qurban 637121445751855186“Son vaxtlar bu ölkəyə tez-tez gəlirik. Yenidən burada olmaq mənim üçün xoşdur. Qarşılaşdığımız hər komandanın öz oyun fəlsəfəsi var. “Omoniya” həmin rəqiblərdən bir az fərqlidir”.

araz.az  xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiprdə “Omoniya”ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, sabah meydanda daha çox düşünmək lazım olacaq. Burada yaxşı oyun göstərmək istəyirik. Meydanda əlimizdən gələni edəcəyik. Bu komandaya qarşı həm ehtiyatlı olmalı, həm də 90 dəqiqə ərzində rəqibi nəzarətdə saxlamalıyıq. İnanıram ki, sabah ən yaxşı matçlarımızdan birini keçirəcəyik”.

Qurbanov Kipr klublarının meydanda böyük xarakter göstərdiklərini söyləyib: “Bu rəqiblərə qarşı çox diqqətli və istəkli olmalıyıq. Son vaxtlar APOEL-lə bəzi oyunlarda qələbə qazanmışıq, bəzilərində uduzmuşuq. Amma hər bir görüş azarkeşlər üçün maraqlı olub. Futbolçularım bu matçlarda sonadək mübarizə aparmağı hiss etdilər. Onlar üçün böyük faydası oldu”.

Təcrübəli baş məşqçinin sözlərinə görə, “Omoniya” öz oyun dəsti-xətti ilə seçilən komandadır: “Oyun ərzində bunu meydanda göstərməyə çalışırlar. Qarşımızda baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirə bilən bir kollektiv var. Komanda oyununa üstünlük verən rəqibə qarşı mübarizə aparacağıq. Bu, “Omoniya”nın ən üstün tərəflərindən biridir. Heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var”.

Qurbanov qələbə qazanmaq üçün daha çox hücumda oynayacaqlarını vurğulayıb: “Amma rəqib oyun sistemini dəyişməklə bizə sürpriz edə bilər. Çünki Qazaxıstan “Kayrat”ına qarşı bunu etmişdilər. Rəqibi xeyli analiz etmişik. Əsas oyunçularımızın diqqətli olması və ruhdan düşməməsidir”.

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 

 

araz.az xəbər portalı.