Nigar Camal qəzaya düşüb

Sosial şəbəkədə 2011-ci ildə "Avrovision" yarışmasının qaliblərindən biri olan müğənni Nigar Camalın qəzaya düşməsi görüntüləri yayılıb.

AzVision.az - ın xəbərinə görə, görüntüdən bəlli olur ki N. Camal rəfiqələri ilə avtomobilin içərisində müsiqi sədaları altında oxuyub, rəqs edirlər.

Lakin bir müddət sonra görüntünü qeydə alan telefon yerə düşür və eşidilən səslərdən də ehtimal olunur ki, qəza baş verir.
**
Qəza Bakı Quba yolunda baş verib. Avtomobilin qadın sürücüsü AzVision.az-a açıqlamasında deyib ki, maşında olanların hər biri sağ-salamatdır. Yalnız xanım sürücü özü yüngül xəsarət alıb. Nigar Camala isə heç nə olmayıb: "Əsassız şaiyələrə inanmayın".

Əlaqəli xəbərlər