Bakıda ana və körpəsini maşın vurdu - Körpə öldü

1618519959746C4xhZqDi

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

araz.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

Südçülük sovxozu ərazisində 1987-ci il təvəllüdlü Qasımova Sevda Rasim qızı və qucağında olan 1 yaşlı Yusifov Fərid Vəhab oğlunu "BMW" markalı nəqliyyat vasitəsi vurub. Hadisə nəticəsində 1 yaşlı F.Yusifov ölüb. Ağır xəsarət alan S.Qasımova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb

APA

FHN 3 gəmi istifadəçisini cərimələdi

gem6

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə reyd keçiriblər.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bakı şəhəri, Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrinin Xəzər dənizi ərazisində təşkil edilmiş reyd zamanı 12 asma mühərrikli qayıq saxlanılaraq onların texniki və qeydiyyat sənədləri, sürücülük vəsiqəsi, təchizat və xilasetmə vasitələri yoxlanılıb.

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq bəndlərini pozan 3 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.

Eyni zamanda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.

 

 

araz.az

Mərdəkanda silahlı insident: 9 nəfər saxlanıldı

tufeng

 

Bakıda dünən gecə saatlarında daha bir atışma baş verib.

araz.az-ın məlumatına görə, hadisə aprelin 11-i gecə saat 02 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 22 yaşlı Nurməmməd Səfərov yanında 9 nəfər tanışı ilə birgə həmyerlisi 64 yaşlı Əli Məmmədovun evinin qarşısına gəlib.

N.Səfərov Ə.Məmmədovu söyüşlə təhqir edərək evindən çıxıb küçəyə gəlməyə səsləyib. Bu zaman Ə.Məmmədov tüfənglə havaya 3 dəfə atəş açıb və qırmalardan bir neçəsi N.Səfərova dəyib.

Nurməmməd Səfərov xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Atəş açan Əli Məmmədov və onun evinin qarşısına gələn qəsəbə sakinləri – 47 yaşlı Sərvər Mirzəzadə, Vüqar Quliyev, 42 yaşlı Ceyhun Abbasov, 35 yaşlı Nəsib Quluzadə, 29 yaşlı Əziz Sadıqov, 24 yaşlı İsmayıl Məmmədov, 23 yaşlı Xeyrulla Səfərov, Fikrət Tağıyev və 21 yaşlı İzzət Məmmədli saxlanılıb.

X.Səfərov N.Səfərovun qardaşıdır.

Əli Məmmədovdan “Churchill” markalı ov tüfəngi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qafqazinfo

Lerikdə Muxtar Babayevə qarşı etiraz aksiyası - FOTO

muxtarbabayev1

Lerik rayonu, Peştətük kənd sakinləri etiraz aksiyası keçirib.

araz.az  xəbər verir ki, kənd sakinləri pay torpaqlarının "Çinar TİT" MMC tərəfindən zəbt olunmasına etiraz ediblər. Belə ki, uzun illər kənd sakinlərinin istifadəsində olan torpaq sahəsi sözügedən şirkət tərəfindən zəbt olunub. Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etdiklərini, lakin müsbət nəticə əldə etmədiklərini bildiriblər. Kənd sakinləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin bu qanunsuz əməlləri göz yumduğunu deyiblər. Peştətük kənd sakinləri Prezident İlham Əliyevin kəndə gəlib onlara sahib çıxmasını xahiş edirlər.Baxar.az

Səfir Elmira Axundovadan növbəti biabırçı qalmaqal — Ukrayna polisi görüntüləri YAYDI (VİDEO)

elmira axundova xidmeti masiniAzərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın adı yenidən avtoşluqda hallandırılır. 

Demokrat.az
 Ukrayna mediasına istinadən xəbər verir ki, bu dəfə Elmira Axundovanın adı Kiyevdə yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobilinin insanların üzərinə sürməkdə çəkilir. 

Belə ki, Ukraynanın Daxili İşlər Nazirliyinə bağlı "Operativ Kiyev" mərkəzi səfir Elmira Axundovanın xidməti avtomobillərindən biri olan "Toyota Land Cruiser"in Kiyevin mərkəzi küçələrində işıqforun qırmızı işığında keçdiyini əks etdirən video-görüntüləri yayıb. 

Sözügedən görüntülər Ukrayna mediasının əsas müzakirə mövzusuna çevrilib.

Yayılan görüntülərə görə, Ukrayna mətbuatı Azərbaycanın bu ölkədəki səfirliyinin diplomatlarını "harın padşahlar" adlandırıb.  

Xatırladaq ki, Elmira Axundovanın oğlu Həbib Axundov da tez-tez qalmaqallı məsələlərlə medianın gündəminə gəlir.

Zaur HACILI,
Demokrat.az

1 -dən səhifə 61

Əlaqəli xəbərlər