tahir66“Müsəlman ölkəsində feminizm hərəkatı və ora xarici qrantlar altında toplanan müəyyən insanlar bizim əxlaqımıza, mentalitetimizə uyğun deyillər. Azərbaycanda feministlər və feminizmlə məşğul olanlar cəmiyyətdə özlərini itiriblər. Orqanizmdə yad cisim xarakteri daşıyırlar, onlar orqanizmdən çıxmasalar, ağrı verəcək. Təsadüfi deyil ki, feministlər bəzən kimlərisə yoldan çıxarmaq istəyirlər. Bakıda həyat yoldaşını qətlə yetirən kişi də qeyd edib ki, buna səbəb feministlər olub”.

araz.az  Pravda.az-a istinadən bildirir ki, bunu  Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, bu iddiada həqiqət payı ola bilər: “Xanımları öz tərəfinə çəkmək istəyən feministlər, doğrudan da, var. Belə olan halda isə, həmin xanımların yaxınları, qohumları bununla razılaşmır, feminizm onların qeyrətinə, vicdanına, ənənələrinə toxunur. Nəticədə, belə hadisələrə səbəb olur. Feminizmi Azərbaycana gətirmək istəyənlər bunun məsuliyyətini dərk etməlidirlər. İslam Peyğəmbəri deyib ki, cənnət anaların ayaqları altındadır. Biz analarımızı, bacılarımızı sevir, onlara böyük hörmət edirik. İstəyirik ki, onlar əzab çəkməsinlər, az işləsinlər. Kişilər xanımların həyatının yaxşılaşdırılması üçün çalışmağa borcludurlar. Biz onların qədrini bilməli, onlara kömək etməliyik. Lakin bunlar mənəvi saflıq, qanunlar və adətlərimiz üzrə olmalıdır, feminizm üzrə yox”.

Qeyd: Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Təqsirləndirilən şəxs ifadəsində ailəsində yaşanan problemlərə görə feministlərin də günahkar olduğunu deyib.

araz.az xəbər portalı.