Məhkəmə “Hayat Group” şirkəti ilə bağlı qərar verdi

mehkeme 1mnb

Nəsimi Rayon Məhkəməsində “Hayat Group” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

araz.az  Pravda.az-a  istinadən bildirir ki,  hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, inzibati tənbeh tətbiq olub, yəni cərimə cəzası kəsilib.

Qeyd: "Hayat Group" MMC-nin barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər