pervin7

"Dediyim hər bir sözün arxasındayam. Bəzi xəstə beyinli insanlar var ki, bunu istədiyi yerə yozdu. Bütün qadınların məqsədi eynidir: mən ailəni xoşbəxt olmaq üçün qururam".

araz.az  xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Tarixin bir günü" proqramında deyib.  Pərvin "İmkanlı oğlanla ailə qurmaq istəyirəm" sözlərini tənqid edənlərdən danışıb:

"Ailəm dağılsın deyə ailə qurmuram. Bütün ailələrdə pulsuzluq müəyyən vaxtdan sonra problemə çıxarır. Mən də bunu yaşamaq istəmirəm. Kimsə yaşamaq istəyirsə, buyursun qursun. Xoşbəxtlik üçün ailə qururam. Uşaqlarım gözəl şəraitdə böyüsün, yaxşı məktəbdə oxusun istəyirəm. Buna kim etiraz edə bilər? Demədim, milyonerə ərə gedim. Dedim ki, tində oturub, kiminsə pul gətirəcəyini gözləyənə kişi kimi baxmıram. Gedirəm ailələrə, baxıram kişi oturub gözləyir ki, mən yardım gətirim. Milyoner yox, ailəsini dolandıra bilən birinə ərə getmək istəyirəm".

Qeyd edək ki, Pərvin "Heç bir qız kasıb oğlana ərə getmək istəməz. Nə qədər sevsə də, getməz. Hansısa oğlan deyirsə kasıbam, günahı onda görürəm. İnsan fərasətli olmalı, tutduğunu qopartmalıdır. Kasıbam, kasıb ailədə doğulmuşam deyib, kənara çəkilməyin. Kasıbçılıqdan milyonçuluğa qalxan var. İndiki milyonçuların əksəriyyəti əvvəl kasıb olublar" sözlərinə görə tənqid edilmişdi.

 

araz.az xəbər portalı.