“Rusiya heç vaxt heç kəsi nüvə silahı ilə hədələməyib” - Zaxarova

zaxarova33“Rusiya heç vaxt heç kəsi nüvə silahı ilə təhdid etməyib, Moskvanın nüvə silahının hipotetik istifadəsinə yanaşması yalnız çəkindirmə məntiqinə əsaslanır”.

araz.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Bundan əvvəl Vyanada Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsini imzalayan 86 ölkənin nümayəndələrinin birinci konfransı keçirilib.

“İştirakçı Dövlətlərin Konfransı ərəfəsində Ukrayna münaqişəsi kontekstində “nüvə silahından istifadə ilə bağlı qarşılıqlı təhdidlər”lə bağlı verilən bəyanatlar, o cümlədən konfransın tribunasından Rusiyanın iddia edilən “nüvə şantajı” çaşqınlıq yaratmaya bilməz. Bir daha vurğulayırıq: Rusiyadan heç bir “nüvə təhlükəsi” olmayıb və yoxdur”, - Zaxarova bildirib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər