Prezidentlə xanımı hansı radionu dinləyirdi? - VİDEO

3935421

Xəbər verdiyimiz kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın Zəngilanda çəkdiyi görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Prezident İlham Əliyevin "Ey Vətən" mahnısını dinlədiyi FM tezliyinin (100.5) hansı radioya məxsus olması müzakirə yaradıb.

araz.az-ın xəbərinə görə, 100.5 tezliyi Bakıda “Fərqli radio”ya məxsus olsa da, Zəngilanda həmin tezlik “Azərbaycan radiosu”nundur.

Bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən və  “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən təsdiqləyiblər.

Radioda səslənən “Ey Vətən” mahnısını isə müğənni İlhamə Qasımova ifa edir.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər