Əhaliyə gecə ilə müjdə verildi: Nazir müavini şəxsən açıqladı

pensiya

Bu il pensiyalarda artım olacaq. Hazırda pensiyaların neçə faiz artacağı məsələsi dəqiqləşdirilir.

araz.az  Pravda.az-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Xəzər TV-nin "Birinci Studiya" proqramının qonağı olan A.Kərimov bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 8 faiz, başqa sözlə, 360 milyon manat artıb. Artıq Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 5,1 milyard manata çatdırılıb.

Nazir müavini deyib ki, DSMF-nin büdcəsinin 97 faizi sırf sosial ödənişlərə gedir. Onun sözlərinə görə, son iki il ərzində sosial ödənişlərə xərclənən vasaitin həcmi 1 milyard manat artıb.

A.Kərimov açıqlayıb ki, son iki il ərzində DSMF təqribən 570 milyon manata qənaət edib və dövlət büdcəsinə qaytarıb. Eyni zamanda, növbəti illər üçün də qənaət yastığı yaradılıb.

O xatırladıb ki, ötən il pensiyalar, təqaüdlər və müavinətlər artırılıb: "Artımlar 2021-ci ildə də davam etdiriləcək. Keçən il pensiyalarda 13 faiz artım oldu. Bu il də artım olacaq. Hazırda pensiyaların nə qədər artacağı dəqiqləşdirilir".

Nazir müavini onu da deyib ki, Azərbaycanda 1 milyon 200 min pensiyaçı, 300 minə yaxın təqaüdçü və 500 min nəfər müavinət alan var.

Gömrük Akademiyasının "edX®" ilə əməkdaşlığı gömrük sektorunda kadr potensialını gücləndirir

Copy of IMG_B3F91D-0DE769-159B5C-1A5ADA-B29661-75E830.jpgDövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin (DGK) və onun orqanlarını təmsil edən gömrük xidməti əməkdaşlarının iştirak etdiyi virtual "DGKA-edX® Konfransı" keçirilib. Konfransda Akademiya rəisi Qulu Novruzov, edX®-in Qlobal Biznesin İnkişafı üzrə rəhbəri Con Şvarts, DGK Katibliyinin rəisi Anar Süleymanov və edX® tərəfindən təklif olunan müxtəlif onlayn kursları uğurla tamamlamış 20-dən artıq gömrük xidməti əməkdaşı iştirak edib.

Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dolları keçib

dollar jpg 1584365377

Profisitli xarici ticarət balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları 50 mlrd ABŞ dollarını ötüb və illik ümumi daxili məhsulu üstələməkdə davam edib.

araz.az  Mia.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilib.

Məlumata görə, AMB-nin valyuta ehtiyatları ilin əvvəlindən 3,3 % artıb.

araz.az

190 manatlıq birdəfəlik yardım nə vaxtdan veriləcək? - RƏSMİ CAVAB

1607687755 1

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək.

190 manat birdəfəlik maddi yardımın hansı zamandan ödənilməyə başlayacağı böyük maraqla qarşılanır.

 araz.az Asiya.az-a istinadən xəbər verir ki, baku.ws bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxlayıb.

Nazirlik rəsmisi bildirib ki, 190 manatların verilməsi ilə bağlı ilkin olaraq Nazirlər Kabinetinin qərarı olacaq və bundan sonra detallar müəyyənləşəcək: "Qərarın açıqlanması bu gün və ya sabah da ola bilər. Dəqiq məlumat yoxdur.

Nazirlər Kabinetinin qərarından sonra elektron sistem üzərindən vətəndaşların filtri aparılacaq. Daha sonra hüququ yaranan şəxslərə 190 manatların köçürülməsinə başlanacaq. Vətəndaşlar əvvəlki aylarda aldığı kartlar vasitəsilə 190 AZN-i ala biləcəklər.

Qərar qəbul olunandan sonra 2-3 gün müddətində yoxlamalar aparılır. Daha sonra siyahılar banklara göndərilir. Banklar isə vətəndaşlara mesajlar göndərir ki, onların hesablarına ödənişlər köçürülüb. Biz maksimum çalışacağıq ki, bu prosesi sürətli şəkildə həyata keçirək".

 

 

 

 

araz.az

Deputatın şirkəti 3.6 milyonluq tender qazandı

kod pp tb8Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxs "Azəri-Med" MMC ilə maliyyə dəyəri 3 600 000 AZN olan müqavilə imzalayıb. 

araz.az yenisabah.az-a istinadən xəbər verir ki, müqaviləyə əsasən şirkət  dərman preparatları və tibbi sərf malları ilə təmin etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Azəri-Med” MMC 2 iyul 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1020 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Rəhimli Famil Vəli oğludur.

Araşdırmalarımız zamanı aydın olub ki, Famil Rəhimli heç də MMC-nin əsl sahibi deyil. Əldə etdiyimiz məlumatlara görə, şirkət əslində deputat Kamaləddin Qafarova məxsusdur. MMC-nin hüquqi ünvanı ilə deputatın qeydiyyatda olduğu ünvanın üst-üstə düşməsi də şirkətin ona məxsus olması barədə şübhələri artırır.

Kamaləddin Qafarov həm də Milli Onkologiya Mərkəzinin (MOM) Baş direktorunun müavinidir. Görünür, bu səbəbdən “Azeri-Med” MMC MOM-un elan etdiyi tenderlərin qalibi olur.

araz.az

3 -dən səhifə 36

Əlaqəli xəbərlər