AZAL şefinin ölkədə və xaricdə daha 31 şirkəti üzə çıxdı – (SİYAHI)

azal 2“Cahangir Əsgərovun AZAL-I zərərlə işlətməsinin bir səbəbi var: başı öz şirkətlərinin qazancına qarışıb. “Premium Bank” ASC 2019-cu ildə 11 milyon manat, “İpək Yolu Sığorta” ASC isə 1 milyon manat balans mənfəəti götürüb”.

AzToday.az-ın xəbərinə görə, bu barədə jurnalist Hafiz Babalı məlumat yayıb.

H.Babalı Cahangir Əsgərovun ailəsi və Zaur Sənan oğlu Axundov vasitəsilə nəzarət etdiyi şirkətlərin bir hissəsinin adını açıqlayıb.

1. SW Airways, INC.

2. SW G650 VIP Jets S.A

3. SW CARGO, INC.

4. SW G650 BUSINESS JETS, S.A

5. SW BUSINESS JETS, INC.

(Bu 5 şirkət 28 dekabr 2007-ci il-11 aprel 2008-ci il tarixlərində Panamada, ofşor zonada yaradılıb).

6. International Handling Company Limited ( Pasea Estate, Read Town, Tortola, BVI)

7. Silk Way Airlines (Lüksemburq) Şirkət nömrəsi: B161559 http://www.etat.lu/memorial/2011/C/Pdf/c1899198.pdf

8. SİLKWAY KARGO TAŞIMACILIĞI VE TURİZM LİMİTED ŞİRKETİ (İSTANBUL DÜNYA TİCARET MERKEZİ A2 BLOK KAT.9 NO.306 YEŞİLKÖY)

9. “Silk Way Holding” MMC

10. “Silk Way Development” MMC

11. “Silk Way Connect” MMC

12. “Silk Way West Aviaşirkəti” MMC

13. “Silk Way East Aviaşirkəti” MMC

14. “Silk Way İnvestment” MMC

15. “Silk Rovv Travel” MMC

16. “Silk Way Aviaşirkəti” MMC

17. “ASG Business Aviation” MMC

18. “ASG Servis” MMC

19. “ASG Helicopter Services” MMC

20. “Duty Free. AZ” MMC

21. “Hotels Qrup” MMC

22. “Azbiznesservis” MMC (“Garabag Resort and Spa ” oteli)

23. “İpək Yolu Sığorta” ASC (Cəmilə və Məlahət Əsgərovalar, hər biri – 38,74% və “Silk Way Aviaşirkəti” MMC – 19,05%)

24. “Premium Bank” ASC. Zərifə Həmzəyeva – 84,46%

25. “Şüvəlan P.F.K” MMC

26. “Turan Air” MMC

27. “VIP Aviasiya Xidmətləri” MMC (benefisiar sahiblik)

28. “Silk Way Cargo Services FZE” (Birləşmiş Ərəb Əmirlikləri)

29. “Silk Way Cargo UA” LLC (Ukrayna) –Benefisiar sahibi kimi Zaur Axundov təqdim olunur.

30. “Cargo Hub” LLC (Ukrayna) – Benefisiar sahibi kimi Zaur Axundov təqdim olunur.

31. Özəl Şirkəti “IEVROAZIIA” (Ukrayna)

Rəsmi məlumata görə, AZAL 2017-ci ildə 41 milyon 568 min manat zərər edib. Dövlət şirkətinin zərərlərinin ümumi məbləği 2018-ci ilin əvvəlinə 1 milyard 433 milyon 577 min manat təşkil edirdi. Nəticədə AZAL-ın kapital çatışmazlığı 505 milyon manata qalxmışdı. Son iki ildə şirkət güman ki zərərini bir az da artırıb. Əks halda prezident İlham Əliyev “gəlir hara gedir” deyə ritorik sual verməzdi.

araz.az

AZAL-dakı milyard manatlıq maxinasiyalar... - ŞOK FAKTLAR

resize 1

 

Koronavrus pandemiyası təkcə insanların immunitetini yox, həm də ölkələrin iqtisadi dayanıqlığını sınağa çəkdi. Bu sınaqdan az itki ilə çıxmaq üçün Azərbaycan dövləti də öz imkanlarını yenidən təhlil edir, paralellər aparır. Və bəlli olur ki, bəzi dövlət qurumları hələ pandemiyaya qədər dövlət üçün ağır yükə çevrlib. Həmin qurumlardan biri də AZAL-dır.

Qeyd edək ki, AZAL hava nəqliyyatında inhisarçı bir qurumdur. Bəs elə isə nəyə görə bütün xərcləri dövlət tərəfindən ödənilən inhisarçı bir qurum ziyanla işləyir?!… Bunu öyrənmək üçün ilkin olaraq Dövlət Statistika Komitəsinin elektron məlumat bazasına daxil olduq.

Öyrəndiklərimiz bizi xeyli təəccübləndirdi. Belə ki, son 3 ilin statistikası göstərir ki, AZAL əməlli-başlı çökdürülüb. Dövlət üçün əlavə yükə çevrilib.

Məsələn, 2016-cı ildə hava nəqliyyatı ilə daşımalara dövlət tərəfindən 975 milyon 35 min manat vəsait xərclənib. Əvəzində isə 1 milyard 53 milyon 949 min manat gəlir əldə olunub. Cəmi 90 milyon manat mənfəət.

Azdır təbii ki… Amma bu AZAL-ın ən son uğurlu göstəricisidir. Növbəti ildə nə baş verirsə, birdən-birə qurumun gəlirləri əriyir (daha doğrusu əridilir). Gəlirlərin azalması bir yana, xərclər də sürətlə artır (və yaxud şişirdilir). Belə ki, 2017-ci ildə dövlət tərəfindən hava nəqliyyatına 1 milyard 626 milyon 498 min manat vəsait xərclənir. Əvəzində isə 1 milyard 647 milyon 341 min manat gəlir əldə edir. Vur-tut 21 milyon manat mənfəət.

Növbəti ildə isə maya gəliri yeyir. Belə ki, 2018-ci ildə AZAL-a 2 milyard 187 milyon 832 min manat dövlət vəsaiti ayrılıb. Əvəzində isə həmən il AZAL 2 milyard 66 milyon 918 min manat qazanc edib. Beləcə, qurum 2018-ci ili 121 milyon manat ziyanla başa vurub.(!)

Qəribə burasıdır ki, 2018-ci ildə ölkəmizin sosial-iqtisadi həyatında elə bir fövqəladə dəyişiklik, infilyasiya olmayıb. Bəs elə isə bu ziyan hardan qaynaqlanır? Hələ onu demirik ki, son iki il ərzində AZAL-ın xərcləri birdən-birə 100 faiz artır. Xərclərdəki bu qədər sıçrayışınsa heç bir iqtisadi əsası yoxdur. Bu sadəcə gəlirlərin mənimsənilməsi ilə izah edilə bilər. Bunun başqa izahı yoxdur. Çünki son illərdə istər yük, istərsə də sərnişin daşımasında dinamika qeydə alınıb.

Belə ki, 2016-cı ildə hava nəqliyyatı ilə 160 min ton yük, 3 milyon 549 milyon sərnişin daşındığı halda 2017-ci ildə AZAL 173 min ton yük, 5 milyon 601 min sərnişin daşıyıb. 2018-ci ildə isə hava nəqliyyatı ilə 208 ton yük, 5 milyon 199 min sərnişin daşınıb. Göründüyü kimi, iki il ərzində yük daşımalarında 25 faiz, sərnişindaşımada isə təxminən 30 faiz artım qeydə alınıb. Amma AZAL "ziyana düşür”.

Azərbaycan Hava Yolları QSC maddi-texniki bazasının imkanlarına və müasirliyinə görə regionun ən öndə gedən aviaşirkətidir. Üstəlik AZAL-ın təqdim etdiyi qiymətlərlə qonşu dövlətlərin aviaşirkətlərinin daşıma qiymətləri arasında yerlə-göy qədər fərq var. Məsələn, Bakıdan Londona gediş və qayıdış üçün biznes-klass paketində AZAL 1 nəfər üçün 3 643 manat, ekonom-klassda isə 1269 manat təklif edir. Tiflisdən isə bu sifarişi "Georgian Airways” cəmi 640 manata yerinə yetirir. Fərq 6 və 2 dəfə yüksəkdir…

Və yaxud Bakıdan-Barselonaya (İspaniya) bir nəfərin biznes-klassda gediş və gəlişi üçün AZAL 2 min 606, ekonom-klassda isə 1063 manat təklif etdiyi halda, "Georgian Airways” bunun üçün cəmi 604 manat tələb edir. Qiymət fərqi yenə də 4 və 2 dəfə yuxarıdır.

Maraqlıdır, AZAL-da biletlərin qiyməti nəyə görə bu qədər yüksəkdir? Ümumiyyətlə, AZAL qiymətləndirməni hansı metodologiya ilə aparır? Bu qədər qiymət fərqi müqabilində bəs nəyə görə AZAL ziyanla işləyir? Deməli, AZAL-ın ziyanla "işləməsinin” özəl səbəbləri var. Amma bu "səbəblər” Azərbaycan dövlətini içindən yeyib, parçalayır.

Əslində AZAL aysberqinin görünən bəzi tərəfləri var. Məsələn, bu gün daşımaları birbaşa özü yox, özəl bir şirkət aparır. Bu , "Silk Way Holding” şirkətlər qrupudur. Holdinqə isə bir-neçə şirkət daxildir. Bunlar "Silkway Airlines” MMC, "Silkway Business Aviation” MMC, və eləcə də 2011-ci ildə yaranmaqla dərhal təbii inhisarçıya çevrilən "VIP Aviasiya Xidmətləri Şirkəti” MMC-dir. Bu şirkətlər AZAL-ın Bakı, Gəncə və başqa şəhərlərdəki yüz milyonlarla dollar dövlət sərmayəsi hesabına başa gələn infrastrukturundan pulsuz-parasız istifadə edir. Özəl şirkətlər AZAL-a göstərdikləri xidmətin qiymətini qaldırır, AZAL isə balansında olan aktivlərdən həmin şirkətlərin istifadə edilməsini qarşılıqlı hesablaşmalarda nəzərə almır. Bu isə milyardların mənimsənilməsi üçün geniş imkanlar yaradır. Amma bu AZAL da həyata keçirilən böyük maliyyə maxinasiyasının bir hissəsidir. /Konkret.az

Dövlət şirkətləri niyə büdcəni “yeyir”? – Onlar buna öyrəşiblər

memurlarAzərbaycanda dövlət şirkətlərinin itkilərə yol verməsi, zərərlə işləməsi yenidən gündəmə gəlib. Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı ötən gün keçidiyi videoformatda müşavirədə dövlətə məxsus səhmdar cəmiyyətlərinin fəaliyyətini kəskin tənqid edib, başqa sözlə, onları büdcənin “pulsoran”ına çevrilməkdə günahlandırıb.

Dövlət başçısının sözlərinə görə, dövlət şirkətləri kəsirlərinin büdcə vəsaitləri hesabına bağlanacağına öyrəşiblər.

“Səmərə hardadır?”

“Dövlət şirkətlərinin ödədiyi vergilərlə onlara verilən subsidiyalar və birbaşa investisiya qoyuluşu arasında böyük fərq var. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən.

Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – “Azərbaycan Hava Yolları”nın (AZAL) bütün təyyarələrini dövlət alıb. Bütün aeroportları dövlət tikib. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? “Azərbaycan Dəmir Yolları” da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir”, – dövlət başçısı qeyd edib.

“Sosialist iqtisadi modelində işləyirlər”

“Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir? Orada zərərlə kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasiya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub.

Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, – halbuki dövlət oraya da dəstək verir, – amma dövlət şirkətləri elə bil ki, sosialist iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz”, – deyə İ.Əliyev vurğulayıb.

Yeni idarəetmə sistemi gəlir

Prezidentin sözlərinə görə, artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar: “Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam”.

Yığılmış zərər milyardlarla manatla ölçülür

Dövlət şirkətlərinin açıqladığı maliyyə (audit) hesabatlarına əsasən deyə bilərik ki, onların yığılmış zərərləri milyardlarla manatla ölçülür. Məsələn, İ.Əliyevin adını çəkdiyi “Azərenerji” ASC-nin 2018-ci ilin yekununda 2 333 milyon manatdan çox yığılmış zərəri olub (2019-cu ilin maliyyə nəticələri hələ ki, məlum deyil). Bu, 2017-ci ilin yekunu ilə müqayisədə 10% çoxdur. Başqa sözlə, səhmdar cəmiyyətinin nizamnamə fonduna qoyulmuş 1 760 milyon manat vəsait dağıdılıb, onu müflis olmaqdan isə 1 762 milyon manatlıq əlavə investisiya qoyuluşu xilas edib.

“Azərenerji”nin istehsal etdiyi enerjinin əsas alıcısı – “Azərişıq” ASC-nin də yığılmış zərəri az deyil. Bu rəqəm 2019-cu ildə təxminən 17% artaraq 385 milyon manatı keçib. Baxmayaraq ki, son illər ölkədə elektrik enerjisi tarifləri bir neçə dəfə artırılıb. Əgər 10-15 il bundan əvvəl Azərbaycan vətəndaşları enerjinin hər kilovat/saatına cəmi 2 qəpik ödəyirdilərsə, hazırda bu rəqəm 7-11 qəpikdir. Odur ki, enerji müəssisələrinin zərərlə işləməsi istər-istəməz narahatlıq doğurur.

Təyyarə parkı daimi yenilənən, ABŞ-a uçuşlar həyata keçirməsi ilə fəxr edən AZAL da dövlətə xeyir vermir. Milli aviadaşıyıcı 2018-2019-cu illərin maliyyə nəticələrini açıqlamasa da, 2017-ci ilin yekununda onun 1 434 milyon manat zərəri olub. Bu isə 2016-ci ilin yekunu ilə müqayisədə təxminən 3% çoxdur.

Baxmayaraq ki, AZAL-la uçuş regionun digər ölkələrindən uçuşla müqayisədə xeyli baha başa gəlir və aviaşirkət sərnişin qıtlığı çəkmir. Bakı-Naxçıvan aviareysi üçün isə şirkətə dotasiya ödənilir. Dövlətın hesabına kapital qoyuluşu da öz yerində.

Son illər böyük investisiyaların axdığı “Azərbaycan Dəmir Yolları” QSC-nin də zərəri kifayət qədərdir. Qurum 2019-cu ilin maliyyə hesabatını verməsə də, 2018-ci ildə onun yığılmış zərəri təxminən 34% artaraq 1 476 milyon manata çatıb. Bu isə onun nizamnamə kapitalından (806 milyon manat) çoxdur və səhmdar cəmiyyəti 1 905 milyon manatlıq dövlət investisiyası hesabına ayaq üstə qalır. Halbuki, ötən illərdə Azərbaycanda dəmir yolları tarifləri də yerində saymayıb və təxminən 3 dəfə artırılıb. Məsələn, indi Bakıdan Böyük-Kəsiyə 10-15 il əvvəl olduğu kimi plaskart tipli vaqonda 2 manata getmək mümkün deyil və azı 5-6 manat ödəmək lazımdır.

“Bakı Metropoliteni” QSC də zərərlə işləyən dövlət şirkətlərindəndir. 2019-cu ildə onun yığılmış zərəri təxminən 13% artaraq 482 milyon manata çatıb. 2018-ci ildə metroda gediş haqqının təxminən 50% artırılaraq 30 qəpiyə çatdırılmasına baxmayaraq qurumun maliyyə vəziyyətində ciddi irəliləyiş olmayıb və hər il büdcədən 50 milyon manata yaxın dotasiya almaqda davam edir.

Nəqliyyat müəssisələri ilə yanaşı, kommunal müəssisələr də dövlətin üzərinə zərər yığmaqla məşğuldur. Məsələn, 2018-ci ilin yekununda “Azərsu” ASC-nin 6 385 milyon manat zərəri yığılıb ki, bu da 2017-ci ilin yekununa nisbətən təxminən 8% çoxdur (2019-cu ilin maliyyə nəticələri açıqlanmayıb). Nizamnamə kapitalı cəmi 400 milyon manat olan su-kanalizasiya təsərrüfatı qurumuna indiyə qədər 2 013 milyon manat əlavə kapital, 4 190 milyon manat dövlət investisiyası qoyulub. Baxmayaraq ki, 2017-ci ildən bəri Azərbaycanda əhaliyə satılan içməli suyun 1 kubmetrinin qiyməti təxminən 2 dəfə artırılaraq 35 qəpiyə, 1 kubmetr çirkab suyunun axıdılması xidmətinin qiyməti isə təxminən 4 dəfə artırılaraq 15 qəpiyə çatdırılıb.

İstifadə etdiyi elektrik enerjisinə, qaza və suya görə borclarının olmasa tez-tez gündəmə gələn “Azəristiliktəchizat” ASC da zərər içində üzür. 2018-ci ilin yekununda bu qurumun yığılmış zərəri 68 milyon manatdan çox olub. 2019-cu ilin maliyyə nəticələri isə hələ ki, məlum deyil.

“Korporativ idarəetmə yoxdur”

İqtisadçı-ekspert Samir Əliyev dövlət şirkətlərinin zərərlə işləməsini təbii sayır. Onun sözlərinə görə, bu, həmin şirkətlərin rəhbərlərinin dövlətə arxayın olmasından, bütün məsələlərdə təkbaşına qərar vermələrindən, başqa sözlə korporativ idarəetmənin mövcud olmamasından irəli gəlir: “Dövlət şirkətlərini idarə edənlərin hesabat verməli olduqları Müşahidə Şurası yoxdur. Halbuki, həmin qurum şirkətin İdarə Heyətini (İH) və Audit Komitəsini formalaşdırmalıdır, hər ikisi vaxtaşırı ona hesabat verməlidir. Azərbaycanda dövlət şirkətlərinin auditi onların İH sədrlərinin nəzarəti altında baş tutur, yəni daxili nəzarət yoxdur. Son nəticədə şirkətlərin niyə zərərlə işlədiyini soruşan olmur, onlar tez-tez büdcədən dotasiya və yaxud investisiya formasında dəstək alır, alınmış kreditləri, dövlət zəmanəti verildiyinə görə dövlət qaytarmalı olur”.

“Dövlət ən pis sahibkardır”

S.Əliyev hesab edir ki, dövlət şirkətləri bundan sonra da zərərlə işləməkdə davam edəcəklər: “Nə qədər effektiv idarəetmə qurulsa da, vəziyyət dəyişməyəcək. Dünya təcrübəsi göstərir ki, dövlət şirkətləri biznes yönümlü ola bilməz. Belə bir deyim var – dövlət ən pis sahibkardır. Odur ki, tədricən dövlətə məxsus təsərrüfat subyektləri ya özəlləşdirilməli, ya da özəl (yerli və yaxud xarici) şirkətlərə uzunmüddətli idarəetməyə verilməlidir. Bu halda dövlətin onlara xərc çəkməsinə, aldıqları kreditlərə zəmanət verməsinə ehtiyac qalmaz. Özəl şirkət lazımsız xərclərə yol verməyəcək. Demirik ki, bütün müəssisələr dövlətsizləşdirilsin. Məsələn, enerji istehsalı yenə də dövlətdə saxlanıla bilər, amma satış və paylama işi özəl sektora ötürülə bilər”. (Report.az)

Prezidentin tənqid etdiyi Cahangir Əsgərovun varidatının bir hissəsi açıqlandı (SİYAHI)

 

6678654Dövlət başçısı deyir ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bütün aeroportlar dövlət tərəfindən tikilib, bəs pullar hanı: “Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır?”.

Biz çoxdan yazırıq hardadır. Hətta bir çoxlarının sənədlərini, fotolarını da yaymışıq.

 Batumidə 31 milyon dollar dəyərində “GRAND GLORIA” hoteli;
 Tiflisdə dəyəri milyonlarla dollar olan “TİFLİS PALACE” hoteli;
 Tiflisdə bahalı “Veranda” restoranı;
 Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino;
 Naftalanda “Garabag Resort and Spa” 5-ulduzlu otel və müalicə mərkəzi;
 İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə “Vəhsudan düşərgəsi”;
 Nabranda 30 ha sahədə villa;
 Qala qəsəbəsində 265 ha badam bağı;
 “Premium Bank” ASC-də (keçmiş “Silkyway”) səhmlərin 29,085 faizi;
 Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;
 SOROKA LIMITED (Londonda);
 Londonda 18.4 milyon dollar aktivləri olan “GAZELLI INTERNATIONAL LIMITED” şirkəti;
 Londonda 41 milyon dollar aktivləti olan GAZELLI ART HOUSE LIMITED;
 Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə “GAZELLİ” gözəllik və masaj salonları şəbəkəsi;
 Londonda “C3 – CIII LIMITED” şirkəti
 Türkiyədə “D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED” şirkəti;
 Londonda “SET INTELLIGENCE LIMITED” şirkəti;
 Azərbaycanda “GAZELLİ GROUP”
 İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti (Londonda);
 İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);
 Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;
 ASC HANDLING LIMITED (Londonda);
 AS582 LIMITED (Londonda);
 Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED” şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);
 ICLEVERWEB LTD (Londonda);
 SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);
 Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 million dollar);
SW ITALIA SRL (illik dövriyyəsi 7 milyondollar);
 İngilis kürəkəni ROBERT NORTONUN direktoru olduğu VERISART LIMITED (London);
 SEDITION LIMITED (London).

Cavanşir Həsənli

Bu şəxslərə 250 manat birdəfəlik yardım veriləcək - RƏSMİ

image 750x 5f295a683edb0Maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir.

araz.az xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir.

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir.

Qeyd etmək lazımdır ki, birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqust ayının 10-dək qəbul ediləcək.

Məlumat üçün bildiririk ki, pandemiyanın biznesə təsirləri ilə bağlı avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun sahibkarlarla onlayn görüşü keçiriləcək. Görüşdə yeni şəraitdə biznesin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq, pandemiyanın sahibkarlığa mənfi təsirlərinin aradan qaldırılması yolları müzakirə ediləcək, özəl sektorun təklifləri dinləniləcək, sualları cavablandırılacaq.

Sahibkarlardan qeyd edilən məsələlər barədə təkliflərini 6 avqust saat 18:00-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərmələri xahiş olunur.

 

 

 

 

 

 

 

araz.az

1 -dən səhifə 28

Əlaqəli xəbərlər