ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR

Sumqayıt-70

sahib-5-768x464.jpg

ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR

Sahib Fərzəliyev: “Aldığım dərslər mənə həyatda mətin, cəsarətli, mərd və sədaqətli olmağı öyrətdi.”

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt “Dostlar klubu” və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati, bəşəri məsələlərlə bağlı mülahizələrimizi bölüşürük.  Bütün söhbətlərimizdə, müzakirələrdə Sahib müəllim öz təfəkkürünə, düşüncə tərzinə, dostlarla səmimi münasibət qurmaq bacarığına görə seçilir. Onun söhbətləri, həyata baxışı, müxtəlif məsələlərlə, müəyyən problemlərlə bağlı orijinal fikirləri həmişə maraq doğurur. Bu, bəlkə də bir də ondan irəli gəlir ki, Sahib Fərzəliyev universitet müəllimi, professordur. Hər gün Memarlıq və İnşaat Universitetinin tələbələri qarşısında mühazirə oxuyub, dərs dediyinə və həmişə onları maraqlandıra bilən hər bir sualın cavabına hazır olduğuna görə bizimlə söhbətlərində də pedaqoq təfəkkürü ilə danışır, bizi qeyri-ixtiyari özünün məntiqi fikirlərinə yönəldir. Sahib müəllim bir yol yoldaşı kimi də çox maraqlı, olduqca sadə, səmimi adamdır. Onun yol boyu söylədiyi müdrik kəlamları, maraqlı lətifələri, söhbətlərini, bir qarabağlı kimi hərdən avazla oxuduğu Azərbaycan xalq mahnılarını böyük həvəslə dinləyirik.

Cəbrayıl və Füzuli rayonlarının işğalından 26 il ötür

 xudaferin.jpgErmənistan silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal etməsindən 26 il ötür.

Publika.az xəbər verir ki, 1993-cü il avqustun 23-də düşmən ölkənin silahlı birləşmələri Cəbrayılı işğal edib.

"Zəngəzur: 100 sual, 100 cavab" kitabı nəşr edilib

65385090_345149022824562_4837086967273357312_n.jpgAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlunun "Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabı nəşr edilib və zengezur.com saytında yerləşdirilib: http://zengezur.com/KITABLAR/Zengezur-kitab-1.pdf
 “QHT Nəşriyyatı”nda işıq üzü görən elmi-populyar nəşrdə arxiv materiallarından, müəllifin indiyədək Zəngəzurun tarixinə dair kitablarında, dissertasiya işində, elmi-publisistik məqalələrində istinad etdiyi mənbələrdən, araşdırmalarından  istifadə olunmaqla bölgənin tarixinə dair 100 sual cavablandırılıb. Vətənimizin dilbər guşəsi olan Zəngəzur bölgəsinin tarixi xəritələri, təbiəti, abidələri, görkəmli şəxsiyyətlərinin 100 fotosu da yer alıb.

Osmanlının Tağıyevə verdiyi nişanların SƏNƏDİ YAYILDI – FOTOLAR

HAcizeynalabdintagi

Osmanlı dövlətinin məşhur milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə “Məcidiyyə” nişanı verdiyi üzə çıxıb.

Bu haqda məlumatı hazırda Türkiyədə arxiv araşdırmaları ilə məşğul olan azərbaycanlı tarixçi alim Telman Nüsrətoğlu yayıb.

Как армянские вандалы уничтожали азербайджанские мечети...

mecid-dagidilmls.jpgИсторик, публикующий свои материалы под псевдонимом Eldar Ginnes, на своей странице в Facebook опубликовал очередной статус, в котором коснулся вопроса об армянском населении на территории Эриванского ханства-«Армянской области» сразу после ее колонизации Российской империей.
Araz.az представляет вниманию читателей данный текст без изменений.

5 -dən səhifə 45

Əlaqəli xəbərlər