Bufetlərdə monitorinqlər keçiriləcək

bufet5Gələn ildən etibarən məktəblərdə fəaliyyət göstərən bufetlərdə monitorinqlərin keçirilməsi nəzərdə tutulur.

Bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev "Məktəblilərin qida bələdçiləri" pilot layihəsinin yekunlarına həsr olunan media brifinqdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Nazirliyin qaydalarına uyğun olaraq məktəblərdə hansı məhsulların satılmalı olduğu müəyyən olunub:

"Yoxlamalar aparılarkən hər hansı pozuntular aşkarlanırsa, Təhsil Nazirliyi bununla bağlı müəyyən tədbirlər görür. Uşaqlar məktəbdə 3-5 saat vaxt keçirir. Biz daha çox sağlam qidanın təşviqi ilə bağlı işlər aparmalıyıq. Ona görə ki, uşaqlar məktəbdən çıxıb həmin qidanı hansısa formada dükandan da ala bilərlər. Bunun üçün də valideynlərlə daha çox iş aparılmalıdır".

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər