Qərbin Rusiyanın qızıl rezervlərini Ukraynaya vermək niyyəti Kremli qorxutdu

 экрана 2022 07 06 172711Ukraynaya qarşı təcavüzkar müharibə başladan Rusiya Federasiyası qızıl ehtiyatlarının əlindən alınmasından qorxuya düşüb.

araz.az  Musavat.com-a istinadən bildirir ki, Kremldən gələn yeni açıqlamalar bunu göstərir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 5-də keçirdiyi brifinqdə rəsmi Moskvanın Rusiyanın dondurulmuş qızıl-valyuta ehtiyatlarından Ukraynanın bərpası üçün istifadə edilməsinə qəti surətdə qarşı çıxacaqlarını söyləyib.
Kremlin sözçüsü bu cür hərəkətləri qanunsuz, beynəlxalq hüquq norma və prinsiplərinə zidd adlandırıb.
Dmitri Peskov Moskvanın bu qeyri-qanuni vəziyyətin həlli baxımından bütün effektiv tədbirləri təhlil etdiyini vurğulayıb.
Xatırladaq ki, Ukraynanın bərpa planı 750 milyard dollar həcmində qiymətləndirilir. Ukrayna hakimiyyəti bunun üçün əsasən müsadirə edilmiş Rusiya aktivlərinin istifadə olunmasını istəyir.
Qeyd edək ki, Co Bayden administrasiyası hökumətə rus kleptokratlarının müsadirə olunmuş əmlaklarını Ukraynaya satmaq səlahiyyəti verən qanun layihəsini Konqresə təqdim edib.
Dövlət Departamenti isə təkcə rus oliqarxlarının pullarının deyil, Rusiya Mərkəzi Bankının aktivlərinin də üzərinə həbs qoyularaq Ukraynaya verilə biləcəyini xəbər edib. Qərb ölkələri artıq Rusiyanın qızıl-valyuta ehtiyatlarının yarısını, yəni təxminən 300 milyard dollarını dondurub.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər