Prezident şəxsi xüsusiyyətlərindən danışdı: “Prinsipcə, sakit insanam”

modern.az 24.09.2021 1632472466 2

“Prinsipcə, sakit insanam. Müsahibələrim də daxil olmaqla dəfələrlə demişəm ki, istənilən dövlət adamı, xüsusən də dövlətdə birinci şəxs vəzifəsini icra edən şəxs emosiyalarını gündəlik vəzifələrindən kənarda tutmalıdır”.

araz.az  Modern.az -a istinadən  xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib.

“Əlbəttə, hər bir insanın emosiyaları var və təbii olaraq onları bu və ya digər şəkildə təzahür etdiririk. Lakin işlədiyim uzun illər ərzində yəqin ki, özümdə emosiyalardan yayınmağa imkan verən keyfiyyətlər inkişaf etdirmişəm”, - deyə İlham Əliyev qeyd edib.

Bununla yanaşı, dövlət başçısı ölkənin 44 günlük müharibə zamanı heç vaxt təxribatlara uymadığını da vurğulayıb:

“Hətta düşmən Azərbaycan şəhərlərinə zərbələr endirəndə, uşaqlarımızı və qadınlarımızı öldürəndə biz onlara eyni cavabı vermirdik, biz onların şəhərlərini bombalamırdıq. Buna baxmayaraq, bizdə yaranan emosiyaları yəqin ki, anlamaq mümkün idi. Lakin biz vicdanla mübarizə apardıq, beynəlxalq humanitar hüquqa hörmət etdik və müharibə cinayətləri törətmədik. Müharibənin ilk günündə hərbi cinayət törədən hərbçilərin sərt şəkildə cəzalandırılacağına dair ciddi göstərişlər verdim. Prezidentin sakit, özünə inamlı, qələbəyə inamlı olması cəmiyyət və hərbi komandanlıq üçün vacibdir. Bu, onları ruhlandırır və onlar bunu öz tabeçiliyində olanlara ötürürlər. Bütün bu hisslər isə bir növ elektrik impulsu vasitəsilə yüksək hərbi rəhbərlikdən adi əsgərlərə qədər ötürülür.

Vacib olan odur ki, hərbi əməliyyatların lap əvvəlindən uzun müddətdir gözlədiyimiz qələbə sevincini hiss etdik. Azərbaycan cəmiyyəti çıxışlarım və yaxud xalqa müraciətlərim zamanı demək olar ki, hər gün məndən yeni məlumatlar gözləyirdilər. Və bir neçə gün müddətinə fasilə baş verdikdə hər kəs düşünürdü: nə isə baş verməyibki? Artıq hər kəs Azərbaycan ordusunun irəli getdiyinə vərdiş etmişdi. Lakin əlbəttə ki, bir anlayış var idi: müharibə gözlənilməzdir.

Ərazinin son dərəcə çətin relyefli olması, düşmən tərəfindən qurulan eşelonlu möhkəmləndirilmiş ərazilər və qurduğu çoxsaylı müdafiə xətlərini aşmaq ehtiyacını nəzərə alaraq, nümayiş etdirdiyimiz yüksək templərlə irəliləmək çox çətin idi. Bütün əməliyyatları elə planlaşdırırdıq ki, itkilər minimal olsun. Bu səbəbdən də, əks-hücum həyata keçirən Azərbaycanın daima “taktiki olaraq geri çəkilən” Ermənistandan daha az itkilərə malik olması təəccüblə qarşılanırdı. Hesab edirəm ki, bu amillərin birləşməsi mənə, Azərbaycan ordusuna və xalqına əminlik qazandırırdı”.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər