"LUKOYL-Azərbaycan"nın baş direktoru: "Bu il neft məhsullarının daşınması 158 min tonu keçib" - MÜSAHİBƏ

874893araz.az "LUKOYL-Azərbaycan" QSÇ-nin baş direktoru Zaur Cəlilovun "Trend" İnformasiya Agentliyinə müsahibəsini təqdim edir.

"LUKOYL-Azərbaycan" ölkə ərazisində 63 yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəni idarə edir. Nəzarət orqanları ilə münasibətlər necə inkişaf edir, onların nəzarətini həddindən artıq olduğunu hesab etmirsinizmi?

- QSÇ-nin bütün yanacaqdoldurma məntəqələrində müəyyən edilmiş dövlət tələblərinə uyğun olaraq yanacaq paylama kolonkaları işləməsi təmin olunub. Yanacaqdoldurma məntəqələrində avadanlıqlar mövcud qanunvericiliyə uyğun olaraq mütəmadi olaraq səlahiyyətli dövlət qurumları tərəfindən yoxlanılır. Bizim üçün bu, daim xidmət və məhsul keyfiyyətinə nəzarət etmək üçün əlavə bir stimuldur.

Azərbaycanda satdığınız yanacaq Rusiyada və ya Avropada satılanlardan fərqlidir?

- Heç bir fərqi yoxdur. LUKOYL müştərilərinə tərkibində xüsusi əlavələrdən ibarət olan patentləşdirilmiş, yüksək keyfiyyətli EKTO yanacağını təklif edir. LUKOYL-in neft məhsulları ən yüksək beynəlxalq standartlara, eləcə də Rusiya və Avropa Birliyində qəbul edilmiş ekoloji tələblərə cavab verir.

Narazı müştərilərlə qarşılaşırsınız? Yanacaqdoldurma məntəqələrinizdə Şikayətlər və Təkliflər Kitabı aktualdırmı?

- Müasir sosial şəbəkələr ənənəvi Şikayətlər və Təkliflər Kitabını uğurla tamamlayır. Çox vaxt şikayətlər əsassız olur və sosial şəbəkələrdə yerləşdirilən paylaşımları artıq digər istifadəçilər də dəstəkləyirlər. Biz həmişə müştərilərin istəklərinə diqqətlə yanaşırıq və hər bir istəyi fərdi qaydada dərhal nəzərdən keçiririk. Bunun sayəsində istehlakçının LUKOYL brendinə sadiqlik dərəcəsi yüksəkdir.

Əvvəlcə narazı olan bir müştərini özünüzə cəlb edə və onu iddialarının əsassız olduğuna inandıra bilirsinizmi?

- Bunun üçün səy göstəririk. Məsələn, bir bloqqer müştərisinin bir yanacaqdoldurma məntəqəsində doldurulan yanacaq həcmi ilə avtomobilin texniki pasportunda göstərilən çənin tutumu arasındakı uyğunsuzluqla əlaqəli son bir sorğusunu yerinə yetirmək üçün onun avtomobilinin çən tutumu yoxlanışını təşkil etmək lazım olub. Məsələ ondadır ki, təhlükəsizlik baxımından avtomobilin texniki xüsusiyyətlərində çənin həcmi faktiki səviyyədən aşağı göstərilə bilər. Müxtəlif istehsalçıların avtomobilləri üçün faktiki və texniki pasportunda göstərilən yanacaq çənin həcmi fərqlidir və bir sıra amillərdən, o cümlədən istismar amillərdən, asılıdır. Dəqiq həcmi ölçmək yalnız apardığımız yoxlamanın nəticələrinə görə mümkündür. Və biz onu etdik.

Nəticədə müştəri paylanmış yanacaq həcmi ilə avtomobilinin çəninin həqiqi tutumu arasındakı dəqiq uyğunluqdan əmin ola bildi. Bloqqer sosial şəbəkələrdə daha əvvəl yazılmış iddianı təkzib edən başqa bir paylaşım edib, həmçinin video görüntüləri və yoxlamanın nəticələrini də yerləşdirmişdi.

Azərbaycanda yanacaqdoldurma məntəqəsinin əməkdaşları üçün bu vəziyyətdə necə davranmaq, qəza vəziyyətində reaksiya göstərmək barədə təlimatlar varmı? Axı yanacaqdoldurma məntəqələri artan yanğın təhlükəsi obyektidir.

- LUKOYL yanacaqdoldurma məntəqəsinin bütün işçiləri təlim, peşəkar inkişaf proqramları və müntəzəm brifinqlərdən keçirlər. Təhlükəsizlik qaydalarına riayət etmək hər LUKOYL işçisinin borcudur. Bu, təkcə Azərbaycana deyil, şirkətin işlədiyi bütün ölkələrə aiddir. Yanacağın keyfiyyətinə, yanacaqdoldurma məntəqələrində xidmət səviyyəsinə və təhlükəsizlik səviyyəsinə diqqətlə yanaşmaq eyni zamanda "LUKOYL" şirkətinin sənaye və ekoloji təhlükəsizlik sahəsində korporativ standartları ilə şərtləndirilib.

Bu ilin birinci yarısında şirkətin Azərbaycandakı fəaliyyətinin nəticələri hansılardır? Bu ilin birinci yarısında Azərbaycanda LUKOYL neft bazası vasitəsilə neft məhsullarının daşınması həcmi nə qədərdir? Şirkət tərəfindən ilin birinci yarısının sonunda respublikada satılan neft məhsullarının həcmi nə qədərdir?

- "LUKOYL Azərbaycan" QSC-nin 2020-ci ilin birinci yarısında neft məhsullarının daşınması 158 min tonu keçib. Neft məhsullarının pərakəndə satışı təxminən 99 min ton təşkil edib. Kiçik topdan satış 59 min tonu keçib.

araz.az

Pandemiyadan zərər çəkmiş bu şəxslərə ikinci maliyyə dəstəyinin ödənilməsinə başlanılıb

a530696c ceaf 4f4d aad0 b5fbde7c9febİkinci maliyyə dəstəyi proqramı çərçivəsində muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsinə başlanılıb.

İqtisadiyyat Nazirliyindən Open.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə ikinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait köçürülməsinə başlanılıb.

Maliyyə dəstəyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir və avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Məlumat verildiyi kimi, maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vergi ödəyicilərinin yenidən müraciət etmələrinə ehtiyac yoxdur.

Avqustun 19-u tarixinə 2-ci mərhələ çərçivəsində 228.175 muzdlu işçini əhatə edən 22.603 vergi ödəyicisinin bank hesablarına ilkin olaraq 50,38 mln. manat köçürülüb.

Maliyyə dəstəyi proqramının ikinci mərhələsində ödənişlə əhatə olunmuş muzdlu işçilərin sayı birinci mərhələdə vəsait almış muzdlu işçilərin sayından 12.177 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır.

Bununla yanaşı, aprel-may-iyun ayları ərzində işçilərinin hamısını (1666 nəfər) ixtisar etmiş 553 vergi ödəyicisinə və işçilərinin sayında ciddi azalmalara yol vermiş 374 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilməsindən imtina edilib.

İndiyədək maliyyə dəstəyi proqramları çərçivəsində 107.191 fərdi (mikro) sahibkara 76 mln. manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7

Kartla əməliyyatların aparılması qaydalarına dəyişiklik edildi

parla az ed2efd39b1ce1b2cd8c32a41bed95e67 imho8ry2jbw670czsa5x 640x336Kart vasitəsilə əməliyyatların aparılması qaydalarına dəyişiklik edilib.

PARLA-nın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.

Dəyişikliyə əsasən, emitent və (və ya) ekvayer tərəfindən daha aşağı limit müəyyən edilmədikdə bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə 100 (yüz) manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kodun daxil edilməsi və ya emitent tərəfindən kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq edilən digər üsulların istifadə edilməsi ilə aparılacaq.

İndiyə qədər bu məbləğ 50 manat idi.

Qeyd edək ki, bu dəyişiklik Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq innovativ ödəniş həllərini özündə ehtiva edən rəqəmsal ekosistemin yaradılması istiqamətində görülən işlərin davamı olaraq ödəniş kartları ilə əməliyyatlarda təmassız ödənişlərin daha da genişləndirilməsi məqsədilə edilib.

Qərar 13 avqust 20120-ci il tarixindən qüvvəyə minib.

araz.az

Nazirlik kafe və restoranlarla bağlı xəbərdarlıq etdi

kafe 150820

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə dair müvafiq qərarlar qəbul edilib. Bu qərarlara əsasən, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmət ərazilərinin dezinfeksiya edilməsi, işçilərin və müştərilərin müvafiq davranış və sanitar normalara əməl etməsi, insanlar arasında sıxlıq normalarının qorunması və s. tələblər müəyyən edilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkədə sərt karantin rejiminin tələblərinin qismən yumşaldılması prosesi çərçivəsində bir sıra sahələrdə fəaliyyətlərin, o cümlədən ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin bərpa edilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir. Karantin rejiminin tələblərinin yumşaldılması şəraitində bu məsələlər xüsusilə aktuallaşdığından, İqtisadiyyat Nazirliyi və onun müvafiq qurumları tərəfindən bu tələblərə əməl edilməsi vəziyyətinə ciddi nəzarət olunacaqdır.

Nəzarət prosesinin həyata keçirilməsi zamanı aşağıdakı məsələlərə xüsusi diqqət ediləcək:

sahibkarlıq subyektlərinin fəaliyyətinin Nazirlər Kabinetinin müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olub-olmadığına;

fəaliyyətinə günün müəyyən saatlarında icazə verilən sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərinin həmin tələblərə əməl edib-etməmələrinə;

təsərrüfat obyektlərində sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska ilə təmin edilməsinə, habelə tibbi maskadan istifadə olunmasına nəzarət edilməsinə;

ictimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanının təmin edilməsinə, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsinə və həmin qurğuların işlək vəziyyətdə olmasına;

təsərrüfat obyektlərinin ərazisindəki, o cümlədən kassaların qarşısındakı insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına nəzarət edilməsinə, bu məqsədlə obyektin ölçülərinə uyğun sayda şəxslərin obyektə daxil olmasına icazə verilməsinə;

ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə açıq hava sahələrində oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən (qəlyan avadanlıqlarından istifadə edilməməsi və bir masa arxasında müştəri sayının 6 nəfərdən çox olmaması şərti ilə), masalararası məsafələrin isə 2 metrdən az olmamasına;

müştərilərin təsərrüfat obyektlərinə yalnız maskalarla daxil olmasına, maskası olmayan şəxslərə girişdə maskaların təqdim edilməsinə, həmçinin ictimai iaşə obyektlərində masa arxasında oturma halları istisna olmaqla bütün digər vaxtlarda maskadan istifadəyə nəzarət edilməsinə.
Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq ediləcək.

Sahibkarlıq subyektlərinin nəzərinə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə və insanlar arasında ara məsafəsinə dair tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə, qalan digər tələblərin pozulması isə 211.1-ci maddəsi ilə inzibati xətaya səbəb olur.

Sahibkarlıq subyektlərinin fəaliyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olduğu hallarda həmin obyektlər dərhal bağlanacaq. Qaydaların pozulması halları nəzarət aparan strukturların tələbi əsasında dərhal aradan qaldırılmalıdır, əks halda, nəzarət qrupları təsərrüfat obyektinin bağlanmasını tələb edə bilərlər.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərini, o cümlədən açıq hava sahələrində müştəriləri qəbul edən ictimai iaşə sahəsində çalışan sahibkarları sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə, xüsusilə müştəri qəbulu zamanı adambaşına müəyyən edilmiş sıxlıq normalarına əməl etməyə çağırır, cərimələrə məruz qalmamaq və sahibkarlıq fəaliyyətini yeni həyat tərzinin qaydalarına uyğun şəkildə qurmaq üçün diqqətli və məsuliyyətli davranmağa dəvət edir.

 

 

 

 

araz.az

Neft nəhənglərinin zərəri məlum oldu

neft 696x522Dünyanın ən böyük 12 neft şirkəti, yeni növ koronavirus (Kovid-19) epidemiyası ilə əlaqədar olaraq bu ilin ilk yarısında (ilk 6 ayda) cəmi 80 milyard dollar zərər açıqlayıblar.

Epidemiya səbəbilə iqtisadi fəaliyyətin və maye yanacaq satışlarının azalması, ilin ilk yarısında dünyada neft istehlakını kəskin azaldıb. Qlobal neft tələbindəki azalma, qiymətlərin apreldə 1999-cu ildən bu yanağı ən aşağı səviyyəsinə geriləməsinə gətirib çıxardı.

Dünyada ən məşhur qiymət istinadı olaraq istifadə edilən Brent növü xam neftin barel qiyməti, keçən ilin ilk yarısında orta hesabla 66 dollarkən, bu ilin eyni dövründə 40% azalma ilə orta hesabla 39,5 dollara geriləyib və şirkətlərin balanslarına mənfi təsir edib.

Marja-nın 12 neft şirkətinin balanslarından topladığı məlumatlara görə, ABŞ-ın ExxonMobil, Chevron, ConocoPhillips, Halliburton, Schlumberger,Baker Hughes, Hollandiyanın Royal Dutch Shell, İngiltərənin BP, Fransanın Total, İtalyanın Eni, Rusiyanın Rosneft və Norveçin Equinor şirkətilərinin cəmi zərəri bu ilin ilk yarısında 80 milyard dollar təşkil edib. Bu şirkətlər keçən ilin ilk 6 ayında cəmi 46,5 milyard dollar xalis mənfəət əldə etmişdirlər.

2020-ci ilin yanvar-iyun dövründə bu şirkətlərin cəmi gəliri 240 milyard dollar (37,8%) azalaraq 395 milyard dollara geriləyib. Şirkətlər, keçən ilin yanvar-iyun dövründə cəmi 635 milyard dollar gəlir təmin etmişdilər.

ƏN ÇOX ZƏRƏR BP-DƏDİR

İlin ilk yarısında neft nəhəngləri arasında ən çox zərər edən şirkət 21,2 milyard dollarla BP şirkətidir. Bu şirkətin ardınca 18,1 milyard dollar zərərlə Royal Dutch Shell və 10,8 milyard dollar zərərlə Schlumberger gəlir.

Bu dövrdə gəliri ən çox azalan şirkət isə Royal Dutch Shell olub. Şirkətin gəliri, yanvar-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 81,8 milyard dollar (46,9%) azalaraq 92,5 milyard dollara düşüb.

Eyni dövrdə gəliri ən çox düşən digər şirkətlər 43,9 milyard dollarla (33,1%) ExxonMobil və 30,3 milyard dollarla (33%) Total olub.

ABŞ Enerji İnformasiya İdarəsinin məlumatlarına görə, 2020-ci ilin ilk rübündə orta hesabla 50 dollar və ikinci rübdə 29 dollar olaraq reallaşan Brent növü xam neftin orta barel qiymətinin, üçüncü rübdə 43,1 dollar, dördüncü rübdə 43,5 dollar və ilin hamısında 41,4 dollar olacağı gözlənilir. Bu rəqəmin gələn il orta hesabla 49,5 dollara yüksələcəyi nəzərdə tutulur.

araz.az

7 -dən səhifə 36

Əlaqəli xəbərlər