Hakan Fidan İsrail rəsmiləri ilə gizli görüş keçirib

1606822364 hakan fidan 2 mn7s cover

Türkiyənin Milli kəşfiyyat xidmətinin rəisi əlaqələri normallaşdırmaq üçün İsrail rəsmiləri ilə gizli danışıqlar aparır.

araz.az
“əl-Monitor”-a istinadən xəbər verir ki, bunu adları açıqlanmamaq şərti ilə 3 mənbə bildirib.

Son həftələrdə ən azı bir dəfə Türkiyəni təmsil edən MİT rəhbəri Hakan Fidanla görüşlər keçirilib. Mənbələr görüşün harada keçirildiyini söyləməkdən imtina ediblər. Çünki rəsmi qaynaqlar, adətən, kəşfiyyatla əlaqəli məsələlərə şərh verməkdən imtina edirlər.

Mənbələrdən biri bildirib ki, Türkiyə ilə İsrail arasında trafik davam edir.

Hakan Fidanın əvvəllər Suriya və Liviyadakı təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bir neçə dəfə bu cür görüşlər keçirdiyi iddia olunur.

Ankarada Co Baydenin prezidentliyi dövründə ABŞ-Türkiyə münasibətlərinin hamar olmayacağı gümanı var.

"Hesablama budur ki, İsraillə xoş münasibət qurmaq Bayden administrasiyasının rəğbətini qazandıracaq", - deyə mənbələrdən biri izah edib.

İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun baş elmi işçisi Qalliya Lindenstrauss münasibətlərdə yeni səhifəni açmaq üçün bir fürsət pəncərəsinin olduğu fikrini qəbul edir. “Səfirləri geri qaytarmaqla ilk addım hər iki dövlətin də marağında olduğunu düşünürəm”.

araz.az

Əlaqəli xəbərlər