Oksananın hamıdan gizlətdiyi sirri açıldı - Oğlunun atası... - VİDEO

resize5Tanınmış teleaparıcı Şəhriyar Əbilov aktrisa Oksana Rəsulova ilə evli olduğunu açıqlayıb.

araz.az xəbər verir ki, Roza Zərgərlinin aparıcısı olduğu "Tam vaxtıdır" verlişində hər kəsi təəccübləndirən Şəhriyar Oksananın oğlunun atası olduğunu bildirib:

"Oksana ilə dostluğumuz 15 ilə söykənir. Birgə çəkildiyimiz serialdan sonra dostluq sevgiyə döndü. Biz evləndik, xoşbəxtik. 3 yaşında oğlumuz var. Oğlumla nəfəs alıram".

Həmin görüntüləri təqdim edirik:

araz.az xəbər portalı.

"Tində oturub, kiminsə pul gətirəcəyini gözləyənə kişi kimi baxmıram" - Pərvin Abıyeva

pervin7

"Dediyim hər bir sözün arxasındayam. Bəzi xəstə beyinli insanlar var ki, bunu istədiyi yerə yozdu. Bütün qadınların məqsədi eynidir: mən ailəni xoşbəxt olmaq üçün qururam".

araz.az  xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Tarixin bir günü" proqramında deyib.  Pərvin "İmkanlı oğlanla ailə qurmaq istəyirəm" sözlərini tənqid edənlərdən danışıb:

"Ailəm dağılsın deyə ailə qurmuram. Bütün ailələrdə pulsuzluq müəyyən vaxtdan sonra problemə çıxarır. Mən də bunu yaşamaq istəmirəm. Kimsə yaşamaq istəyirsə, buyursun qursun. Xoşbəxtlik üçün ailə qururam. Uşaqlarım gözəl şəraitdə böyüsün, yaxşı məktəbdə oxusun istəyirəm. Buna kim etiraz edə bilər? Demədim, milyonerə ərə gedim. Dedim ki, tində oturub, kiminsə pul gətirəcəyini gözləyənə kişi kimi baxmıram. Gedirəm ailələrə, baxıram kişi oturub gözləyir ki, mən yardım gətirim. Milyoner yox, ailəsini dolandıra bilən birinə ərə getmək istəyirəm".

Qeyd edək ki, Pərvin "Heç bir qız kasıb oğlana ərə getmək istəməz. Nə qədər sevsə də, getməz. Hansısa oğlan deyirsə kasıbam, günahı onda görürəm. İnsan fərasətli olmalı, tutduğunu qopartmalıdır. Kasıbam, kasıb ailədə doğulmuşam deyib, kənara çəkilməyin. Kasıbçılıqdan milyonçuluğa qalxan var. İndiki milyonçuların əksəriyyəti əvvəl kasıb olublar" sözlərinə görə tənqid edilmişdi.

 

araz.az xəbər portalı.

Tatlısəs müğənnini zorlayıb? - "Bu, mənim sonum oldu”

tatlisesMüğənni Serpil Benay qonaq olduğu proqramların birində həmkarı İbrahim Tatlısəslə bağlı qalmaqallı iddialar səsləndirib.

araz.az  Axsam.az-a istinadən xəbər verir ki, ifaçı illər əvvəl İbrahim Tatlısəs tərəfindən cinsi zorakılığa məruz qaldığını etiraf edib. Yaşadıqlarını danışan Serpil hadisə ilə bağlı “Bu hadisə mənim sonum oldu” sözlərini işlədib.

O, həmin hadisədən sonra karyerasının bitdiyini açıqlayıb:

"25-30 il əvvəl İbrahim Tatlısəsin istismarına məruz qaldım. Adım hallansın deyə bunu demirəm. Mənim belə şeylər ehtiyacım yoxdur. O vaxt çoxlu hadisələr oldu. Bu da mənim karyeramın bitməsinə gətirib çıxartdı. Məni tamamilə bitirdilər.

İbrahim Tatlısəsin qurbanlarını çağırsanız 5 il hər gün proqram apara bilərsiniz. Bəzi insanlar utanır. Mən də utanırdım. Amma sonra nə etdim ki, utanım deyə düşündüm".

 

araz.az xəbər portalı.

Əməkdar artist: “Yazılanlara görə ailəmdə dava düşüb”

FotoJet 2021 10 09T110613.258 1

Əməkdar artist Rühəngiz Allahverdiyeva yeni açıqlaması ilə diqqət çəkib.

 

Sənətçi ARB TV-də yayımlanan “Elgizlə İzlə” verilişinin qonağı olduğu zaman sosial şəbəkələrdə onun ünvanına yazılan tənqidi şərhlərdən şikayətlənib.

Əməkdar artist bu sözlərin onun evində dava-dalaş yaratdığını da qeyd edib:

“Yazırlar ki, “Dövlət niyə buna ad verib?”, “Görəsən, bu niyə mərmərdən baxmır?”. Atanın, yoxsa ananın çörəyini yeyirəm? Bəlkə, sən mənə çörək verirsən? Ömrü verən Allahdır. Kimin ərini, oğlunu almışam ki, bu qədər narahatdır? Çox tərbiyəsiz sözlər yazırlar. Yəqin, bunların evdə ana-bacıları, valideynləri bu işlərlə məşğuldur.

Açıb qapını görürlər, ona görə gözlərinin önündən getmir. Fotoşopa görə dava edirlər. Mən müğənniyəm, istədiyim şəkli qoya bilərəm. Bu tərbiyəsizlərə görə ölkədən getmək istəyirəm.

Yazılanlara görə ailəmdə dava düşüb. Niyə camaatın ailəsini dağıdırsınız? Bununla çörək qazanırsınız? Mən biqeyrətliklə pul qazanmaram”.

 

araz.az xəbər portsalı.

Samirə Əfəndi Azərbaycanı tərk edir

samire12 1

Müğənni Samirə Əfəndi görünüşündə dəyişiklik edib.

araz.az  Pravda.az-aistinadən  xəbər verir ki, sənətçi saçlarını qısa kəsdirib, onları saraldıb. İfaçı depressiyada olduğu üçün belə addım atması xəbərlərinə son qoyub.

"10-da görüşək" proqramına qonaq olan Samirə "Qadınlar saç kəsəndə sevgilisindən ayrılıb, depressiyaya düşüb deyirlər. Depressiyadasan" sualına "Onun üçün bu addımı atmağım çox olar. Depressiyada deyiləm, dəyişikliyi sevirəm" cavabını verib.

Samirə İstanbula köçəcəyini söyləyib:

"Orada məni özləri istəyir. Biri var gedib özün harasa müraciət edəsən, biri də var sənə hər şey edirlər. Deyirlər ki, ayağına hər şeyi səririk. İstəyirik bütün radio proqramlar, kimlə istəsən duet, verilişlər olacaq. Məqsədim isə aktrisa olmaqdır. Orada agentliklərə müraciət edəcəm.

Mənim ailəmlə birlikdə çoxdan Türkiyəyə köçmək planım var. Bizim orada evimiz, hər bir şəraitimiz var. Ona görə də ailəmiz ora köçür".

Əfəndi "Eurovision" yarışmasında ona sevgi etirafı edən Norveç təmsilçisi "TİX"la (Andres Haukeland) olan münasibətlərinə toxunub:

"Ona Azərbaycanla bağlı o qədər danışmışam ki, bura gəlmək istəyir. Amma bilmirəm, o, gələndə mən Bakıda, yoxsa İstanbulda olacam... Düşünürəm ki, onunla İstanbulda görüşəcəyik".

 

 

araz.az xəbər portalı.

İbrahim Tatlısəs 12 ildən sonra konsert verəcək

bandicam 2021 09 16 20 46 21 477

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs 12 ildən sonra konsert proqramı ilə çıxış edəcək.

Keçirdiyi çətin 9 ildən sonra Star TV ekranlarında “İbo Show” ilə geri dönüş edən məşhur indi də açıq havada konsert verməyə hazırlaşır.

63 yaşlı Tatlısəsin konsertinin sentyabrın 23-də İstanbulda “Kuruçeşme Sahnesi”ndə keçirilməsi planlaşdırılır.

araz.az xəbər portalı.

ATV-nin məşhur simaları onu tərk edir – nə baş verir?

atv 1 660x330

Sonbir həftədə ATV-nin ən məşhur aparıcıları telekanalı  tərk etdiklərini açıqlayıblar. Onların arasında 20 ildən çoxdur ki, ATV-də çalışan İlkin Həsəni, Aytən Səfərova, uzun illərdir “ATV maqazin onlarla” verilişinin aparıcısı olan Afaq Gəncəli, Fərid Rəsulda var.

Aparıcılar Aytən Səfərova ilə Afaq Gəncəlinin bundan sonra “Xəzər”, İlkin Həsəni və Fərid Rəsulun isə “Space”də efirə çıxacağı gözlənilir.

Uzun illərdir ATV-nin siması olan aparıcılar doğma telekanaldan ayrılma səbəbləini tam açıqlamasalar da, onların iş yerlərindən narazı getdikləri hiss olunur. Məsələn, İlkin Həsəni televiziyadan getməsini bu cür açıqlayıb: “Çox təəssüf ki, bu kanalla yollarımızı ayırmalı olduq, yeni yayım kanalımız bu ilin oktyabrından etibarən ”Space” olacaq. Rebrendinq olunmuş, yeni loqolu, yeni heyətli, HD yayımlı, “Amaci”siz,” “Zita və Gita”sız “Space”. Köhnə dostlarımızla bərabər yeni bir yola çıxırıq, bu yolda hər birimizə uğur olsun”.

Aytən Səfərova: "Özünü mənim ərim kimi təqdim edib rüşvət alır" - FOTO

Aytən Səfərova isə telekanaldan ayrılma səbəbi haqda sosial şəbəkədə qeyd edib: “Altı il bu kanalda çalışmışam. Həm xəbərlər departamentində, həm radioda. Müharibə vaxtında reytinqli bir verilişə aparıcılıq etmişəm. Proqramımda nüfuzlu şəxslər qonaq olublar. Hansı işdən yapışıramsa, öz adıma uyğun edirəm və yüksək səviyyədə aparmağa çalışıram. Son vaxtlar ATV-də xəbərlər departamentinin redaktoru idim.

Noyabrın 10-na keçən gecə ölkədə radio məkanında qələbə xəbərini ilk verən spiker mən olmuşam. 106.3 və 106 FM-də eyni vaxtda bunu səsləndirdim.

Sadəcə, artıq ayrılmaq qərarına gəldim. Gəldiyim və getdiyim ATV arasında böyük fərq görürəm. Hesab edirəm ki, Aytən Səfərova başqa istiqamətə üz tutmalıdır. Kanaldan dost kimi ayrılmışam. Orada dostlarım, həmkarlarım çalışır. Hamısına uğurlar diləyirəm”.

Beləliklə, ATV-nin ən məşhur aparıcılarının onu tərk etməsi xeyli müzakirə yaradıb. Məsələ ilə bağlı telekanalın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli axşam.az-a bildirib ki, aparıcılar öz istəkləri ilə işdən çıxıblar: “Hər birinin qərarına hörmətlə yanaşırıq”.

O.İbrahimli eyni zamanda qeyd edib ki, yeni mövsümlə əlaqədar ATV-də hazırlıqlar gedir: “Əlbəttə ki, ATV-də yeniliklər olacaq. Yeni mövsümdə hansı simaların efirdə olacağı ilə bağlı isə yaxın günlərdə məlumat veriləcək”.

Bəs məşhur aparıcıların ATV-dən getməsi yeni mövsümün reytinqinə nə qədər təsir edə bilər? Ümumiyyətlə, ATV-nin son müddət ərzində fəaliyyəti necə dəyərləndirilir?

Oxu.az - Qulu Məhərrəmli: “Xəzər”, “Space” və “Lider” telekanallarında  nöqsanlar hələ də var

Qulu Məhərrəmli 

Mövzu ilə bağlı teletənqidçi Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “ATV ölkənin orta səviyyəli kanallarından biridir. Son dövrlər bu televiziyanın xəbərlərində müəyyən üstünlüklər nəzərə çarpırdı. Xüsusən də pandemiya dövründə televiziyanın ”Qərargah” verilişi müharibə zamanı yaxşı çalışmışdı. Ümumiyyətlə, ATV-də xəbər sistemi Vüqar Qaradağlının zamanından yaxşı qoyulub. Televiziyanın digər yükü şou proqramlarla bağlı idi. Son zamanlar isə müşahidə edirdik ki, televiziyanı xeyli sayda aparıcılar tərk edir. Düşünürəm ki, bu, təkcə ATV-nin problemi deyil. Eyni proses sabah başqa telekanalda baş verə bilir. Bu nəyin göstəricisidir? Bu, ilk növbədə münasibətlərin lazım olan səviyyədə qurulmaması ilə bağlıdır. Adətən ölkəmizdə aparıcılara, jurnalistlərə lazım olan dəyər verilmir. Tutaq ki, televiziya rəhbərliyi dəyişəndə görürük ki, birdən-birə bir neçə məşhur adam işdən çıxarılır. Yəni “rəhbər istədiyini edə bilər” tendensiyasıdır. Təəssüf ki, bu bizim telekanallarda  aparıcı tendensiya kimi müşahidə olunur. Əlbəttə ki, məşhurların televiziya kanalından getməsi həmin televiziyanın imkanlarını tükədir, reytinqə birbaşa təsir edir. Çünki tamaşaçılar var ki, yalnız aparıcıya görə verilişə baxır. Lakin işdən çıxan aparıcılar yeni televiziyada özlərinə necə münasibət görürlər? Adətən məşhur aparıcılara bir televiziyadan çıxanda digər televiziyadan yaxşı əmək haqqı təklif olunur, lakin sonra proqram öz yerini tutandan sonra yenidən həmin yanaşma təkrarlanır. Bu məsələni birdəfəlik həll etmək lazımdır.

Əlbəttə ki, işdən çıxan həmin aparıcılar əgər ATV-də yetişib, orada məşhurlaşıblarsa, bu, ATV üçün çox ciddi ziyandır. Yox, əgər sonradan dəvət olunan aparıcıdırsa,  itki səviyyəsi o qədər də yüksək olmur”.

Qulu Məhərrəmli telekanallarda son vəziyyəti belə dəyərləndirdi: “Son vaxtlar müəyyən televiziyalarda dirçəlmə müşahidə olunur. Məsələn, ”Xəzər TV”də ciddi proseslər gedir. ATV-nin özü də nəyəsə çalışırdı və sairə. Lakin son bir ildə ATV-də yaradıcı proseslərin dayandığını görürük. Bundan sonra televiziyada nələr baş verəcək, onu deyə bilmərik. Sadəcə, arzulayardıq ki, istər aparıcı, istərsə rejissor, digər peşəkar olsun, normal əmək haqqı alıb, öz yaşayış imkanlarını yaxşılaşdıra bilsinlər. Təəssüf ki, televiziyaların heç birində, istər məşhur, istərsə də qeyri-məşhur olsun, onların heç birinin “belə bir problemlər ortaya çıxmayacaq” deyə təminatı, qarantiyası yoxdur”.

 

araz.az xəbər portalı.

3 -dən səhifə 16

Əlaqəli xəbərlər