Türkiyədə Qarabağ müzakirələri – Milli Təhlükəsizlik Şurası toplantı keçirəcək

erdogan 2 e1611653863401

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

araz.az xəbər verir ki, bu il ilk dəfə keçirilən toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

İclasda Qarabağda atəşkəsə nəzarət edəcək və Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin formalaşdırılması və gələcək fəaliyyəti məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində həm Rusiya, həm də Türkiyədən 60 hərbçi təmsil olunacaq. Onlar pilotsuz uçuş aparatı vasitəsilə atəşkəsə nəzarət edəcəklər.  /Yenisabah.az/

Əlaqəli xəbərlər