Məhv edilən erməni hərbçilərin rəsmi sayı 729-a ÇATDI

ermeni 5Ermənistan Müdafiə Nazirliyi Qarabağda məhv edilən erməni hərbçilərin yeni siyahısını dərc edib.

Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, budəfəki siyahıda 19 hərbçinin adı yer alıb.

Beləliklə, bu günə qədər Ermənistan tərəfi Qarabağdakı döyüşlərdə azı 729 hərbçisinin ölümünü etiraf edib. Amma düşmən tərəfin əks-hücum əməliyyatları zamanı bundan dəfələrlə çox itki verdiyi bildirilir.

Nikol Paşinyan hökuməti ölkə ictimaiyyətini məyus etməmək üçün ölüm faktlarını gizlədir.  

araz.az

Əlaqəli xəbərlər