Lukaşenko qalibdir

1596993158147BPfOmQSIHazırkı dövlət başçısı Aleksandr Lukaşenko bu gün Belarusda keçirilən Prezident seçkilərində 79,7% səslə qalib gəlib.

Pravda.az xəbər verir ki, bu barədə eksitpolun nəticələri əsasında “MİR” telekanalı məlumat yayıb. 

"Belta.by" xəbər portalında dərc edilmiş xəbərdə əlavə olunub ki, eksitoplun nəticələrinə görə, digər namizədlər - Svetlana Tixanovskaya 6,8%, Anna Kanopatskaya 2,3%, Andrey Dmitriyev 1,1%, Sergey Çereçnya 0.9% səs toplayıb.

Qeyd edək ki, Belarusda prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.APA

Əlaqəli xəbərlər