DİN-dən bağçada tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı açıqlama

din 1Daxili İşlər Nazirliyi (DİN) Bakıda bağçada tərbiyəçi ilə valideyn arasında baş verən insidentə münasibət bildirib.

araz.az-ın xəbərinə görə, məlumatda bildirilib:

"Sosial şəbəkələrdə və bəzi saytlar tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülərdən xəbərdarıq. Həmin hadisə yanvarın 16-da Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Hadisə ilə bağlı artıq Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. İnsidentin iştirakçısı uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək onun izahatı alınıb.Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq".

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər