Bakıda yeni çəkilmiş yol çökdü – VİDEO + FOTO + YENİLƏNİB

cokmus-yol.jpg

Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Mehdi Abbasov küçəsində çökmə qeydə alınıb.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, dərhal hadisə yerinə “Azəravtoyol” ASC-nin əməkdaşları cəlb olunub.

Məlum olub ki, həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çirkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb.

“Hazırda aidiyyəti qurum tərəfindən kollektorun bərpası istiqamətində addımlar atılır. Kollektorun bərpası yekunlaşan kimi, yolun bərpası istiqamətində addımlar atılacaq.

Küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək, hərəkətlərinə davam edə bilərlər”, – deyə o bildirib.

***

11:18

Bakıda yeni istifadəyə verilmiş yolda çökmə baş verib.

Oxu.Az primetime.az-a istinadən xəbər verir ki, Nizami rayonunun Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində magistral yolun kanalizasiya kollektoru olan hissəsi çöküb. Nəticədə böyük çuxur əmələ gəlib. Yaranan çuxura görə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

"Azəravtoyol" ASC-dən Oxu.Az-a bildirilib ki, hadisə barədə məlumatlıdırlar və araşdırma aparılır.

Qeyd edək ki, ötən ilin iyun-sentyabr aylarında Qara Qarayev prospektində yenidənqurma və təmir işləri aparılıb.

 

Əlaqəli xəbərlər