10 may Azərbaycanın ilk Hərbi naziri Xosrov bəy Sultanovun doğum günüdür
Xosrov bəy Sultanov 1918-ci il 28 mayda Tiflisdə İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biri, Azərbaycanın ilk Hərbi naziri, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarından ibarət Qarabağ quberniyasının general-qubernatoru idi.
Qarabağda baş verən hadisələrin mərkəzi siması olaraq Xosrov bəy Sultanovun 1918-ci ilin ortalarından başlayaraq aprel 1920-ci ilin aprelin son günlərinədək Nazirlər Şurasına, Hərbi Nazirliyə, Milli Şuraya, Baş nazirlər Fətəlixan Xoyski və Nəsib bəy Usubbəyova ünvanlandığı xeyli məktub, teleqram, raportları, xüsusən Qafqazda əsas söz sahibi olan ingilis generalı Şatelvortla Qarabağ məsələsinə dair apardığı müzakirələrdən dərhal sonra - 22 avqust 1919-cu il Milli Şuraya göndərdiyi “Qarabağda ingilis siyasəti ilə əlaqədar olaraq yaranmış vəziyyət və onun düzəldilməsi üçün zəruri tədbirlər” adlı məlumat-məruzəsində qoyduğu aşağıdakı tələblərinin və müşahidələrin nə qədər düzgün olduğunu zaman göstərdi: