Pandemiyadan zərər çəkən fərdi sahibkara 12,3 mln. manatdan çox maliyyə dəstəyi göstərilib

valyuta manat 02369Kabineti tərəfindən fərdi sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, 2-ci mərhələ çərçivəsində pandemiyadan zərər çəkən sahibkara 12 332,3 min manat vəsait ödənilib.

APA bildirir ki, avqustun 13-nə olan məlumata görə, 2-ci mərhələ çərçivəsində 49 329 fərdi sahibkara maliyyə dəstəyi göstərilib. 

Birinci mərhələdən fərqli olaraq, bu dəfə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi alan vergi ödəyiciləri üzrə həyata keçirilir.

araz.az

Qızılın qiyməti düşüb

 

 

872620

 

"Comex" birjasında (Nyu-York ticarət birjasının bölməsi) qızılın troy unsiyasının qiyməti 2,39 faiz ucuzlaşıb.

Trend bildirir ki, saat 05:45 üçün "Comex" birjasında qızılın troy unsiyasının qiyməti 1 899 dollara düşüb.

Qeyd edək ki, son dəfə qızılın bir troy unsiyasının qiyməti iyulun 26-sı 1 900 dollar səviyyəsindən aşağı olub.

araz.az

Bloklanmış əmanətlər bu tarixdən verilməyə başlanılacaq

manat34Ləğv prosesində olan “Atabank”, “NBCBank” və “AGBank”-da təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması, eləcə də ləğv prosesində olan “ATABank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlərlə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş müraciət əsasında Azərbaycan Nazirlər Kabinetinin sorğusuna əsasən Azərbaycan Konstitusiya Məhkəməsində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilib.

Fonddan verilən məlumata görə, Konstitusiya Məhkəməsinin qərarına əsasən? ləğv prosesində olan “ATABank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılan və şərtləri dəyişdirilən əmanətlər qorunan əmanət hesab edilib, həmçinin ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanan sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınıb.

Sözügedən əmanətlərin qaytarılmasına avqustun 14-dən başlanılacaq.

araz.az

Qumarxanaların fəaliyyətinə icazə verildi – 400 milyon dollar gəlir…

WhatsApp Image 2020 08 12 at 08.24.11

 

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə qumraxanaların açılmasına icazə verən qərarı imzalayıb.

Turkustan.info xəbər verir ki, qərar ölkə iqtisadiyyatına hər il əlavə 400 milyon dollar gəlir gətirəcək.

Modern.az  yazır ki, qanun mehmanxaların nəznində qumrxanaların yaradılmasını nəzərdə tutur. Oyunçuların yaşı 21-dən az olmamalı, hər biri müvafiq dövləıt qurumunda qeydiuyatytdan keçməlidir. Vergi orqanları isə qumarxanaların fəaliyyətinə ciddi nəzarət edəcək.

Bağlanmış banklarda avqustun 14-dən əmanətlərin qaytarılmasına başlanılacaq

parla az d08a443957ca7c3437f3301f82fafc18 8pbg4w152ma9osu0c7eq 640x336Ləğv prosesində olan “Atabank”, “NBCBank” və “AGBank”-da təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması, eləcə də ləğv prosesində olan “ATABank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlərlə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş müraciət əsasında Azərbaycan Nazirlər Kabinetinin sorğusuna əsasən Azərbaycan Konstitusiya Məhkəməsində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilib.

Fonddan verilən məlumata görə, Konstitusiya Məhkəməsinin qərarına əsasən? ləğv prosesində olan “ATABank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılan və şərtləri dəyişdirilən əmanətlər qorunan əmanət hesab edilib, həmçinin ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanan sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınıb.

Sözügedən əmanətlərin qaytarılmasına avqustun 14-dən başlanılacaq.

araz.az

8 -dən səhifə 36

Əlaqəli xəbərlər