Angela Merkel: "Hakimiyyətdən və xalqdan yorulmuşam"

16jpg 1632308792əSentyabr ayının 26-da alman xalqı "dəmir frau" ilə vidalaşır. Almaniyada hər kəsi bir sual düşündürür, 67 yaşlı Angela Merkeli kansler vəzifəsində kim əvəz edəcək, onun gedişindən sonra dünya siyasətində nələr dəyişəcək?   16 illik hakimiyyəti dövründə Merkel öz ölkəsinin böhran dövründə menecerinə çevrildi. Dünya siyasətində qlobal hava dəyişilliyinə, maliyə bazarının çökməsinə, humanitar fəlakətlərə və  nəhayət pandemiyanın ağır nəticələrinə sinə gərdi. 
  
Buna baxmayaraq, Almaniyada iqtisadi vəziyyətin ağırlaşmasında, avtomobil sənayesinə vurduğu zərbəyə, təkbaşına miqrantlar üçün sərhədlərin açılmasına icazə verməsinə görə qınayanlar da az deyil.
  
Angela Merkelin gedişindən sonra Almaniyanın və Avropanın düşəcəyi vəziyyətə aydınlıq gətirən Moskvadakı Bismark cəmiyyətinin sədri Mixail Qolovanov aydınlıq gətirməyə çalışıb. "Merkel həqiqətən unukal siyasi xadimdir. Almaniya tarixində ilk qadın kanslerdi. Bu vəzifəni 16 il, hətta Almaniya Federativ Respublikasının yaradıcısı Konrad Adenhauerdən də çovx daşıyıb. Hitler də bu vəzifəni cəmisi 12 apara bilib.  Merkeli istəməyənlər onun 16 hakimiyyətdə olmasını tənqid edərək, onu əvəzolunmaz şəxs kimi RF-nın prezidenti  Putinə də bənzədirlər.
  
Merkel alman mentalitetinə tam uyğun bir seçim oldu. Əbəs yerə onu almanlar "Mutti"- "anacan" adlandırmırdılar. O, həqiqətən də, bir çox hallarda alman xalqına analıq etdi.
  
Merkel hakimiyyətinin epoxasına nəzər salsaq, görərik ki, onun fəaliyyəti təqdirə layiq olub. Kansler çoxsalı böhran vəziyyətlərindən alnı açıq çıxa bilib, Ukrayna müharivəsi, miqrasiya böhranı və pandemiya fəlakəti dövrlərində yorulmadan çalışıb.Merkelin danışıqlar aparmaq bacarığı, beynəlxalq münasibətlərdə heç bir şübhə doğrultmur"

Amma görünən odur ki, onun da uzun müddət hakimiyyətdə qaması,  artıq alman xalqını yorub. "Merkel muss weg" ( Merkel artıq getməlidir) şüarları küçələrdə və sosial şəbəkələrdə daha çox sələnməyə başlayıb. Merkelin özü də artıq hakimiyyətdə qalmaqdan bezib. Rəhbərlik etdiyi partiyada da düşünürlər ki, "anacanın" artıq dincəlmək vaxtıdır.
  
Hazırda Almaniyada keçirilən sorğular göstərir ki, sosial-demokratların reytinqi ciddi surətdə digər partiyaları üstələyir. Xüsusilə də yaşlı nəsil Almaniyanın keçmişdə necə gözəl yaşadıqlarını xatırlayırlar, xüsusilə də Herhad Şrederin kanslerliyi dövründə. İndi onu kansler postunda əvəzləyəcək adam, yığılıb qamış daxili problemlərin və milli maraqlar balansını öz xeyirlərinə dəyişmək yollarını tapmaq barədə düşünməlidir.

 

 

araz.az xəbər portalı.

Rusiyada terror aktını törədən şəxs görün kim imiş

timurXəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub. İlkin məlumata görə, atışma nəticəsində 8 nəfər həlak olub, 6 nəfər yaralanıb.

araz.az-ın məlumatına görə, insidentin universitetin 18 yaşlı tələbəsi Timur Bekmansurov tərəfindən törədildiyi güman edilir.

Bildirilir ki, T. Bekmansurov hüquq fakültəsinin birinci kurs tələbəsidir.
Qeyd olunur ki, Timur Bekmansurov bu yaxınlarda sosial şəbəkələrdə hücum planı barədə ətraflı məlumat və silahı necə almasına dair paylaşım edib.

 

 

araz.az xəbər portalı.

Gənc oğlan 1282 il müddətinə həbs cəzası aldı

6146a467ad4926146a467ad49316320195596146a467ad48f6146a467ad491ABŞ vətəndaşı olan Devon Erikson 2019-cu ilin may ayında məktəbə hücum etdiyinə görə vaxtından əvvəl azad olunma imkanından məhrum edilməklə ömürlük həbs cəzasına məhkum edilib.

araz.az  xəbər verir ki, bu barədə “The Denver Post” nəşri yazıb.

Müvafiq qərar Nebraska ştatının Duqlas dairə məhkəməsi tərəfindən verilib.

Məlumata görə, gənc oğlan məktəbdə bir nəfəri öldürmüş, 8 nəfəri isə yaralamışdı. Buna görə o, 1282 il müddətinə həbs cəzası alıb. Təhsil müəssisəsinə edilən hücumda onun əlbiri də iştirak edib.

2021-ci ilin iyununda ittihamçılar Eriksona qarşı sinif yoldaşı, 18 yaşlı Kendrik Kastilyonun öldürülməsi də daxil olmaqla təxminən 40 ittiham irəli sürüblər. O, həmçinin qəsdən adam öldürməyə cəhd, yandırma, oğurluq, məktəb ərazisində silah saxlamaq kimi 31 daha az ağır ittihamlar üzrə məhkum edilib.

 

 

araz.az xəbər portalı.

Lavrovun gizlinləri aşkara çıxır: 13,6 milyard dollarlıq sərvət, korrupsiya və məşuqə... - Fotolar

1631970625 3 sergey lavrov 1lurer am

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov haqqında yayılan məlumatlar tək öz ölkəsində deyil, digər ölkələrdə də böyük əks səda doğurub.

araz.az  
Reyting.az-a istinadən xəbər verir ki, rusiyalı müxalifətçi, hazırda həbsdə olan Aleksey Navalnının araşdırmaçı komandası Sergey Lavrovun məşuqəsi üçün dövət imkanlarından istifadə etdiyini, onunla tez-tez yüksək məbləğə başa gələn turlara çıxdığını bildirir.

Araşdırmada Rusiya Xarici İşlər Nazirliyindəki korrupsiya iddiasında Lavrova qarşı ciddi ittihamlar irəli sürülür.

İddiaya görə, Lavrov milyonçu məşuqəsini diplomatik missiya adı ilə 60 dəfədən çox xaricə göndərib. Hətta Lavrov onunla birlikdə Fransa, İtaliya, İsveçrə, Yaponiya, Sinqapur, Portuqaliya və Yunanıstanı gəzib.

Sergey Lavrovun məşuqəsi kimi təqdim edilən Svetlana Polyakovanın Rusiya Xarici İşlər Nazirliyinin təyyarəsindən tez-tez istifadə etdiyi bildirilir.



Araşdırmaçıların iddiasına görə, restoran sahibi olan və bir müddətdir ki, Xarici İşlər Nazirliyində işləyən Polyakova uzun müddətdir Lavrovla yaxınlıq edir.

Onların “diplomatik səyahətləri bəhanə edərək” gəzintilərin çoxunda lüks yaxtalar kirayələdiyi, hətta oliqarx Oleq Deripskanın sahibi olduğu bir yaxtanı icarəyə götürdükləri bildirilir.

Eyni zamanda Lavrovun Polyakovanın ailəsindən və dostlarından bəzi şəxsləri Rusiya Xarici İşlər Nazirliyində, habelə dövlətin digər strukturlarında işlə təmin etdiyi də verilən məlumatlar sırasındadır.



“Yaxtalar, rüşvət və məşuqə” başlıqlı araşdırmada bəzi hökumət rəsmilərinin Polyakovanı Lavrovun qanuni xanımı saydıqları da ifadə edilir. Polyakovanın Xarici İşlər Nazirliyində önəmli və sanballı yeri olduğu, onunla “düz gəlməyən” diplomatların işdən azad edildiyi haqda xəbərlər ciddi əks-səda doğurub.

Araşdırmada Polyakovanın Rusiya və Birləşmiş Krallıqda 13,6 milyard dollarlıq fövqəladə sərvəti və ailəsinin sahib olduğu mülklər də ortaya çıxarılır. Lavrovun məşuqəsinin 545 min dollarlıq lüks avtomobillərə sahib olduğuna xüsusi diqqət yönəldilir.

Polyakovanın 26 yaşlı qızı Polinanın “Instagram” hesabından daimi lüks yaşam tərzinə dair fotolar və videoların ortaya qoyulmasından dərhal sonra 26 yaşlı gənc qız hesabını silərək sosial şəbəkələrdən “yoxa” çıxıb.



Bu ciddi ittihamlara hələlik rəsmi qurumlar reaksiya verməyib.

 

 

araz.az xəbər portalı.

Merkelin 16 illik iqtidarı başa çatır

bandicam 2021 09 18 16 40 55 166

Almaniyada Angela Merkelin 16 illik iqtidarı gələn həftə başa çatacaq.

Bu barədə "Haber Global" xəbər verir.

Bildirilib ki, Merkeldən sonra Avropanın gələcəyi sual altındadır. Hakimiyyət dəyişikliyi ilə bağlı xalq arasında sorğu keçirilib. İnsanlar Merkeldən narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, hazırda ölkədə demokratiya mükəmməl olmasa da, yaxşı səviyyədədir.

 

 

araz.az xəbər portalı.

1 -dən səhifə 184

Əlaqəli xəbərlər