" düşüncənizə sözüm yoxdur. Sadəcə deyə bilərəm ki, sizə ayıb olsun".

araz.az xəbər portalı.

Aysun İsmayılova həyat yoldaşından ayrılıb?

16610693911445975

Müğənni Aysun İsmayılova həyat yoldaşı Eşqin Cəlilovla haqqında çıxan ayrılıq iddialarına aydınlıq gətirib.


araz.az xəbər ki, sənətçi Eşqinlə birgə fotosunu paylaşaraq “Deyirlər, ayrılmışıq. Diliniz qurusun” sözlərini yazıb.


Cəlilov da öz növbəsində “Arzusu ürəyində qalan çox olacaq, qoy desinlər”, - deyə, paylaşım edib.

0af7c0685d1661064252chgchkprkg 1

araz.az xəbər portalı.

“Atam rəhmətə gedəndə hər bir şeyi özü ilə apardı“ - VİDEO

FATME5

"Atam mənim həm dostum idi, həm atam. Anam həmişə bizi qısqanırdı. O, hər zaman mənə dəstək olurdu. Anama deyirdi ki, işin olmasın, bilmək olmur sabah gəlin köçəcək, necə olacaq. Atamın itkisi həyatımda çox böyük zərbə oldu. Çünki ən şirin yaşımda onu itirdim. 19 yaşım tamam olmamışdı".

araz.az bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Onun sirri" proqramında deyib.

"Heç gözləmirdik ki, bu, ola bilər. Həmişə gümrah, gülən, gəzən insan birdən yatağa düşür və 1 ayın içində yox olur. 52 yaşında rəhmətə gedib. Doğrudan da insan bilmir sabah başına nə gələr. Həkimlər qalmadı, haralara getmədik. Özü də xəstə olanda uşaq kimi olmuşdu. Həyat yoldaşından ancaq dəstək istəyirdi. Ona deyirdi, bəlkə səni incitmişəm məni bağışla. Həmin məqamlarda ona o qədər sığımışdı ki...

Atamın ölümü həyatımı çox dəyişdi. O yaşa qədər ümumiyyətlə bilmirdim ki, əziyyət nədir? Atam rəhmətə gedəndə hər bir şeyi özü ilə apardı: hüzuru, ruzini, mehribançılığı..." deyə, sənətçi bildirib.

Aparıcı Lətafət Ələkbərova atasının ölümünün Fatimədən gizlədildiyini vurğulayıb. Sənətçi həmin günü belə xatırlayır:

"Bilirdim ki, xəstədir və artıq əməliyyat da olmuşdu. Əməliyyatın 3-cü günü idi. Reanimasiyada idi. İkinci gün yanına gedəndə gördüm. Ən axırıncı üz-üzə görüşümüz idi. Onu görəndə gülümsədi və gözündən yaş gəldi. Dedim ki, hər şey yaxşı olacaq. Mənə səni çox istəyirəm, hər şeyimsən dedi. Düşünürdüm ki, onu yenə də görəcəyəm, hər şey yaxşı olacaq. Buna ümid edirdim. İnana bilməzdim ki, atamı itirərəm, elə bir şey ola bilməz.

Artıq üçüncü günü öz evimdə ailəmlə, uşağımla birlikdə idim. Gecə saat 3-də anam zəng vurdu ki, həyat yoldaşım getsin xəstəxanaya. Başqa heç nə demədi. Dedi ki, təzyiqi qalxıb yanında olmaq lazımdır. Aldatdı məni.

8 aylıq körpəmi necə bələyib geyindirdim, bayırda da itlər ulayırdı. İndiyə qədər o səs qulağımdadır. Uşağı əlimə götürəndə hər yer zülmət qaranlıq oldu, işıqlar getdi. Düşdüm aşağı, yoldan keçən maşını saxlamışam, yalvarmışam, gəlmişəm məhəlləmizə, girmişəm evə. Sonra qayınanam zəng vurdu ki, qayıt bizə, uşağı qoy, gəlib indi səni götürəcəklər. Yenə də inanmadım. Qaça-qaça getdim uşağı verəndən, evə gələndən sonra gözləyirəm, görürəm xəbər yoxdur. Artıq 8-in yarısıdır. Zəng vurdum, dedilər apardılar. Mənim səsimə bütün qonşularımız yığışdı...

İndi eşidəndə uşaq atasız böyüyür, atılır inana bilmirəm. Necə atasız yaşamaq olar? Çünki mən 19 yaşına kimi o sevgini görmüşəm".

araz.az xəbər portalı.

Elza Seyidcahan Röyanın BÜTÜN SİRRİNİ AÇDI: "O, hər gün sevişir, təkcə Hüseyni doğmayıb"

1473976

Əməkdar artist Elza Seyidcahan belə getsə deyəsən, növbəti açıqlaması ilə yenidən gündəmi bir-birinə vuracaq. Bəstəkar-müğənni bu dəfə həmkarı Röya Ayxanla bağlı bəzi fikirlər söyləyib.

araz.az  yeniçağ.az-a istinadən xəbər verir ki, bəstəkar Röyanın onun sosial şəbəkələrdə müzakirəyə səbəb olan yeni şeirini paylaşdığını deyib: "Görünür o, mənim şeirimdə olan fəlsəfəni anlayıb, buna görə də paylaşıb. Xoşuna gəlməsəydi, paylaşmazdı ki... O da sənəti dərindən anlayır. Röya da hər gün musiqilərlə sevişib, konsertlər doğur. O, təkcə Hüseyni doğmayıb, o qədər mahnılar, konsertlər doğub ki... Hələ yenə doğacaq, doğmasa, tükənəcək".

"Mən o qızı çox istəyirəm. İllər öncə mən öz tədbirimə onu dəvət etmişdim, jurnalistlər ona qarşı çıxdılar. Röyaya görə jurnalistləri yerində oturtdum. Hətta buna görə "SOY" prodakşn mənə iki il qadağa qoydu, verilişlərinə çağırmadı. Mən bunu sonradan bildim. Bir gün "SOY"un rəhbəri Oqtay Əliyev mənə dedi ki, bilirsən, səni bizim verilişlərə niyə çağırmırıq? Dedim ki, yox. Dedi, ona görə ki, sən Röyaya görə jurnalistlərlə münaqişə yaşamısan. Mən həmişə sənət adamlarını müdafiə etmişəm, onları qorumuşam. Röya üçünsə çox şey edərəm. Çünki o, mərd qızdır".

araz.az xəbər portalı.

Aygün Kazımovanı Rəsul Quliyevlə nə bağlayır? - Xalq artisti barədə bilmədiklərimiz

1656520166 15Yəqin ki, bir şərq ölkəsində, həm də sovetin tərkibindən təzə çıxmış ölkədə onun etdiklərinə kimsənin cəsarəti çatmazdı.

araz.az  oxu24.com-a istinadən bildirir ki,  şou-biznesimizin sərhədlərini genişləndirən, səsindən daha ötə səhnədki davranışları, gözəlliyi ilə irəli gedən, daim özünə nömrə bir dedirtməyi bacaran Xalq artisti Aygün Kazımova...

Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakının Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir. Ailənin dördüncü — sonuncu övladıdır. Aygün Kazımova uşaqlıqda pika xəstəliyindən əziyyət çəkib. İfaçı bu xəstəliyini ilk dəfə 2015-ci ildə etiraf edib.

Qeyd edək ki, bu xəstəliyin yaranma səbəbi nadir psixi pozuntudur. Bu xəstəliyin daşıyıcıları PİKA (pozuntulu iştah) sindiromuna yoluxurlar. Sözügedən pozuntuya məruz qalan insanlar təbaşir, daş kömür, daş yeyirlər.

