İri ticarət mərkəzləri və ictimai nəqliyyat qadağası ilə bağlı AÇIQLAMA

1600343186 1Hər həftə karantin qaydalarında yumşalmalara gedilir. Bu həftə də yumşalmaların olması gözlənilir. Bu həftə şənbə-bazar günləri ictimai nəqliyyat və iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək?

araz.az  Sonxeber.az-a istinadla xəbər verir ki, bununla bağlı Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl danışıb.

O bildirib ki, bununla bağlı qərarı Operativ Qərargah verir:

"İctimai nəqliyyatın şənbə-bazar günləri açılması heç bir fəsadı olmayacaq. Bu məsələdə Operativ Qərargah öz planı üzrə gedir. Heç kimi də dinləmir. Karantinin uzadılması Azərbaycanda yoluxma dinamikasından asılıdır.

Əgər yoluxanların sayında azalma davam edərsə, karantin qaydalarında yumşalma davam edəcək. Lakin yoluxma dinamikası artarsa, yenidən sərtləşməyə gedilə bilər. Yaxın günlərdə iri ticarət mərkəzlərinin açılacağını düşünmürəm. Ümumilikdə isə pandemiyanın 3-4 il davam edəcəyi gözlənilir".


araz.az 

FHN-nin Agentlik rəisi milyonluq villaları hansı qazancı ilə tikdirib?

bandicam 2020 09 13 00 33 35 748Azərbaycanda vəzifəli şəxslərin dövriyyəsi on milyonlarla ölçülən biznesə, dəyəri milyonlarla manat olan villalara obyektlərə sahib olmaları artıq heç kimə sirr deyil. Bu barədə ölkə mediasında dəfələrlə fakstlara əsaslanmış yazılar dərc edilib.

Azərbaycanda son zamanlar korrupsioner məmurlara qarşı dövlətin apardığı hüquqi mübarizə çərçivəsində həbs edilən məmurların yüzminlik avtomobillərinin, çoxsaylı milyonluq villalarının aşkarlanması da mediada yazılanların bir daha təsdiqini göstərir.

Prezident İlham Əliyev çıxışlarında korrupsioner məmurlara, xalqın, dövlətin pulu ilə özlərinə cəh-cəlal yaratmış məmurlara qarşı aparılan mübarizənin davam edəcəyini dəfələrlə vurğulayıb.

Azfakt.com-un araşdırmasına görə aylıq vəzifə maaşı 1500-2000 manat civarında olmasına baxmayaraq, dəyəri milyonlarla ölçülən mülkləri olan məmurlardan biri də Fövqaladə Hallar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur.

Daşınmaz əmlaka- obyektlərə, villalara daha çox önəm verən Cəbrayıl Xanlarovun Qəbələ rayonunun Bum kəndində iki mərtəbəli malikanəsinin olduğu deyilir. Dörd yüz kvadratmetrlik malikanənin dəyərinin milyon manatdan artıq olduğu bildirilir.

Maraqlıdır ki, Bakı şəhərinin mərkəzində yaşayan Agentlik rəisinin daha bir villası da paytaxtın Bilgəh qəsəbəsindədir.

Üç mərtəbə olan bu malikanənin qiyməti də milyonlarla ölçülür.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Nazirlikdən deputatın ittihamına CAVAB: “Vüqar Bayramov yanlışlığa yol verib”

bandicam 2020 09 11 21 52 08 732Millət vəkili Vüqar Bayramov öz Facebook hesabında paylaşdığı postda əlilliyin təyinatındakı çətinliklər, müraciətlərə imtinalar, o cümlədən Füzuli rayonu üzrə statistik məlumatlarda bir sıra yanlışlıqlara yol verib.

Modern.az-ın məlumatına görə, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O qeyd edib ki, əslində bu ilin 8 ayında Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə 217 şəxsə dair ümumilikdə 255 göndəriş (Forma 088) rəsmiləşdirilib:

“Onlardan 114-ü ilkin, 141-i isə təkrar göndərişlərdir. Bu göndərişlər əsasında 37 nəfərə əlillik dərəcəsi, 40 nəfərə isə sağlamlıq imkanları məhdudluğu təyinatı aparılmış, 18 nəfərə aid göndərişlər isə qiymətləndirilmə prosesindədir.

