Amerika KİV məşhur Hollivud aktyorunu ölümü ilə bağlı xəbər yayıb.
Hakerlər Arnold Şvartseneggeri "öldürüblər". ANS PRESS-in məlumatına görə, Amerika KİV məşhur Hollivud aktyorunu ölümü ilə bağlı xəbər yayıb.

Saxta xəbərdə qeyd olunur ki, 68 yaşlı Amerikalı aktyor və siyasətçi xilasetmə xidmətinə anonim zəngindən sonra evdə ölü tapılıb. Həmçinin qeyd olunurdu ki, Şvartseneggerin ölümünü onun ailə üzvlərindən biri təsdiq edib.

Qısa müddətdən sonra isə, "International Business Times" hakerlərin MSNBC.com saytını dağıtdıqları barədə və onun istifadəçilərini saxta bir sayta yönləndirdikləri barədə məlumat yazıb.

Şvartseneggeri isə, onun "ölümü" barədə məlumat yayıldıqdan sonra italyan restoranında " Qarşısıalınmazlar" filminin rejissoru Robert Erl ilə bir yerdə təmamilə sağ və salamat görüblər.

Aktyorun yaxın dostu Kalum fon Mogerdə ölüm barədə xəbəri təkzib edib.

Şvarstnegger belə "xəbərlərin" ilk qurbanı deyil. Bu vaxta kimi ona qədər Silvister Stalonne, Uill Smit, Ceki Çan, Rouena Atkinson və bir çoxlarını "dəfn ediblər". Xüsusilə də, "Gəzən ölülər" serialının ulduzu Norman Ridusun bəxti bu məsələdə gətirməyib — onu təkcə 2014-cü ildə 4 dəfə ölmüş elan ediblər.