5 şəhərdə qatil kimi tanınan Nobel laureatı – 2 dəfə DTK-ya işə düzələ bilməyən baş katibin agent imici

qorbachev pensiya2 mart SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun 88 yaşı tamam olur. Musavat.com dünya tarixində ziddiyyətli və mürəkkəb siyasətçi imicini yaratmış 88 yaşlı Mixail Qorbaçov haqqında 44 faktı təqdim edir.

Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunan film

mubariz-ibrahimov.jpg

Bir neçə filmində milli dəyərlərimizi və qutlu törəmizi unutdurmağa qoymayan gənc istedad, vətənsevər yazar, müstəqil ssenarist, aktyor və rejissor Elşən İsmayılın yeni filmini -- MÜBARİZLƏR-i sizə təqdim edirik.
Bu film Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunub.

"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi

Hecer.jpg

Azərbaycan tarixində iz qoymuş, fəaliyyətləri ilə xalqa xidmət etmiş tarixi şəxsiyyətlərimizin hansısa qüvvələr, şəxslər, “araşdırmaçılar” tərəfindən ləkələnməsi davam edir. Bir çoxları ictimai, siyasi xadimlərimizə, tarixi şəxsiyyətlərimizə çamur atır, onlar haqqında böhtanlar uydururlar. Təəssüfedici məqam bundan ibarətdir ki, tarixi saxtalaşdıranlar öz iddialarında rus, erməni mənbələrinə, arxiv “sənəd”lərinə istinad edirlər. Azərbaycan qaçaqçılıq hərəkatının görkəmli nümayəndəsi Qaçaq Nəbinin həyat yoldaşı olmuş Həcər haqqında irəli sürülən ittihamlar da əks-təbliğat kampaniyası sırasında yer alır.

Qorbaçov niyə Bakıya hücum əmri verdi? – Vaşinqtondan göndərilən məktubun SİRRİ

qorbachev pensiya29 il öncə, 1990-cı il 19 yanvar. Qorbaçovun sovet ordusunu Bakıya göndərməyinə bir gün qalıb. Hərçənd buna qədər Bakıda “qətliam ssenarisi” hazır idi.

Həmin tarixdən 3 gün öncə, yanvarın 17-də şimaldan hərbi eşelonun daxil olmaq cəhdi də bunu təsdiqləyir. O vaxt şimal bölgəsində yerli əhali hərbi qatarın Bakıya doğru irəliləməsinə imkan vermədi. Lakin eyni ssenari fərqli istiqamətdən daxil edilən qoşunla gerçəkləşdirildi.

Əfsanəvi mücahid komandir haqqında xatirə - Şamil Basayevin doğum günüdür

Samil-B.jpgÇeçenistanın azadlığı uğrunda mübarizə tarixinə adını əbədi yazdırmağı bacaran əfsanəvi səhra komandirlərindən biri olan mərhum Şamil Basayevin bu gün doğum günüdür. Onun barəsində bu kiçik xatirəmi bölüşməkdə məqsədim heç də hansısa terrorçuluğa, separatizmə, müharibəyə bəraət qazandırmaq deyil, çeçen xalqının əsrlər boyu davam edən və təəssüf ki həmişə də uğursuszluqla bitən azadlıq mübarizəsinə mənəvi dəstək verməkdir.
2006-cı ildə 41 yaşında şəhid olan Şamil Basayevlə görüşüm haqqında indiyədək çox az dost-tanışla danışmışam. Onlar isə əsasən bu görüşün vasitəçiləri olduqları üçün məlumatlı idilər. Onunla 1992-ci ilin yanvarında Bakıda Şeyx Şamil küçəsi (?) ünvanında bir mənzildə görüşmüşdüm. O zaman bu ünvan Çeçenistanın gizli qeyri-rəsmi nümayəndəliyindən biri kimi fəaliyyət göstərirdi. Görüşümüz İstanbulda yaşayan Leçe adlı bir çeçen iş adamı vasitəsilə mümkün olmuşdu. Leçe Çeçenistanda nüfuzlu şəxslərdən sayılırdı. Qroznı şəhərində biznesi və hətta radiosu da var idi. Həm də Çeçenistan prezidenti mərhum Cövhər Dudayevin dostu və o zaman Daxili işlər naziri Maqomedovun yaxın qohumu idi. Hər ikisi çeçen-rus müharibəsində şəhid oldu.

7 -dən səhifə 45

Əlaqəli xəbərlər