Azərbaycanın Dövlət Müstəqilliyi Günü və cəbhədəki uğurları şərəfinə, ölkəmizin Moldovadakı səfirliyi maraqlı tədbir keçirib

bandicam 2020 10 19 14 05 04 976 Oktyabrın 18-də Azərbaycanın Moldova Respublikasındakı Səfirliyində Dövlət  Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən araz.az  xəbər portalının redaksiyasına daxil olan xəbərdə deyilir ki, tədbirdə qardaş Türkiyə Cümhuriyyətinin Moldovadakı səfiri Halil Gürol Sökmensüer, Moldova Prezidentinin xarici siyasət məsələləri üzrə məsləhətçisi Aureliu Çokoy, Moldova Azərbaycanlıları Konqresinin (MAK) rəhbəri Elçin Bayramov, digər qonaqlar və 100-ə yaxın həmyerlimiz iştirak edib.
         Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov gələn qonaqları salamlayaraq, soydaşlarımıza ata yurdlarına toplaşdıqları üçün təşəkkür edib. Respublikamızın müstəqillik tarixindən ətraflı danışan səfir, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti silahlı təxribatlar barədə də, tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, törədilən bu dəhşətlərə görə, cəbhə bölgəsində gedən münaqişənin əsas günahkarı olan düşmən ölkənin hərbi-siyasi rəhbərliyi tam məsuliyyət daşıyır. Natiq, mənfur düşmən tərəfindən davamlı olaraq, Azərbaycanın bir sıra rayon və şəhərlərində mülki əhali və infrastrukturun raket atəşinə məruz qoyulduğunu, Gəncəyə növbəti dəfə raket atılması nəticəsində, əhali arasında xeyli sayda ölənlərin olduğunu və yaralandığını, ölkəmizin bu ikinci böyük şəhərində şiddətli dağıntılar törədildiyini xüsusi vurğulayıb.
       Sonra türk səfir çıxış edərək, Türkiyənin qardaş ölkə ilə bir millət, iki dövlət olduğunu qeyd edib, həm sevincli, həm də çətin keçən bu günlərdə daim Azərbaycanın yanında olduqlarını xüsusi vurğulayıb, erməni təcavüzü nəticəsində, Gəncədə, eləcə də digər şəhər və yaşayış məntəqələrində baş verənləri qətiyyətlə pisləyib. Eyni zamanda, tədbirdə iştirak edən Moldova Prezidentinin xarici siyasət məsələləri üzrə məsləhətçisi A. Çokoy da, öz çıxışında, bu ciddi məsələyə toxunub. Tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Moldova beynəlxalq hüquq normalarına uyğun olaraq və Helsinki Yekun Aktında qeyd olunmuş prinsiplərə sadiq qalaraq, Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. O, bu iki ölkə arasında mövcud  dostluq münasibətlərinin davam etdirilməsində Moldovanın hər zaman maraqlı olduğunu və dinc əhaliyə qarşı törədilən təxribatların qəbuledilməzliyini də diqqətə çatdırıb.
       MAK-ın sədri E. Bayramov isə, öz çıxışında, Moldovada yaşayan soydaşlarımız adından ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşdiklərini, Silahlı Qüvvələrimizə hər zaman dəstək nümayiş etdirdiklərini bildirib, Gəncə də daxil olmaqla, Azərbaycanın digər yaşayış məntəqələrində törədilən erməni təcavüzkarlığını şiddətlə qınadıqlarını dilə gətirib.
         Azərbaycanlı icmanın fəallarından olan Maarif Rəhimov vətənpərvərlik ruhunda nitq söyləyərək, həmyerlilərimizi erməni təxribatına qarşı güclü olmağa, birlik nümayiş etdirməyə və ölkəmizin haqlı mövqeyini Moldovada daim səsləndirməyə çağırıb.
         Bu tədbirdə Gəncə hadisələrinin qurbanları və erməni vəhşiliyi nəticəsində törədilmiş dağıntıları əks edilən fotoşəkillərdən ibarət guşə də yaradılıb.  Qonaqlar və tədbir iştirakçıları təxribat qurbanlarının foto-stendləri önünə güllər düzüb, baş verən bu dəhşətli faciənin günahkarlarını hədsiz dərəcədə qınadıqlarını da bildiriblər.
      Tədbirin sonunda bir sıra torpaqlarımızın işğaldan azad edilməsinin şərəfinə, səfir Qüdsi Osmanov və digər qonaqlar, dövlətimizin rəmzləri olan Bayraq və Gerbimizdə təsvir edilən səkkizgüşəli ulduza istinadən, səkkiz ədəd şam ağacı əkiblər.

bandicam 2020 10 19 14 12 51 531bandicam 2020 10 19 14 12 15 404bandicam 2020 10 19 14 12 51 531bandicam 2020 10 19 14 12 36 930bandicam 2020 10 19 14 12 29 950bandicam 2020 10 19 14 01 51 846bandicam 2020 10 19 14 00 32 514

 

 

 

 

 

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər