Laçını tərk edən ermənilər özlərinə xas iz qoyub gedirlər, hər tərəfi yandırmaqla...

310046

Laçın rayonunun erməni faşistlərinin qanlı caynağından qurtulmasına 2 saat qaldı. 

Moderator.az-ın əldə etdiyi videodan da görsənir ki, ermənilər Laçın şəhərini tərk edəcəklərinə sona qədər inanmırmışlar və sonda bunun bir zarafat olmadığı və qısa zamanda sahibləndikləri torpaqları it kimi tərk etməli olduqlarını başa düşəndə hirslərini yaşayış binalarından və təbiətdən çıxmağa başlayıblar. Onlar qarşılarına keçən hər şeyi yandırmaqla təsəlli tapıblar. 
Erməni qadın deyir ki, onlara gecə saat 12.00-a dək Laçın şəhərini tərk etmək tapşırılıb və ona görə də hamı çıxarkən evləri yandırırlar. Eybi yoxdur, murdarladıqları hər şeyi aparsınlar və yandırsınlar, təki rədd olub torpaqlarımızdan getsinlər.
araz.az

Əlaqəli xəbərlər