160 göndəriş üzrə müxtəlif səbəblərdən imtina qərarı verilib. Belə ki, həmin göndərişlərdə, stasionar müalicə müddətlərinin azlığı, müayinələr və ağırlaşmaların arasında uyğunsuzluğun olması, xəstəlik barədə mütəxəssislərin rəyinin qeyd olunmaması, funksional pozğunluqlar barədə məlumatın göstərilməməsi, diaqnozu təsdiqləyən müayinələrin tam aparılmaması, xəstəliyin başlanma tarixi ilə müalicə tarixlərinin ziddiyyət təşkil etməsi, xəstəliyin xarakteri ilə ümumtəhsil müəssisəsində təhsil almaqla bağlı məlumatlarda uyğunsuzluğun olması və s. səbəblərdən əlillik təyinatı aparılmayıb.

Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə davamlı olaraq aparılan araşdırmalar nəticəsində indiyədək 6500-dən çox şəxsə aparılmış əsassız əlillik təyinatları ləğv edilib. Bu təyinatlar üzrə dövlət büdcəsinin illik qənaəti 30 milyon manata yaxındır. Uzunmüddətli dövr üzrə dövlət büdcəsinin qənaəti 700 milyon manatdan yuxarıdır. Bilinməlidir ki, ləğv edilən əlillik təyinatlarından 42 nəfərə dair göndərişlər məhz Füzuli RMX tərəfindən rəsmiləşdirilib. Belə ki, həmin şəxslərə rəsmiləşdirilən göndərişlərdə təqdim olunan məlumatların öz təsdiqini tapmaması, qeyd edilən diaqnozların şişirdilməsi, vətəndaşla bağlı digər elektron informasiya sistemlərində toplanan məlumatların ziddiyyət təşkil etməsi kimi faktlar müəyyənləşdirilib”.

F.Talıbov deyib ki, göndərişlərdə qeyd edilmiş məlumatların etibarlılığını ciddi sual atına qoyan bu kimi hallar Tibbi sosial ekspert komissiyalarını daha da diqqətli olmağa, eyni zamanda şübhəli, ziddiyyətli və tam təqdim olunmamış məlumatlar əsasında rəsmiləşdirilən göndərişlər barədə qərar verərkən daha ehtiyatlı olmağa vadar edir:

“Onu da qeyd etmək lazımdır ki, bu kimi problemlərin aradan qaldırılması üçün göndərişin rəsmiləşdirilməsində əsas götürülən digər tibbi sənədlərin (epikriz, tibbi rəy və s.) elektronlaşdırılması zəruridir. Bu istiqamətdə Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin gördüyü tədbirlərin qısa müddətdə nəticə verəcəyini əminik”.

araz.az

Nazir: "Gələn il neftin orta qiyməti 50-55 dollar ola bilər"

neftjpg 1579005218Rusiyanın Energetika naziri Aleksandr Novak 2021-ci il üçün proqnozlaşdırılan neft qiymətlərini açıqlayıb.

Nazir qeyd edib ki, gələn il neftin 1 barelinin qiyməti 65 ABŞ dollarınadək arta bilər: "2021-ci ildə neftin orta qiyməti 65 dollar ola bilər. Lakin mənim proqnozlarım belədir ki, neftin 1 barelinin orta qiyməti 50-55 dollar olacaq. Ümumiyyətlə, biz volatilliklə də qarşılaşa bilərik".

Novak 2021-ci ildə bazarın tarazlaşacağını da istisna etmir/APA.

Çexiya şirkəti Cavid Qurbanovun fırıldaqlarını ifşa etdi – Qalmaqallı məhkəmə prosesi başlayır - FOTOFAKT

1599136966 1“Azərbaycan Dəmir Yollları” QSC ilə Çexiya şirkəti arasında məhkəmə qalmaqalı yaşanmaqdadır. Xəbər verdiyimiz kimi “ROBERTSON BLUMS” CORPORATİON by RBC Group” Cavid Qurbanovun rəhbəri olduğu dövlət şirkətini müqavilə öhdəliklərini yerinə yetirməməkdə günahlandıraraq məhkəməyə müraciət edib və 650 min dollar tələb edir.

