General Teymur Quliyev azadlığa buraxıldı

 

teymur55

Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib.

araz.az-ın xəbərinə görə, onların 7-si də azadlığa buraxılıb.

Azadlığa buraxılanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Teymur Quliyev və MTN-in digər vəzifəli şəxsləri var.

Qeyd edək ki, sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər