Kəmaləddin Heydərova yeni vəzifə verildi

kamaleddin

Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Taekvondo Federasiyasının (ATF) hesabat-seçki konfransı keçirilib.

Tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra ATF-in İdarə Heyətinə yeni seçki keçirilib. 1999-cu ildən federasiyanın prezidenti vəzifəsini icra edən Kəmaləddin Heydərov yenidən qurumun rəhbəri seçilib. O, növbəti 5 ildə də ATF-ə başçılıq edəcək.

Konfransda həmçinin Nağı Səfərov və Niyaməddin Paşayev federasiyanın vitse-prezidentləri seçiliblər. Federasiyanın Nizamnaməsinə əsasən, federasiya prezidenti daha bir vitse-prezidenti təyin etmək səlahiyyətinə malikdir. Digər vitse-prezident İcraiyyə Komitəsinin növbəti iclaslarında təyin ediləcək.

Tədbirdə Taekvondo Federasiyası İcraiyyə Komitəsinə də seçkilər keçirilib. Ələkbər İmaməliyev, Gündüz Abdullayev, Səməd Heydərov və Vüqar Məmmədov İcraiyyə Komitəsinə üzv seçiliblər.

 

araz.az xəbər portalı.

Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək

1640030412 efbrwrdgvwdrvwsdAzərbaycan 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına ev sahibliyi edəcək.

araz.az   Report-a istinadən bildirir ki, bu barədə qərar MDB-yə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının onlayn formatda baş tutmuş növbədənkənar iclasında qəbul olunub.

II MDB Oyunları isə 2023-cü ildə Belarusun payaxtı Minsdə təşkil olunacaq.

Toplantıda həmçinin idman sahəsində əməkdaşlığın aktual məsələləri də müzakirə edilib. O cümlədən, ayrı-ayrı idman növləri üzrə MDB çempionatlarının və kuboklarının keçirilməsi məsələsinə baxılıb. İşçi Qrupuna 2022-ci il iyunun 1-dək MDB yarışları ilə bağlı əsasnamə layihəsinin hazırlanması tapşırılıb.

Qeyd edək ki, I MDB Oyunları bu il 4 - 11 sentyabrda Rusiyanın Kazan şəhərində keçirilib.

 araz.az xəbər portalı.

İlin ən yaxşı futbolçusu Salah oldu - Ronaldu "10-luğ"a düşmədi

1640019748 mohamed salah"Mirror Football"ın "Twitter" səhifəsində keçirilən səsvermədə "Liverpul"un hücumçusu Məhəmməd Salah azarkeşlər tərəfindən Premyer Liqada ilin ən yaxşı oyunçusu seçilib.

araz.az  xəbər verir ki, səsvermədə 140 mindən çox azarkeş iştirak edib.

İkinci yeri “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays, üçüncü yeri “Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeş tutub .

Maraqlıdır ki, Kriştianu Ronaldu "10-luğ"a belə düşməyib.

araz.az xəbər portalı.

Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçildi

ilham66666Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat- seçki Baş Məclisi keçirilib.

MOK-un mətbuat xidmətindən verilən məlumata görə, öncə qurumun İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib.

Hesabat-seçki Baş Məclisin iclasında Azərbaycan Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcrayyə Komitəsinin üzvü seçiliblər.

İclasda MOK-un Təftiş Komissiyasına üzvlərinin də seçkisi baş tutub. Lüdmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər.

araz.az xəbər portalı.

Prezidentin “Qarabağ”ın futbolçuları ilə səmimi söhbəti - VİDEO

prezidentsahruddin1

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Qarabağ” klubunu qəbul edib.



araz.az-ın məlumatına görə, ölkə başçısının klub üzvləri ilə səmimi görüşü və söhbəti sosial şəbəkələrdə müsbət qarşılanıb.



Dövlət başçısı komandanın braziliyalı legioneri Riçard Almeydanın 2014-cü ildə “İnter”ə vurduğu qolu xatırlayıb: “O qolu sən vurmuşdun deyəsən “İnter”ə, saymadılar”.



Daha sonra İlham Əliyev Kadi Borxeslə də söhbətləşib: “Sən də qol vurmusan, saymayıblar”.



Prezident komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevi oyununu müsbət dəyərləndirib: “Sən yaxşı qapıçısan, cəsarətlisən”.  

 

araz.az xəbər portalı.

1 -dən səhifə 62

Əlaqəli xəbərlər