Maraqlıdır ki, “Azərbaycan Dəmir Yollları” QSC-də xarici şirkəti müqavilə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. QSC-dən mediaya verilən açıqlamada bildirilib ki, “ROBERTSON BLUMS” CORPORATİON by RBC Group” üzərinə imzalanmış müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC–yə biznes proseslərinin avtomatlaşdırılması xidmətlərinin göstərilməsi, biznes proseslərinin avtomatlaşdırılmasını tətbiq etmək üçün yaradılmış proqram təminatının tətbiq edilməsi və peşəkar təchizatçıdan əldə olunmuş proqram təminatı üzrə 1C biznes lisenziyanın əldə olunmasının təmin edilməsinə dair öhdəliklər götürüb: “Müqaviləyə əsasən, “ROBERTSON BLUMS” CORPORATİON by RBC Group” proqram təminatının orijinal və istənilən qüsurlardan azad olması barədə zəmanət verib və hər hansı 3-cü şəxsin patent, müəlliflik hüquqları, ticarət sirri və digər əmlak hüquqlarının pozulmamasını qeyd edilib.

Bildirilməlidir ki, müqavilə üzrə proqram təminatının təchizatı tamamlanmayıb və görülmüş işlərdə tərəfimizdən ciddi qüsurlar aşkarlanıb. Habelə “ROBERTSON BLUMS” CORPORATİON by RBC Group”un ümumiyyətlə qeyd olunan proqram təminatının təchizatçısı kimi çıxış etmək səlahiyyətinin olmaması müəyyənləşib. Bu hal müstəqil mütəxəssislərin verdiyi rəylə də təsdiqlənib”.

QSC-dən bildirilib ki, “Azərbaycan Dəmir Yolları” proqram təminatı üzrə lisenziyaya görə ödənişi tam şəkildə etsə də, “ROBERTSON BLUMS” CORPORATİON by RBC Group” müqavilənin əsas şərtlərini pozub, qeyd edilən lisenziya bu günədək təqdim olunmayıb: “Qeyd olunanları nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpası istiqamətində hazırda tədbirlər görülməkdədir…”.

“ROBERTSON BLUMS” CORPORATİON by RBC Group”-dan AzToday.az-a daxil olan məlumatda isə “Azərbaycan Dəmir Yollları” QSC-nin mediaya verdiyi açıqlama təkzib olunmaqla yanaşı məhkəmə prosesinə səbəb olan məqamlar da açıqlanıb:

“ROBERTSON BLUMS” CORPORATİON by RBC Group” 1990-cı ildən bu günədək dünyanın 25 ölkəsində 700-dən çox müştərinin biznes proseslərini avtomatlaşdırmış və konsaltinq xidmətləri göstərir.

Bu gün “Robertson & Blums” biznesin optimallaşdırılması və rəqəmsallaşdırılması üçün tam kompleksli transformallaşdırılmış konsaltinq xidmətlərini təklif edir. Layihələrin reallaşdırılması üçün yanaşmanın unikallığı minimal investisiya qoyuluşu ilə maksimal nəticələr əldə etməyə imkan verir. Biznes proses və texnologiyalar sahəsində yüksək səviyyədə ixtisaslaşmış və beynəlxalq təcrübəsi olan komanda biznesin effektiv inkişafı üçün özündə personal, proses və texnologiyaları birləşdirərək sifarişçilərin strateji məqsədləri bazasında qərarlar hazırlayır.

Bizim R&B şirkəti olaraq müştərilərin biznesinin müstəqil inkişafı və maraqlarının qorunmasına yönəlmiş fəaliyyətimizdə əsas üstünlüklərimizdən biri proqram təminatı və lisenziyaların satışında azad olmağımız və heç bir 3-cü şəxs şirkətdən asılılığımızın və onlar qarşısında öhdəlik və kvotamızın olmamasıdır. Nümunə olaraq onu demək olar ki, biz layihələrin yerinə yetirilməsində Böyük Dördlük, Böyük Onluq, İBM, SAP, Oracle, Microsoft, İnfor, 1C, QlikView, HRB, SunSystem və başqa şirkətlərlə əməkdaşlıq edirik.

Son illər avtomatlaşdırılma sistemlərinin inkişafı şirkətlərdə mövcud vəzifə ixtisaslaşmaları sərhədlərini aşmışdır. Digər tərəfdən mövcud bazarda şirkətlər tərəfindən təqdim olunan proqramlar proqram təminatına olan ehtiyac üçün effektivlikdən uzaqlaşmış və köhnəlmişdir. Bu vəziyyətin göstəricisi kimi 2017-ci ildə PwC şirkətinin araşdırmasının nəticəsi kimi müəyyən olunmuşdur ki, Azərbaycanın biznes–iqtisadiyyat mühitində təqdim edən şirkətlərdən yalnız 2,5 faiz şirkətin layihəsi uğurlu olmuşdur. “Robertson & Blums” şirkəti buna unikal yanaşaraq mövcud vəziyyətdən effektiv çıxış yolunu hazırlayaraq biznesin avtomatlaşdırılması istiqamətində qarşısına strateji məqsədlər qoymuşdur. Biz öz müştərilərimizin biznesinin transformasiya olunmasında ən yaxşı beynəlxalq təcrübədən istifadə edirik və avadanlıq, proqram təminatı, texniki işlər və xidmətlər üzrə xərcləri maksimum azaldırıq.

ERP sisteminin Oracle bazasında tədbiq edilməsi üçün xarici mütəxəssislərin işə cəlb edilməsindən sonra bir neçə il ərzində layihənin uğursuz olması və həmin layihəyə təsdiq olunmamış mənbələrdən milyonların xərclənməsi və nəticənin əldə edilməməsi səbəbindən 2018-ci ildə ADY-nin maliyyə-logistika sisteminin 1C ERP bazasında avtomatlaşdırılması üçün “Robertson & Blums”un Azərbaycan nümayəndəliyinə müraciəti olunmuşdur. Belə ki, ADY rəhbərliyi bu layihənin işə salınması üçün maliyyə resurslarının çatışmazlığına istinad edərək mümkün olacaq endirimlərin edilməsi üçün xahiş etmiş və qısa bir zaman aralığnda layihənin həqiqi dəyərinin ödənilməsi üçün büdcənin artırılacağı üçün vəd vermişdir. “Robertson & Blums” rəhbərliyi Çexiya və Azərbaycan arasında mövcud olan strateji partnyorluğu nəzərə alaraq ADY-nın bu müraciəti üçün layihənin maya dəyərindən daha aşağı qiymətlərlə, görünməmiş güzəştlərə getmişdir. Cədvələ uyğun olaraq bir illik hər ay üçün şərti 3500 ABŞ dolları səviyyəsindən qiymət təyin olunmuşdur. Həmçinin R&B şirkəti tərəfindən layihə işlərinin tam və keyfiyyətli görülməsi, layihə komandasının tam təşkil olunması üçün əlavə 110000 ABŞ dollar məbləğində resurslar ayrılmışdır.

Müqavilə imzalandıqdan sonra 3 ay ərzində 1C ERP sistemi tədbiq olunmuş və o öz bəhrəsini artıq 2019-cu ilin əvvəllərində göstərməyə başlamışdır. Bu sistemə onlarla əməkdaş qoşulmuş və hamı eyni vaxtda bu sistemdə işləməyə başlamışlar. ADY tarixində ilk dəfə olaraq artıq, bir sistemdə dövlət və özəl instansiyalar üçün hesabatlar formalaşmağa başlamışdır. Sistem gündən-günə inkişaf edib genişlənirdi. Sistemdən kənar istifadəçilər qoşulmağa başlamış və istifadəçilərin sayı getdikcə daha da artmışdır.

Belə ki, bir neçə ay davam edən və Bakı komandasının sərf etdiyi əmək nəticəsində ADY tarixdə ilk dəfə olaraq bir mərkəzləşmiş sistem daxilində işləməyə başlamış, istifadəçilərin sayı yüzü keçmiş, həmçinin sitemdən lazım olan bütün vacib, doğru hesabatlar avtomatik olaraq əldə edilə bilmişlər. Amma layihədə söz verilən əlavə işlərin görülməsi və büdcənin artırılması barədə verilən vədlər yerinə yetirilməmişdir. Hətta belə müqaviləyə əsasən görüləcək işlərin həcmi bir tərəfli şəkildə azaldılmış, layihənin bir hissəsi digər üçüncü şəxs təchizatçılara ötürülmüş və hər cür saxta ittihamlar və görülən işlərdən narazılıq adı altında maneələr qoymaqla R&B şirkətinin işinin gedişatına maneçiliklər törətmişdirlər.

Təəssüf ki, 2019-cu ilin iyul ayından başlayaraq hər iki tərəfdən şəxsi tamahkar maraqları naminə Robertson & Blums şirkətini gözdən salmaq üçün oyun aparan iştirakçılar aşkarlandı. Müqavilənin əsas şərtlərini pozaraq R&B-in əməkdaşlarından olan iki nəfər – Sergey Perepelov və Ülviyyə Əlizadə ilə gizli danışıqlar aparılmış və bunun müqabilində ADY-da bilavasitə işlə təmin olunacaqları vəd verilmişdir. Bu zamandan etibarən Robertson & Blums-un nüfuzdan salınması barədə razılıq əldə olunmuşdur. Bu zamandan etibarən ADY-nin bəzi əməkdaşları tərəfindən öhdəliklərin yerinə yetirilməməsinə dair şaiyələr yayılmışdır.

2020-ci il yanvar ayında ADY birtərəfli şəkildə hər hansı bir prosedurlar qaydalarına riayət etmədən və xəbərdarlıq göndərmədən R&B ilə olan bütün əlaqələri dayandırıb, yuxarıda adları qeyd olunan əməkdaşlar isə ADY-də fərdi şəxs qismində işləməyə başlayıblar. Bu isə öz növbəsində müqavilənin şərtlərini kobud şəkildə pozulması deməkdir.

Bundan əlavə olaraq, Çex Respublikasının Səfirliyi tərəfindən müəyyən olunmuşdur ki, ADY və Robertson & Blums arasında olan müqavilənin 20-dən artıq bəndi pozulub. Səbir kasasını daşıran son damla isə subpodratçılar ilə gizli razılığa gəlinməsi və Robertson&Blums-un əməkdaşlarının öz tərəfinə çəkmələri olmuşdur. Buna sübut olaraq danılmaz faktlar mövcuddur. Təsdiqlənmiş məlumatlar əsasında, 2019-cu ilin sentyabrında ADY «1C-Рарус» , podratçıları və Robertson&Blums-un aparıcı əməkdaşları ilə separat qaydada görüş təşkil ediblər, bu isə apriori korporativ etikanın pozulması deməkdir. Hal-hazırda iş Azərbaycan İqtisadiyyat Məhkəməsində baxılmaqdadır (növbəti məhkəmə iclası sentyabrın 7-i saat 10:30-da təyin olunmuşdur, hakim Leyla Əliyeva). Şirkətin keçmiş əməkdaşlar Sergey Perepelov və Ülviyyə Əlizadə ilə bağlı da hüquqi tədbirlər görüləcəkdir.

Ödənişlərin daim gecikdirilməsi və ADY tərəfindən yalnış məlumatların verilməsinə baxmayaraq, Azərbaycan nümayəndəliyinin peşəkar komandasının səyləri nəticəsində işin vaxtında və keyfiyyətli şəkildə təqdim etməsinə nail oluna bilmişdir. Xarici mütəxəssislərin bir neçə il ərzində bir neçə milyon dollar büdcə ilə belə bacarmadığını Azərbaycan komandası bir neçə ay ərzində qoyulmuş hədəfə çatmışdır.

Lisenziyalara gəldikdə isə aydınlıq gətirmək istərdik ki, R&B şirkəti proqram təminatı müəlliflərindən asılı deyil və apriori lisenziyaların satışı ilə məşğul olmur. R&B və ADY QSC arasında müqaviləyə əsasəsn (Əlavə 1: paraqraf 1, bənd 1, səh.: 3), R&B-in lisenziyanın alışında olan rolu yalnız etibarlı lisenziya təchizatçısının tapılmasından ibarətdir. R&B ADY ilə olan əsas müqavilənin imzalanmasından bir neçə ay öncə «1C-Рарус» şirkətinə müraciət edərək lisenziyanın təqdim olunmasına dair müqavilə imzalanmışdır ( 1С-Рарус-un məktubunda öz əksini tapmışdır, Əlavə 4: bənd 1, səh.4).


Daha sonra R&B və ADY arasında müqaviləyə əsasən (Əlavə 1: paraqra 4, sətr 4, səh.5) lisenziyanın ödənişi tam şəkildə 10 iş gün ərzində həyta keçməli idi, lakin heç bir hesab nə vaxtında, nə də tam şəkildə ödənilməmişdir. (Əlavə 5). Bakı nümayəndəliyinin hesabında lisenziyaların alınması mümkün olmamışdır. (Əlavə 6 + hesablardan olan çıxarışları təqdim edə bilərik). Bu səbəbdən ADY-dən ödənişləri gözlədiyimiz üçün lisenziyaların pulu ödənilməmişdir, nəhayət ADY tərəfdən heç bir ödəniş olunmamışdır.

Bundan əlavə, müqavilə növündən və görülən iş aktlarından (Əlavə 2) belə çaydın olur ki, Sergey Perepelov heç vaxt RBC-nin əməkdaşı olmamış, ancaq 1C-nin quraşdırılması və lisenziyalaşdırılmasından məsul bir mütəxəssis kimi yalnız ADY layihəsi üçün müqavilə ilə işə qəbul edilmişdir. Sübut kimi, 1C lisenziyalarının siafrişi üçün müraciət Раруc-a, RBC-nin iştirakı olmadan tamamlanmış və imzalanmışdır (Əlavə 3) – məsul şəxs Sergey Perepelov.

Müqaviləyə və təqdim olunmuş aktlara əsasən (Əlavə 2) aydın olur ki, Sergey Perepelov heç vaxt R&B-in əməkdaşı olmamış və yalnız ADY layihəsində podratçı işlərinin yerinə yetirilməsi məqsədilə 1C –in qurulması və lisenziyanın təmin olunması üçün işə cəlb olunmuşdur.

Yuxarıda qeyd olunduğu kimi Sergey öz maraqları naminə gizli danışıqlara başlayaraq, hər yolla lisenziyaların alınmasını ləngitməyə çalışırdı. Təəssüf ki, bizə aydın olmayan səbəblərdən ADY da həmin lisenziyaların ödənilməsi prosesini uzadırdı və hələ də ödəniş etməmişdir. ADY-nin cari borcu 21000 ABŞ dolları təşkil edir.

Yuxarıda qeyd olunanlardan bəlli olur ki, Robertson&Blums şirkəti yalnız zərər çəkmiş tərəf kimi ADY QSC-yə çətin zamanda keyfiyyətli xidmət və dəstək təqdim etməsinə cavab olaraq haqsızlıq, böhtan və uydurma ittihamlarla qarşılaşmışdır.

Sonda, qeyd etmək istərdik ki, guya ADY-nin tələblərinə cavab verməyən tətbiq olunmuş ERP sistemi hələ də işləyir və bu sistemin istifadəçilərinin sayı durmadan artır. Ən əsası isə, ADY-nin aparıcı əməkdaşları ilə qeyri-rəsmi müzakirələr zamanı onlar istər R&B-in Bakı komandası tərəfindən tətbiq olunmuş sistem, istərsə də Robertson & Blums-un əməkdaşları haqqında çox müsbət fikir bildirirdilər”. (AzToday.az)
Çexiya şirkəti Cavid Qurbanovun fırıldaqlarını ifşa etdi – Qalmaqallı məhkəmə prosesi başlayır - FOTOFAKT
Çexiya şirkəti Cavid Qurbanovun fırıldaqlarını ifşa etdi – Qalmaqallı məhkəmə prosesi başlayır - FOTOFAKT

4 -dən səhifə 36

Əlaqəli xəbərlər