Aygün 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə gedir. 8-ci sinifdə oxuyarkən atasını itirir. Hələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı idi. İlk dəfə böyük səhnəyə 9-cu sinif oxuyan zaman Ozan qrupunun solisti olaraq səhnəyə çıxır. 9cu sinfi bitirib orta məktəbdən uzaqlaşıb. 1986-cı ildə Mədəni Maarif texnikumuna daxil və bu təhsilini də yarımçıq saxlayır. 18 yaşı tamam olan kimi 1989-cu ilin 24 dekabında gənclik sevgisi – keçmiş həyat yoldaşı İlqar İbrahimovla evdən qaçır. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlir.

Çox qısa müddət sonra Aygün Kazımova 1991-ci ildə həyat yoldaşından ayrılır. Buna əsas səbəb isə, özünün dediyinə görə həyat yoldaşının Aygünə səhnəyə çıxmağa icazə verməməsi, tüfeyli həyat tərzi keçirməsi, Aygünü hər gün incitməsi olub.

Məlumata görə, Aygün Kazımova ilk ərindən hələ də boşanmayıb.

Onun ilk həyat yoldaşı məhkumluq həyatı da yaşayıb.

1998-ci ildə ACP lideri Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyev Bakıda hava limanında həbs olunarkən xalq artisti Aygün Kazımova gözüyaşlı şəkildə telekanallara müsahibə verərək, eks-spikerin qohumu ilə evli olduğunu bildirmişdi. Daha sonra Aygün Kazımovanın eks energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə eşq yaşayıb. 2002-ci ildə Türkiyə mətbuatında, xüsusilə Hürriyət qəzetində Aygün Kazımova və "Best Model Of the Turkey" yarışmasının finalisti Mert Kılıçın eşq macərası yaşadığı ilə bağlı silsilə məqalələr dərc olunmuşdu.

2004–2011-ci illərdə Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə qeyri rəsmi ailə həyatı qurub.

Namiq Qaraçuxurlunun keçmiş həyat yoldaşı Solmaz Şükürova bu münasibət haqqında belə demişdi:

Əslində Aygün Kazımovanın həyatı haqqında bunca qalmaqallı xəbərlərin yayılması onun səmimiyyətindən, cəsarətindən irəli gəlir. Lakin onun mşhurluğu və daim bir nömrə kimi qalmasının səbəbi isə təbii ki, bu qalmaqallar deyil. O, bunu peşəkar səhnəyə ilk dəfə çıxdığı gündən - 1988-ci ildəki "Bakı Payızı" yarışmasından sübut edib. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi Yarım eşitsin məni mahnısı ilə ilk qran-prisini qazanır. Bəstəkar Tofiq Quliyevin müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deməsi Aygünə qol-qanad olur və o, bütün çətinliklərə baxmayaraq sənətdə, böyük səhnədə iri addımlarla addımlayacağına söz verir.

Qoy işığı söndürüm, Şəklimi çək, Bir söz yetər, İndi sənsiz, Öpsən... və başqa mahnıları həmişə hitə çevrilib.

Son vaxtlar efirdə və tez-tez görünməyən müğənni öz sənət fəaliyyətində dəyişiklik edib. Əvəllər hər gün ekranlarda olan müğənni artıq geriçəkilərək, özünə bir əlçatmazlıq imici yaradıb. Son illər mətbuata açıqlama və müsahibə vermir.

Aygün tamaşaçı ilə bütün sərhədləri qıran, lazım olanda gəlib onun dizinin üstündə oturan, lazım olanda onun başını sinəsinə sıxan kompleksiz bir müğənni oldu. Səhnəarxasındakı bütün yaşantıları tamaşaçıların ovcunun içində oldu və o özü bundan zərrə narahat olmadı.
Bütün bu komplekssizlikləri ilə Aygün şou-biznes adlanan bu ağlı qaralı sahədə Azərbaycanı bir qərinə irəli apardı.
Aygün Kazımova Azərbaycan səhnəsində elə cəsarətli, riskli addımlar atıb ki, bu addımı heç illərlə Qərb səhnələrində üfüqlər dağıdan məşhur müğənnilər belə bacarmamışdı.

araz.az xəbər portalı.

1 -dən səhifə 12

Əlaqəli xəbərlər