Ukrayna dron zavodunun inşasına başlayır

ukrayna5566

Ukrayna pilotsuz döyüş təyyarələrinin istehsalı üçün zavodun tikintisinə başlayır.

araz.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Biz hava qüvvələrimizlə fəxr edirik. İlk olaraq üç təyyarənin tədarükü ilə bağlı müqavilə imzalanıb. Biz dronların istehsalı üçün zavodumuzun tikintisinə başlayırıq”, – deyə Zelenski bildirib. 

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Müdafiə Nazirliyi Türkiyənin təyyarə istehsalçısı “Baykar Makina”nın rəhbərliyi ilə danışıqlar apardığı barədə məlumat vermişdi və bu danışıqlar zamanı Ukrayna ərazisində türk pilotsuz sistemlərinin istehsalının mümkünlüyü məsələsi müzakirə olunmuşdu.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər