meymuncicəyipeyvəd

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsi meymunçiçəyi xəstəliyinin risk səviyyəsini müəyyən etmək üçün ilk iclasını keçirib.


Təşkilatın yaxın günlərdə virusla bağlı məlumat verəcəyi bildirilib. İyunun 9-dək ABŞ-ın 15 ştatında aşkar edilmiş 45 hadisəni araşdıran Amerika Tibb Assosiasiyasının araşdırmasının nəticələri də JAMA jurnalında dərc olunub.


Nəticələrə görə, meymunçiçəyi virusu cinsi yolla ötürülüb. Nigeriyada qeydə alınan yüzlərlə meymunçiçəyi yoluxması araşdırılıb və bununla bağlı açıqlanan hesabatda xəstəliyin kişilərin cinsiyyət orqanlarında yaralar şəklində meydana çıxdığının aşkar edildiyi qeyd edilib.


Virusun cinsi əlaqə yolu ilə insandan insana keçə biləcəyinə diqqət çəkən araşdırmada xəstəliyə nəzarət edilməsi üçün xaricdən görünən yaraların yoxlanmasından əlavə, eyni zamanda cinsiyyət orqanlarının və cinsi sağlamlıq müayinələrinin də əhəmiyyəti vurğulanıb.

araz.az xəbər portalı.