Ukraynaya üç istiqamətdən yeni hücum başlayıb - İki şəhər mühasirədədir

1653401111 6219dd35ed13441560e134fa

Rusiya ordusunun Ukraynaya hücumu davam edir. Rus qoşunları əsasən iki şəhəri hədəfə alıb.

araz.az  xəbər verir ki, Rusiya qüvvələri Luqansk vilayətinin sonuncu böyük şəhəri və Ukraynanın nəzarətindəki Donbassın şərq nöqtəsi olan Severodonetsk və onun qardaş şəhəri Lisiçanski mühasirəyə alıb.

Ukrayna mənbələri Rusiyanın bu bölgədə hərtərəfli hücuma keçdiyini təsdiqləyib. Luqansk vilayətinin qubernatoru Sergey Qayday deyib ki, düşmən Lisiçansk və Severodonetski mühasirəyə alır.

ABŞ mətbuatının yazdığına görə, əgər hucum uğurlu olarsa, bu, ərazini müdafiə edən Ukrayna qoşunlarını tələyə salacaq və Rusiyanın Ukrayna hökumətinin şərqdəki əsas inzibati və hərbi mərkəzi olan Kramatorska marşrutunu açacaq.

Rus qoşunlarının bölgəyə üç tərəfdən hücum etdiyi bildirilir.

“New York Post” qəzetinin xəbərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin təlim bazasını vurması nəticəsində 87 əsgərin həlak olduğunu bildirib. Zelenski bəyan edib ki, bu, 3 aydır davam edən müharibədə bir kampaniyada ən böyük hərbi itkidir. Bundan əvvəl rəsmi Kiyev mayın 17-də Desna şəhərində kazarmaya hücum zamanı 8 nəfərin öldüyünü açıqlamışdı.

Digər tərəfdən, Rusiyanın müharibədə əsgər itkisi ilə bağlı çoxlu müxtəlif məlumatlar var. Ukrayna iddia edir ki, müharibə başlayandan bəri 30 mindən çox rus əsgəri öldürülüb. Moskva isə mövzu ilə bağlı ilk və son rəsmi açıqlamasını martın 2-də verib. Sözügedən açıqlamada Rusiyanın müharibədəki əsgər itkisinin 498 olduğu bildirilib.

Rusiya hökuməti ölənlərin sayı ilə çox az məlumat versə də, yerli hökumətlərin və qəzetlərin elanları döyüşlərdə ən azı 317 zabitin öldüyünü göstərir.

Qeyd edək ki, Rusiyanın hüquqi varisi olan SSRİ də Əfqanıstanı işğal edərkən oxşar hərbi böhranla üzləşib. Sovet əsgərləri ilk dəfə 24 dekabr 1979-cu ildə Sovet lideri Leonid Brejnevin əmri ilə bölgəyə yola salınıb və 10 il davam edən müharibədə 15 minə yaxın sovet əsgəri həyatını itirib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər