Qarabağda Azərbaycana dəymiş ziyanın hesablanmasına başlanılıb
“Beynəlxalq təcrübəyə uyğun olaraq işğaldan azad edilən ərazilərin bərpası və inkişafı ilə bağlı konsepsiya artıq hazırlanıb və qəbul edilib”.
“Beynəlxalq təcrübəyə uyğun olaraq işğaldan azad edilən ərazilərin bərpası və inkişafı ilə bağlı konsepsiya artıq hazırlanıb və qəbul edilib”.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 0,51% artaraq 1 barelə görə 55,03 dollar təşkil edib.
araz.az Turkustan.info-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında fevralda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,13% azalaraq 52,35 dollar təşkil edib.
Ali Baş Komandanın qətiyyəti və Milli Ordumuzun rəşadəti ilə işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış başlayır.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“İqtisadiyyat Nazirliyi və Qarabağ Dirçəliş Fondu Qarabağın yüksək rifaha malik regiona çevrilməsinə mühüm dəstək verəcəklər”, – deyə o, qeyd edib. (axar.az)
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 100 min nəfər vətəndaşın məşğulluğu təmin edilib.
Bunu nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiyalarla iş şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, il ərzində 90 min ictimai iş yeri yaradılıb: “Onlardan 38 mini daimi, 50 mini isə iki aylıq müvəqqəti xarakter daşıdı”.
Nazirlik rəsmisi bildirib ki, pandemiya dövründə 600 min nəfər birdəfəlik maddi yardım alıb: “Ötən il bu ödəmə 6 dəfə həyata keçirilib. Ümumilikdə bunun üçün 450 milyon manat vəsait xərcləndi”. /cebhe.info/
Dolların məzənnəsində son günlər yaşanan eniş ABŞ-da baş verən etirazlarla bağlıdır. Lakin artıq siyasi gərginlik öz həllini tapıb. Yanvarın 21-i Co Bayden öz vəzifə səlahiyyətlərinə başlayacaq. Bundan sonra isə birjalarda baş verən dalğalanma sabitləşəcək və dolların məzənnəsində yenidən yüksəlmə olacaq.
Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli son vaxtlar dolların qiymətində yaşanan azalma haqda danışarkən deyib.
O bildirib ki, əslində, dolların dünya birjalarında indeksinin ucuzlaşması ABŞ iqtisadiyyatına müsbət təsir edir:
“Hazırda dünyada çox qəribə bir situasiya yaranıb. Bir çox ölkə öz milli valyutasının möhkəmlənməsində maraqlı deyil. Hətta avrozona da avronun dəyərinin yüksəlməsini istəmir. Avropa Mərkəzi Bankı avronun bahalaşmasına görə narahatdır, çünki bu, rəqabətli mühitə ziyan vurur.
Düşünürəm ki, gələcəkdə Federal Ehtiyat Sistemi və ABŞ hökumətinin atacağı addımlar dolların bahalaşmamasına yönələcək. Hazırkı proses ümumi iqtisadi maraqlar çərçivəsindədir. Ona görə də yaxın günlərdə dolların məzənnəsinin sabitləşəcəyi gözlənilir. Hazırda dollar indeksi dünyada 92 punkt səviyyəsindədir.
Federal Ehtiyat Sistemi bu il üçün ilk toplantısını yaxın həftələrdə keçirəcək. Həmin toplantıda qəbul ediləcək qərarlar yeni hökumətin iqtisadi yöndə hansı addımı atacağı ilə bağlı ipucları verəcək”.
2 -dən səhifə 36