Türkiyə ilə sərhədə ABŞ gəmisi yaxınlaşdı: 30 helikopter...

abs gemi

ABŞ-a məxsus iritutumlu gəmi Yunanıstan-Türkiyə sərhədindəki Dədəağac limanına yaxınlaşıb.

araz.az   Axar.az -a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Yunanıstandakı səfirliyi Tvitter hesabında paylaşım edib.

Bildirilir ki, gəmidən ABŞ ordusuna məxsus helikopter və zirehli texnikalar endirilib.

Məlumata görə, Yunanıstana gətirilən 30 helikopter mart ayında Rumıniyada keçiriləcək təlim üçün Balkan ölkəsinə uçacaq.

Səfirlik helikopterlərin bölgədə 9 ay qalacağını açıqlayıb.

Qeyd edək ki, daha öncə ABŞ-ın Yunanıstanın Dədəğac limanına 110 "Blək Havk" və 25 "Apaçi" hücum helikopteri, 10 "Çinuk" ağır nəqliyyat helikopteri və tanklar da daxil olmaqla, ümumilikdə 1800-dən çox hərbi texnikanın gətiriləcəyi barədə məlumat vermişdik.

Əlaqəli xəbərlər