RƏŞAD NƏBİYEVƏ DAHA İKİ MÜAVİN TƏYİN OLUNDU - Sərəncam

resad nebiyevjpg 1611674324Prezident İlham Əliyev daha iki nəfəri nazir müavini təyin edib.

araz.az   xəbər verir ki, sərəncamla Samir Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.

Qeyd edək ki, o, buna qədər adıçəkilən nazirlikdə aparat rəhbəri olub.

Digər sərəncamla Fərid Əhmədov da Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Prezident İlham Əliyev  “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman da imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib.

Müəyyən edilib ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər