Gələn ilin büdcə gəlirlərində neftin bir barelinin qiyməti 35 dollara bərabər götürülüb

1586035631 neft qiymt2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat məbləğində proqnozlaşdırılır.

araz.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

Gəlirlərin 57,3 faizi və ya 13 950,0 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 377,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5 faizini və ya 1 750,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülmüşdür.

Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edən səviyyədə qorunması hədəfi istiqamətində dövlət büdcəsinə transfertin mərhələli şəkildə azaldılması nəzərdə tutulur. 2022-ci ildən başlayaraq azalan neft gəlirlərinin qeyri-neft sahəsindən əldə olunan gəlirlərlə əvəz edilməsi hədəflənir. Qeyri-neft sektoru üzrə gömrük və vergi güzəştləri, sahibkarlara dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, kölgə iqtisadiyyatının azaldılması istiqamətində görülən işlər ortamüddətli dövrdə büdcə gəlirlərində qeyri-neft gəlirlərinin payının ardıcıl artmasını şərtləndirəcəkdir. 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Xərclərin 18 106,6 milyon manat və ya 70,1 faizini cari xərclər, 5 389,1 milyon manat və ya 20,8 faizini əsaslı xərclər, 2 351,8 milyon manat və ya 9,1 faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.

araz.az

Təbii qazın qiyməti qalxıb

876271YMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

APA bildirir ki, oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,56% artaraq 2,50 ABŞ dolları təşkil edib.

araz.az

Azərbaycana ən çox valyuta gətirən 20 şəxsin adı bilindi – TAM SİYAHI

dollar0711Bu ilin ilk 7 ayı ərzində Azərbaycanın ixracı 9,1 milyard dollar olub və bunun 1 milyard 35 milyon dolları qeyri-neft sektorunun payına düşüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki,  qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 98  milyon dolları və ya 8,6% azalıb.
2020-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,5 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 96,5 milyon dollar) ikinci və pambıq mahlıcı (70,6 milyon dollar) üçüncü olub.
Bu ilin ilk 7 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən dövlət və özəl şirkətlərin ilk 20-liyi aşağıdakı kimi olub.

Dövlət Şirkətləri
Şirkətin adı Rəhbəri
SOCAR Rövnəq Abdullayev İbrahim
"Azergold" QSC
 
Zakir İbrahimov Zaur
"Azəralüminium" MMC

 
Maksim Cavadov Yaqub
"Azərenerji" ATSC
 
Balababa Rzayev Hüseynağa
"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC

 
Bəhruz Camalov Əliağa
"Azərbaycan Hava Yolları" QSC

 
Cahangir Əsgərov Cəlal
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC
 
Eldar Məmmədov Hüseyn
"Azərbaycan İstilik Elektrik Stansiyası" MMC
 
Təhmasib Hüseynov Əbil
Naxçıvan MR Dövlət Energetika Xidməti
 
Namiq Paşayev Nəriman
“Suraxanı Maşınqayırma Zavodu” ASC Arif Babayev 
Özəl Şirkətlər
Şirkətin adı Rəhbəri
“Socar Polymer” MMC
 
Fərid Cəfərov İsgəndər
"Land Lojistic" MMC
 
İbrahim Lalayev Hüseyn
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan nümayəndəliyi
 
Mohammad Reza Vazırı
"MKT İstehsalat Kommersiya" MMC
 
Rövşən Həsənov Həsən
"Fruit Store" MMC
 
Faiq Sadıqsoy Mehman
"Global Trade Group" MMC
 
İntiqam Nəsirov Feyruz
"Sun Food" MMC
 
İrfan Yılmaz
“Azagroeksport 2017” MMC
 
Elşən Eldarov Novruz
"Baku Steel Company"
 
Süleyman Məmmədov Hikimət
"Aqrovest" MMC
 
Maarif Aslanov Hacımusa


A. Cəfərov

İqtisadçı banklarla bağlı sirri açdı: “İlin sonuna qədər...”

bank aktivleriAzərbaycanda əcnəbi vətəndaşlarının (qeyri-rezident) banklardakı depozitləri azalıb.

Belə ki, avqust ayının əvvəli qeyri-rezidentlərin Azərbaycan banklarındakı depozitlərinin həcmi 314.5 milyon manat ekvivalentində olub. Bunun 104.4 mln. manatı milli valyutada, 210.1 mln. manat ekvivalentində isə xarici valyutada yerləşdirilmiş depzoitlər olub.Qeyd olunub ki, xarici valyutalar üzrə qeyri-rezidentlərin depozitlərinin azalması 2015-ci ilin dekabrından sonra davam edir. 2015-ci ilin dekabrında ölkədə əcnəbilərin banklara etibar edib yatırdıqları depozitlərin həcmi 1 milyard 233.1 milyon manat ekvivalentində olub ki, bunun da yalnız 33.9 mln. manatı milli valyutada idi.

Yəni, xarici valyutada qeyri-rezidentlərin depozit məqsədli yatırımlarının həcmi 1 milyard 199.1 milyon manat idi. Bu isə ikinci devalvasiyadan bu tərəfə qeyri-rezidentlərin xarici valyutada əmanətlərinin 5.7 dəfə azalması deməkdir. Təkcə ilin əvvəli ilə müqayisədə 102.02 mln. manat (23% azalma) ekvivalentində xarici valyutada olan əmanətlər geri çəkilib.

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, əcnəbilərin əmanətlərini geri çəkməsinə əsas səbəb banklarımıza etimadın olmamasıdır:

“Prinsipcə, əcnəbilər banklarımıza etibar etmirlər. Hətta mən bir sirrin üstünü açım. 2016-cı ildən tətbiq olunan, bu ilin mart ayında müddəti bitən və sonradan dekabr ayına qədər uzadılan əmanətlərin sığortalanması sistemi əslində əcnəbilər üçün həyata keçirilib. Çünki yerli vətəndaşlarımız onsuz da ehtiyat pullarının bir hissəsini banklara qoyur. Bu gün vətəndaşların banklardakı əmanəti evdəki yığımının bir hissəsini təşkil edir. Sadəcə, hamısını evdə saxlamağa qorxur. Əcnəbinin isə seçim imkanı var. O məcbur deyil ki, pulunu Azərbaycandakı banka qoysun. Sadəcə olaraq, vaxtilə Azərbaycanda əmanətlər üzrə faiz dərəcəsi çox yüksək idi. 12 faizdən xarici valyuta sığortalanırdı. Devalvasiyadan sonra isə əmanətlərin tam sığortalanması sisteminə keçildi. Hansı ki, bu gün dünyanın heç bir ölkəsində əmanətlərin tam sığortalanması sistemi yoxdur. Ona görə də xarici vətəndaşlar 3 faiz də olsa, əmanətlərini banklara qoyurdu. Son 2 ildə xaricilər tərəfindən əmanətin axını daha da güclənib. Birincisi, banklar indi heç xarici valyutada 3 faizdən belə əmanət qəbul etmir, 1 faizlə qəbul edir. Bu faizlə isə elə xaricilərin öz bankları da qəbul edir. Niyə əmanətini bizim banka qoysun ki? Digər tərəfdən isə təhlükələr var. Əmanətlərin sığortalanması sistemi əslində təkmil işləmir. Özümüz də gördük ki, bu il 4 bank bağlandı. Əmanətlərin Sığortalanması Fondu min bir bəhanə axtardı ki, camaatın əmanətini verməsin. Bundan əlavə, ötən il və bu il yerli, eləcə də əcnəbi əmanətçilər başqa bir şeyin şahidi oldu. Bizdə əmanətlərin sığortalanması sistemi ona görə qeyri-təkmildir ki, bankları vaxtında bağlamırlar. Bir neçə xarici vətəndaşın “Ata Bank”da bir neçə milyon dollar əmanəti var idi. Nə əcnəbinin pulunu qaytarır, nə də bankı bağlayırdılar ki, o, gedib əmanətlərin sığortalanması sistemindən pulunu tələb etsin. Üstəlik əmanətlərin sığortalanması sisteminin mart ayında qanunla qüvvədən düşmək ehtimalı var idi. Buna görə əcnəbilər qorxdu və bu gün də qorxmaqda davam edirlər ki, Azərbaycanın bank sistemində qeyri-müəyyənlik çoxdur”.

İqtisadçının proqnozuna görə, bu ilin sonuna qədər əcnəbilər banklarımızdan əmanətlərini geri çəkəcəklər:

“Yəni əmanətlərin sığortalanması sisteminin müddətini də məhz buna görə dekabr ayına qədər uzatdılar ki, bəlkə əcnəbilər əmanətlərini geri çəkməsinlər. Amma bu baş vermədi. Onu da deyim ki, həm yerli, həm də xarici vətəndaşların əmanətlərini banklardan geri çəkməsi bank sistemi üçün ciddi problem yaradacaq. Digər tərəfdən, bu gün bankların problemli kreditləri çox, pulları azdır. Bütün bunlar banklarımız üçün ciddi problemdir. Bu vəziyyətdə əslində Mərkəzi Bank banklarımıza kömək etməlidir”.

Alçina Amilqızı
Cebhe.info

BTQ-nin alternativ nəqliyyat dəhlizi kimi hansı üstünlükləri var? - XARİCİ EKSPERT

876293Dünya miqyasında Çini Avropaya bağlayan bir neçə nəqliyyat dəhlizi var. Dəniz yoluna alternativ olaraq Çini quru yolu ilə Avropaya bağlayan əsas yükdaşımaları Rusiya üzərindən həyata keçirilir. Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin fəaliyyətə başlaması və bu istiqamətdə yükdaşımalarının artırılması region ölkələrinin iqtisadi inkişafına təkan verməklə yanaşı, Çini Avropa ilə birləşdirən alternativ nəqliyyat dəhlizi kimi strateji əhəmiyyətə də malikdir. Paralel olaraq alternativ nəqliyyat dəhlizlərinin inkişafı Çinlə yanaşı, Qərb ölkələri üçün təhlükəsizlik baxımından çox önəmlidir.

Artıq bu ilin iyul ayında Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan "ADY Konteyner" ("Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi), "KTZ Express" (Qazaxıstan), "GR Logistics" (Gürcüstan) və "Pasifik Eurasia Logistics" (Türkiyə) şirkətləri Çinin Sian şəhərindən çıxan konteyner qatarının Türkiyənin İzmit şəhərinə rekord qısa müddətdə çatdırılmasını təmin ediblər. Bu da dəhlizin cəlbediciliyi baxımından xüsusi önəm daşıyır.

araz.az bildirir ki, Türkiyə Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (TBND) Strategiya və biznesin inkişafı departamentinin rəhbəri, nəqliyyat üzrə ekspert Fatih Şener fed.az-a açıqlamasında BTQ-nin alternativ nəqliyyat dəhlizi olaraq üstünlüklərini sadalayıb.

BTQ Avropa ölkələri üçün strateji əhəmiyyət daşıyır

O qeyd edib ki, Çindən Rusiya üzərindən Avropaya qədər uzanan quru yoluna alternativ bir dəhlizə ehtiyac var: "Rusiya Avropaya təbii qazın verilməsində məhdudiyyətlər edə biləcəyi kimi, Avropaya uzanan nəqliyyat dəhlizində də problemlər yaradaraq təzyiq vasitəsi kimi istifadə edə bilər. Avropa ölkələri buna görə alternativ quru yollarının yaradılmasına çox önəm verir. BTQ-nin fəaliyyət göstərməsi bu baxımdan strateji əhəmiyyətə malikdir".

BTQ ucuz və kefiyyətli məhsulların Türkiyə bazarına çatdırılmasını təmin edir

F. Şenerin sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin iş birliyi ilə tikilən bu dəmiryolu Çinin Avropa ilə iqtisadi əlaqələrini gücləndirməsi ilə eyni vaxta təsadüf edir. Bu da BTQ-ni önəmli bir alternativ halına gətirir. Ekspert BTQ-nin Türkiyə üçün önəmi olduğunu da qeyd edib: "Qazaxıstanın Aktau limanında bitum (asvalt) zavodu, polipropilen və buğda anbarlarını gəzmişdim. Ucuz və kefiyyətli olan Qazaxıstan məhsulları logistik problemlər səbəbindən Türkiyəyə çox baha gətirilirdi və Rusiya məhsulları ilə rəqabət edə bilmirdi. Bu Türkiyə bazarı üçün problemlər yaradır".

BTQ iki qardaş ölkənin iqtisadi inteqrasiyası üçün əsas şərtlərdən biridir

Ekspert BTQ-nin Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, BTQ Türkiyə məhsullarının Xəzər hövzəsinə və oradan da dünyanın müxtəlif istiqamətlərinə sürətli çatdırılması üçün önəmlidir. Eyni zamanda, Azərbaycanın daha sərfəli nəqliyyat dəhlizi ilə Türkiyəyə bağlanması və Türkiyə üzərindən həm gəmilərlə Aralıq dənizinə, həm də Londona və Budapeştə qədər uzanan dəmiryollarına bağlanması strateji əhəmiyyət daşıyır.

Digər tərəfdən iki qardaş ölkənin bir-birinə iqtisadi baxımdan inteqrasiyası nəqliyyat xərclərinin aşağı salınmasını şərtləndirir. BTQ dəhlizi həm də bu məqsədə xidmət edir: "Azərbaycan məhsullarının Türkiyəyə, Türkiyə məhsullarının da Azərbaycana ucuz və sürətli daşınmasında yeni yatırımlarla bağlı iş birliyi olacaq. Əlverişli mühit bir çox türk şirkətinin Azərbaycanda istehsal həyata keçirərək Rusiya, Orta Asiya ölkələrinə və ümumilikdə dünyaya satışlar həyata keçirməsinə şərait yaradacaq. Bu isə ancaq dəmiryolu kimi az xərc tələb edən nəqliyyat dəhlizləri vasitəsilə mümkündür".

Gəmi ilə daşıma tariflərinin aşağı salınması, BTQ ilə yükdaşımlarını kəskin artıra bilər

F. Şener bildirib ki, Xəzər dənizi üzərindən yükdaşıma tariflərinin aşağı salınması BTQ üzərindən daşımaların həcmini kəskin artıra bilər və hazırda buna ehtiyac yaranıb: "Hazırda Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan marşrutundan geniş istifadə edilir. Yüklər Bakıdan Aktua üzərindən Özbəkistana oradan isə Çinə daşınır. Bu nəqliyyat dəhlizinin inkişafını Türkiyə və Azərbaycan rəhbərləri diqqətdə saxlayır. İqtisadi böhran dönəmində belə Azərbaycanda Ələt portu yaradıldı. Xəzərin digər sahilində Türkmənbaşıda və Aktauda yeni limanlar fəaliyyətə başladı. Amma Xəzər üzərindən daşıma tarifləri alternativlərlə müqayisədə yüksəkdir. Nəticədə, Çindən Avropaya yüklər əsasən Rusiya vasitəsilə daşınır, Bakı üzərindən yükdaşımaları isə istənilən səviyyəyə deyil. Bu nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsinə ehtiyac var".

araz.az

5 -dən səhifə 36

Əlaqəli xəbərlər