Agentlik işçiləri Qarabağ zonasında XVlll əsrə aid məscidi söküb - Prezident günahkarların cəzalandırılmasına göstəriş verdi

ilham hedejpg 1594844362

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir.

Yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidin söküldüyü müəyyən edilmişdir.

araz.az xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəz məlumat yayıb.

Bildirilib ki, məsələ barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunub, dövlət başçısı tərəfindən aidiyyəti strukturlara baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verilib:

"Məscid Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscidin yarıuçurulmuş vəziyyətdə olduğu və heyvanların saxlanıldığı yer kimi istifadə edilərək vandalizmə məruz qaldığı müəyən edilmişdir.
Uzunluğu 66 kilometr təşkil edəcək Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Artıq yolun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işlərinə start verilimişdir.
Qubadlı rayonunun Yusifbəyli kəndində tikinti işləri aparılarkən tikilinin təyinatı barədə İdarələrarası Mərkəzə və aidiyyəti dövlət orqanlarına müraciət edilməmiş və dəqiqləşdirmə aparılmadan onun söküntüsü həyata keçirilmişdir.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və subpodraçı şirkətin yolun tikintisinə məsul olan və ciddi səhlənkarlığa yol vermiş əməkdaşları barədə cəza tədbirləri görüləcəkdir.

Həmçinin, Əlaqələndirmə Qərargahının rəhbərliyi tərəfindən müvafiq dövlət orqanlarına işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və dini abidələrə nəzarətin daha da gücləndirilməsi, bərpa və yenidənqurma işləri zamanı ərazidəki tikililərin təyinatının aidiyyəti üzrə dəqiqləşdirilməsi ilə bağlı müvafiq göstəriş verilmişdir".

 

 

araz.az

Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq? - Prezident açıqladı

prezzzzzErmənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Biz öz mövqeyimizi rusiyalı tərəfdaşlarımıza bildirmişik. Bu, nə üçün edilir? Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”.


araz.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bildirib.


“Rusiyanın sülhməramlı kontingenti regionu tərk edəndən sonra nə olacaq?” barədə suala cavab verən dövlət başçısı deyib ki, bizim Tovuzda, Zəngilanda Ermənistanla sərhədlərimiz var: “Bizim sərhəd qoşunlarımız Ermənistan tərəfinin bilavasitə yaxınlığındadır. İnsidentlər varmı? Yoxdur. Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb, bizim qoşunlarımız beş metrlikdə dayanıblar. Lakin bizim heç bir hərbi planımız yoxdur”.

 

 

araz.az

İlham Əliyev: “Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”

prezzzzAzərbaycan tarixini silmək istəyənlər belə öyrədilib ki, guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri və başqa misallar var. Beləliklə, biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin”.

araz.az  xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib.

Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan İlham Əliyev deyib: “Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”.

Dövlət başçısı qeyd edib ki, bu, faktdır: “Lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var. Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.

 

 

araz.az

İlham Əliyevin Ermənistanda müzakirəyə çevrilən FOTOSU: "Alçaldıcı vəziyyətdir"

pre

Prezident İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışını etməsi Ermənistanda geniş müzakirəyə səbəb olub.

Publika.az
 xəbər verir ki, erməni KİV-ləri ölkələrinin alçaldıcı vəziyyətə düşdüyünü yazır.

“İravunk” qəzeti Azərbaycan prezidentinin müharibədə məhv edilən erməni hərbçilərin dəbilqələrinin yanından qürurla keçməsinə diqqət çəkib.

“Bu gün Bakıda açılan “erməni hərbi qənimətlər” parkında Əliyev müharibədə öldürülən erməni hərbçilərin dəbilqələrinin yanından keçir. Bu cür alçaldıcı vəziyyətlə barışa bilmirik”, - qəzet yazır.

Asif

Prezident qanunu imzaladı: Bu şəxslər 2 min manat cərimələnəcək

senedlesme34

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib.

araz.az-ın məlumatına görə, qanuna əsasən, inzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə cərimə müəyyənləşib.

Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 596.4-cü maddədə əksini tapıb.

Maddədə qeyd olunub ki, inzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.

 

 

araz.az

1 -dən səhifə 175

Əlaqəli xəbərlər