nazar55 1Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dinara Kulibayeva Cenevrə gölünün sahilində dəbdəbəli malikanə alıb.

araz.az xəbər verir ki, bu barədə İsveçrənin “Bilan” nəşri yazıb.

Qəsrin qiyməti dəyəri 62 milyon frank təşkil edib ki, bu da indiki məzənnə ilə təxminən 63 milyon dollar deməkdir.

Dəbdəbəli qəsr “Chateau Bellerive” kimi tanınır. Onun tikintisi 17-ci əsrin ortalarında başlayıb. O, İsveçrənin ən prestijli və bahalı yerlərindən birində - Cenevrə gölünün sahilində yerləşən Kollonj-Belriv kommunasında yerləşir. Bina İsveçrənin milli irs obyektləri siyahısına daxil edilib və rəsmi olaraq mədəniyyət abidəsi kimi tanınıb.

Malikanə yaxın vaxtlara qədər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəzifəsində çalışmış və uzun müddət Cenevrədə yaşamış Şahzadə Sədruddin Ağa Xanın varislərinin mülkü olub.

Qəsr üç il əvvəl satışa çıxarılıb, onun ilkin dəyəri 120 milyon dollar olub. Bu məbləğə alıcı olmadığına görə qiymət bir neçə dəfə aşağı salınaraq son nəticədə 63 milyon dollar təşkil edib.

araz.az xəbər portalı.