Azərbaycanda əməkhaqqı 692 manat endi

 

manat678

Azərbaycanda əməkhaqqı 692 manata endi

Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 37 min nəfər və yaxud 2,3% artaraq 1 678,5 min nəfər olub, onlardan 915,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 763 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 19,7%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1 il əvvələ nisbətən 2,8% azalaraq 692,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Birinci dozadan sonra yoluxsaq, ikinciyə ehtiyac varmı?

vaksin9

Son günlər bir neçə şəxsdə COVID-19 əleyhinə birinci doza vaksin vurulandan sonra da koronavirusa yoluxma halları müşahidə olunur. Həmin şəxslərin ikinci doza peyvənd alıb-almamaları suallar yaradır. Birinci doza peyvənddən sonra virusa yoluxan şəxs bir də nə vaxt peyvənd oluna bilər? Həkim–infeksionist Vasif Əliyev “Qafqazinfo”ya bildirib ki, birinci dozadan sonra antitelin yaranma ehtimalı çox aşağıdır. Ona görə də, 4 həftədən - 28 gündən sonra ikinci doza peyvənd vurulur. Lakin şəxs birinci doza peyvənd alandan sonra virusa yoluxarsa, ona ikinci doza vaksinin vurulmasına ehtiyac qalmır:

“Ola bilər ki, birinci doza vurulandan sonra təmas pozular, yəni koronavirusla təmas edən şəxslər xəstələnə bilərlər. Bu şəxslərə artıq koronavirus peyvəndinin vurulmasına ehtiyac qalmır. Çünki təbii yolla virusla təmasda olublar. Bilirik ki, xəstə olan insanlara peyvənd vurulmur. Peyvəndi vurmağın məqsədi ondan ibarətdir ki, həmin şəxs xəstəliyi gizli formada keçirsin və ya heç keçirməsin. Xəstəliyi keçirən şəxsə peyvənd vurulmasına zərurət qalmır”.

Həmin hallarda peyvəndin nə zaman vurulmasına gəlincə isə, V. Əliyev bildirib ki, istər birinci dozadan sonra xəstəliyi keçirən, istərsə də, heç peyvənd vurulmadan xəstəliyi keçirən insanlara gələcəkdə peyvənd 6 aydan sonra vurulmalıdır: “Bu, bu günə olan məlumatdır, gələcəkdə ola bilər ki, bu müddət dəyişsin”.

İnfeksionist həmçinin əlavə edib ki, əgər bədəndə antitel yaranmış olsa belə, bu peyvənd üçün əks-göstəriş deyil və heç bir təhlükəsi yoxdur.

Daha 20 restoran cərimələndi

restoran

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 462 ictimai iaşə obyektində 800 monitorinq keçirib.

AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 20 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Suraxanı ‎rayonu, Yeni Günəşli, Q massivində yerləşən, fiziki şəxs İsayev Sarxan Nəcəf oğluna məxsus kafe;

2. Bakı şəhəri, Nərimanov‎ ‎rayonu, Təbriz küçəsi 10 ünvanında yerləşən, fiziki şəxs Mehdizadə Təbriz Mehdi oğluna məxsus kafe;

3. Bakı şəhəri, Yasamal rayonu, F. Ağayev küç., ev A, 559-cu məhəllə, m. 26 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Rusif Elşad oğluna məxsus kafe;

4. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, stansiya 9 ünvanında yerləşən, fiziki şəxs Hümmətov Şamil Mürsəl oğluna məxsus "Coffe Elea" kafesi;

5. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən, fiziki şəxs Niftəliyev Loğman Ağaseyid oğluna məxsus kafe;

6. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, N. Rəfiyev küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Hacıyev Əşrəf Gülmirzə oğluna məxsus "Cənnət" kafesi;

7. Bakı şəhəri, Nizami ‎rayonu, Özbəkistan 1 ünvanında yerləşən, fiziki şəxs Abbasov Çingiz Nurəddin oğluna məxsus " Bulaq" kafesi;

8. Bakı şəhəri, Nəsimi ‎rayonu, A. Mustafayev küçəsində yerləşən, fiziki şəxs Qafarov Fərid Fərhad oğluna məxsus "50 qəpik" kafesi;

9. Bakı şəhəri, Nəsimi ‎rayonu, Puşkin 13 ünvanında yerləşən, fiziki şəxs Solovyov Aleksey Yuryeviç oğluna məxsus "Allo Pizza" kafesi;

10. Bakı şəhəri, Nəsimi ‎rayonu, 28 May küç., ev 40 ünvanında yerləşən, fiziki şəxs Ağayev Cahangir Bəhlul oğluna məxsus "Bizim ev" kafesi;

11. Bakı şəhəri, Xətai ‎rayonu, Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsi yaxınlığında yerləşən, fiziki şəxs Həsənov Naib Telman oğluna məxsus "Tblisi 333 ailəvi" restoranı;

12. Sumqayıt şəhəri, 9-cu məhəllə, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Mirzəməmmədov Vüqar Sarıbala oğluna məxsus "Basdırma" dönər evi;

13. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Haqverdizadə Sevinc Qüdrət qızına məxsus "Sushi Moon" kafesi;

14. Mingəçevir şəhəri, Rəfibəyli küçəsində yerləşən, fiziki şəxs Məmişov ilham Nurəddin oğluna məxsus "Gilavar" kafesi;

15. Mingəçevir şəhəri, Rəfibəyli küçəsində yerləşən, fiziki şəxs Qurbanov Tural Hidayət oğluna məxsus "İnci" restoranı;

16. Lənkəran şəhəri, Paşa Təhməzov küçəsində yerləşən, fiziki şəxs Şərifov İntiqam Calal oğluna məxsus kafe;

17. Şamaxı rayonu, Bakı-Qazax yolunun kənarında yerləşən, fiziki şəxs Dəmirov Azər Əmirxan oğluna məxsus “Akşin” kafesi;

18. Kürdəmir rayonu, Karrar kəndində yerləşən, fiziki şəxs Quliyev Natiq Seyidqulu oğluna məxsus kafe;

19. Göygöl rayonu, Balçılı kəndində yerləşən, fiziki şəxs Sayadov Maarif Nəbi oğluna məxsus kafe;

20. Qazax rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Əfəndiyev Osman Əmirxan oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Azərbaycanda bu telekanalın yayımı dayandırıldı

televiziyalar12

"Xəzər" telekanalının tərkibində fəaliyyət göstərən "Dalğa TV"nin yayımı dayandırılıb.

araz.az xəbər verir ki, artıq bir neçə gündür telekanal nümayiş olunmur. Bildirilib ki, kanalın yayımının dayandırılması baş verən texniki nasazlıqla əlaqəlidir.

Hazırda problemin aradan qaldırılması üçün işlər aparılır. Kanalın yayımındakı məhdudiyyətin nə vaxta kimi davam edəcəyi bəlli deyil.

Axsam.az

Azərbaycanda axşam saat 8-dən sonra çölə çıxma qadağası qoyulur?

karantin56

Artıq aprelin 14-dən Ramazan ayı başlayıb. Bu ayda bir çox insanlar oruclarını yaxınları ilə birgə açmağa çalışırlar. Bu da insanların kütləvi toplaşmasına və koronavirusa yoluxanların sayının artmasına səbəb olur.

Məhz buna görə, yoluxanların sayının artmaması üçün axşam saat 8-dən sonra insanların çölə çıxmasına qadağa qoyulması və ya "sms icazə" sisteminin tətbiq edilməsi ilə bağlı təkliflər səsləndirilir. İftar süfrəsində kütləvi toplaşmanın qarşısını almaq üçün axşam saat 8-dən sonra inanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Bununla bağlı danışan dosent Ədalət Rüstəm bildirib ki, Ramazan ayında koronavirusa yoluxanların sayının artması ehtimalı böyükdür:

"Çünki insanlar iftar süfrəsində kütləvi toplaşıb, oruclarını açırlar. Ona görə də karantin rejimində sərtləşmələrin olması gözləniləndir. Düşünürəm ki, yoluxma sayı artarsa, yenidən "sms icazə" sisteminin bərpası gözləniləndir. Amma Operativ Qərargahın hansı qərarı verəcəyi ilə bağlı konkret fikir səsləndirə bilmərəm. Çünki karantin rejimi ilə bağlı qərarlar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Düşünürəm ki, yaxın günlərdə Operativ Qərargah yoluxanların və ölənlərin sayını, epidemioloji vəziyyəti analiz etdikdən sonra karantin rejimi ilə bağlı qərar qəbul edəcək".Sonxeber.az

1 -dən səhifə 79

Əlaqəli xəbərlər