Ağdam Məşğulluq Xidmətindən Səlim Müslümova şok şikayət - "Bizi acından öldürürlər" - VİDEO

Selim_Muslumov.jpg
Qlobal.az-ın elektron poçtuna Ağdam rayon Evoğlu kənd sakini Cəfərov Elmir Ələddin oğlu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəi naziri Səlim Müslümova ünvanlanmış şikayət məktubu daxil olub. 
 
Qlobal.az şikayət məktubunu olduğu kimi təqdim edir:

Sənab nazir

 
Mən Cəfərov Elmir Ələddin oğlu Ağdam rayon Evoğlu kənd sakiniyəm. Çox kasıb halda yaşayırıq. Ailə vəziyyətimiz çox acınacaqlıdır. Evimiz 1 otaqdan ibarətdir və az qalır ki, güclü külək olanda ev başımıza uça. Evin dam örtüyü yararsız vəziyyətdədir, döşəməsi torpaqdandır. Nə mən nə də ki, həyat yoldaşım heç bir yerdə işləmirik. 1 ildir ki, Ağdam Məşğulluq Xidməti vasitəsi ilə "özünə məşğulluq" proqramına qoşulmuşam. Bir çox məşğələlərdə iştirak etmişəm və imtahanlar vermişəm. Dövlət tərəfindən "özünə məşğulluq" proqramı ilə bizim ailəmizə 4000 manat vəsait ayrılıb ki, bizim ailəmizə sərf edilsin. Ancaq Ağdam Məşğulluq Xidmətinin rəisi Elşən Rüstəmov və onun Möhübbət adlı müavini həmin vəsaiti bizə verməyi yubadaraq bir ilə yaxındır başımıza Allahın müsübətini açırlar. Sizə göndərmiş olduğum video lentə baxanda görəcəksiz ki, biz hansı vəziyyətdə yaşayırıq. Bizim yaşadığımız evlə (ona ev demək olarsa) erməni postunun ara məsafəsi 600 metirdən də azdır.
 
Cənab nazir 
 
Çox xahiş edirəm aidiyyatı qurumlara göstəriş verəsiniz bu məsələni ətraflı araşdırsınlar və bizim kasıb, acından ölən ailə üzvülərimizə yardımçı olsunlar və haqqımızın bərpa olunmasına köməklik göstərsinlər.

Cəfərov Elmir Ələddin oğlu Ağdam rayonu Evoğlu kənd sakini  Əlaqə telefonum: (050) 723-77-84"

 
Qlobal.az
 
 
 

Əlaqəli xəbərlər